Kommersiya xardəri üzrə əməliyyatlar
Sıra
N?-
Əməliyyatların məzmunu
Müxabirləşən
hesablar
si
debet kredit
1
2
3
4
1.
Əgər
qiymətlər
franka-göndərmə
stansiyasına qədər müəyyənləşdirilibsə,
təyinat stansiyasına və ya tərsanəsinə qədər
məhsulların çatdırılmasına görə ödəmələr
malların
dəyərindən
əlavə
hesablaşma-ödəmə
sənədlərinə
daxil
edildikdə
45,46
02,05,12,
13,31,65,
67 və b.
2
Buraxılış qiymətlərinə daxil edilməyən
taraların dəyərinə
45,46
10/4
3
Nəqliyyat xərclərinin və taraların dəyəri
ödənildikdə
51,52,
50
45,46
4
Satış qiymətində - malalanlar tərəfindən
ödənilən, həyata keçirilmiş kommersiya
xərcləri uçotda aşağıdakı kimi əks etdirilir:
a) hazır məhsulların anbarında taraların və
qablaşdırmanın dəyərinə
43
10/4
b) köməkçi istehsalat sexləri və xidmət-
edici istehsalatlar tərəfindən məhsulların
qablaşdırılması və göndərilməsi üzrə
göstərilən xidmətlərin faktiki maya dəyərinə
43
23
v) bilavasitə kommersiya xərclərinə aid
edilən iş və xidmətlərin kassa və bank
hesablarından ödənilməsinə
43
50,51,
52,55
q) kənar müəssisələr tərəfindən kommersiya
xidmətlərinin faktiki dəyərinə (nəqliyyat,
reklam və b.)
43
60
122
Bu zaman məhsulların (işlərin, xidmətlərin, malların) satışından
olan mənfəət (zərər) buraxılış qiymətləri ilə onların satışından olan pul
vəsaiti (ümumi gəlir) və bu məhsulların (malların, işlərin, xidmətlərin)
istehsal (tədavül) xərcləri, kommersiya xərcləri, göstərilən məhsulların
əlavə dəyər vergisi (aksizlə birlikdə) ararsındakı fərq kimi müəyyən
edilir.
Məhsullann (işlərin, xidmətlərin) satışından olan pul vəsaiti ya
onun dəyəri ödənilməklə (pul vəsaitləri bank müəssisəsinin hesabla- nna
ya da müəssisənin kassasına daxil olduqda), ya da onun göndərilməsi
(işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi) və malalana
(sifarişçiyə) hesablaşma sənədlərini təqdim etməklə müəyyən edilir.
Məhsulların (işlərin, xidmətlərin) satışından əldə edilən vəsaitin
müəyyən edilməsi metodu müəssisə tərəfindən bir neçə il üçün
təsərrüfatçılıq və bağlanan müqavilələrin şərtlərindən asılı olaraq
müəyyən edilir.
Əsas vəsaitlərin, azqiymətli və tez köhnələn əşyaların və qeyri-
maddi aktivlərin satışından əldə edilən mənfəət (zərər), buraxılış
qiymətlərilə onların satışından əldə edilən vəsait və onların qalıq dəyəri,
habelə onların satışı ilə əlaqədar olan xəclər və əlavə dəyər vergisi
arasındakı fərq kimi hesablanır.
Maddi qiymətlilərin və digər aktivlərin satışından əldə edilən
mənfəətin (zərər), buraxılış qiymətləri ilə onların satışından olan vəsait
və onların əldə edilməsinə, satışına çəkilən xərclər və əlavə dəyər
vergisi arasındakı fərq kimi hesablanır.
Müəssisələrin istehsalat-təsəmifat fəaliyyəti nəticəsində satışdan
kənar aşağıdakı əməliyyatlardan mənfəət və ya zərər ola bilər: alınan
(ödənilən) cərimələrin, peniyalarm, peşiman pullarının və digər iqtisadi
sanksiyaların (qanunverigiliyə müvafiq olaraq büdcəyə keçirilən
sanksiyaların məbləğlərindən başqa) məbləğləri; müəssisənin
hesablarında olan vəsaitlərin məbləğlərinə görə alınan faizlər; hesabat
ilində aşkar edilən keçən illərin mənfəətləri və zərərləri; təbii fəlakətdən
olan zərərlər; borcların və debitor borclannın silin- məsindən olan
itkilər; əsas vəsait obyektlərinin xarab olmasından və ya
çalışmamasından olan zərərlər (günahkarlar olmadıqda və ya onlardan
zərərlərin silinməsinə məhkəmə etiraz etdikdə); ümidsiz kimi əvvəllər
silinmiş borcların daxil olması; qüvvədə olan qanunverici
125
liyə müvafiq olaraq mənfəət və zərərlər hesabına aid edilən sair gəlirlər
(itkilər, xərclər).
Balans mənfəətinin əsas hissəsini məhsulların, işlərin və
xidmətlərin satışından əldə edilən mənfəət (90%-ə yaxın) təşkil edir.
Müəssisə tərəfindən sair satışdan və satışdan kənar əməliyyatlar üzrə
yol verilən zərərlər onun balans mənfəətini azaldır.
Birgə müəssisələrdə də mənfəətin əsas hissəsi həmçinin daxili və
xarici bazarlarda məhsulların, işlərin və xidmətlərin satışı prosesində
əldə edilir və özündə məhsulların (işlərin, xidmətlərin) satışından əldə
edilən ümumi gəlir və onun hazırlanmasına (işlərin yerinə
yetirilməsinə, xidmətlərin göstərilməsinə) və satışına çəkilən faktiki
məsrəflər arasındakı fərq kimi əks etdirir.
Müəssisənin sərəncamında qalan mənfəət (xalis mənfəət), özündə
balans mənfəəti və onun hesabına həyata keçirilən vergi ödəmələri
arasındakı fərqi əks etdirir. Göstərilən mənfəət müəssisənin
sərəncamında qalır və əməyin ödənilməsi üçün ehtiyat fondunun,
ictimai ehtiyaclar üçün ehtiyat fondunun, yığını fondunun, istehlak
fondunun və təsis sənədlərinə əsasən müəssisənin məsləhət bildiyi
digər xüsusi fondların yaradılmasına yönəldilir.
Beləliklə, müəssisənin işinin maliyyə nəticələri (mənfəət, zərər)
məhsulların (işlərin, xidmətlərin), əsas vəsaitlərin, mal-material
qiymətlilərinin, qeyri-maddi və sair aktivlərin satışı, habelə satışdan
kənar gəlirlər və xərclər nəticəsində əmələ gəlir.
Bazar münasibətləri şəraitində iqtisadi (xalis) mənfəət və
gözlənilən mənfəət kimi kateqoriyalar istifadə olunur.
İqtisadi (xalis) mənfəət - müəssisənin ümumi gəliri və onun
ümumi xərcləri arasındakı fərqdən ibarətdir, ümumi xərclərə, tərkib
hissəsi sahibkarlıq gəlirinin hissəsi kimi normal mənfəət hesab olunan
planlaşdırılan xərcləri daxıl edirlər.
Normal mənfəət - istehsalın hər hansı müəyyən sferasında
sahibkarı saxlamaq üçün lazım olan minimum gəlir və ya ödəmə
deməkdir. Sahibkarlarda mənfəət iqtisadi resursların və innovasiyala-
rın təşkili və idarə edilməsi ilə əlaqədar olan sığortalanmış cəsarət
hesabına arta bilər. Mənfəəti həmçinin səlahiyyətin inhisarçılığı
nəticəsində də əldə edirlər.
126
Gözlənilən mənfəət - bu mənfəət nəticəsində əldə edilə bilər. Onun
əldə edilməsinə cəhd firmam yeniliyi həyata keçirməyə maraqlandırır
(daha yeni məhsuldar texnikanı, texnologiyam tətbiq etməyə və
istehsalın təşkilinə), onlar investisiyanı, məhsulların artırılmasını və
məşğulluğun təmin olunmasını həvəsləndirir.
Bu zaman yeniliklər, iqtisadi artımın əsas amili hesab olunur, çünki
mənfəəti əldə etmək arzusu texniki tərəqqinin inkişafının əsasını təşkil
edir. Lakin gözlənilən mənfəət bir çox amillərdən: investisiyalardan,
məşğulluqdan, artım templərindən və b. asılıdır. Bu zaman nəzərə
almaq lazımdır ki, mənfəət yeniliklərin tətbiqinin vahid həvəsləndiricisi
hesab olunmur.
Dostları ilə paylaş: |