|
Maliyye
Hüquqi şəxslərin əmlak vergisi (1995-2011)
Milyon manatla
İllər
Hüquqi şəxslərin
əmlak vergisi
Hüquqi
şəxslərin əmlak
vergisinin cəmi
büdcə
gəlirlərində
payı, %
Hüquqi
şəxslərin
əmlak
vergisinin
ÜDM-də
payı, %
1995
0,9
0,2
0,04
1996
0,9
0,03
0,03
1997
2,8
0,5
0,08
1998
4,7
1,0
0,1
1999
9,8
1,8
0,3
2000
11,8
1,6
0,3
2001
12,4
1,6
0,2
2002
20,0
2,2
0,3
2003
26,6
2,2
0,4
2004
32,2
2,2
0,4
2005
40,4
1,9
1,6
236
2006
55,8
1,4
1,4
2007
72,4
1,2
0,3
2008
112,9
1,0
0,3
2009
66,2
0,6
1,8
2010
(proqnoz)
101,0
0,9
0,9
2011
(proqnoz)
102,0
0,9
0,9
Torpaq vergisi
Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin
təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə
hər il sabit tədiyyə şəklində hesablanır.
Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-
rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə
hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə
müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay
ərzində uçota durmalıdırlar.
Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya
istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq
vergisinin ödəyiciləridir.
Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının
ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma
obyekti sayılır.
Vergi dərəcələri aşağıdakı kimidir:
Torpaq vergisinin dərəcəsi kənd təsərrüfatı torpaqları üzrə 1 şərti bal
üçün 0,06 manat müəyyən edilir.
Müvafiq icra hakimiyyəti orqanı
tərəfindən kadastr qiymət rayonları
və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının
təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balları
müəyyənləşdirilir.
237
Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi
təyinatlı yaşayış fondlarının həyətyanı sahələri və vətəndaşların bağ
sahələrinin tutduğu torpaqlar üzrə torpaq sahəsinin hər 100 kvadrat metrinə
görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur:
Yaşayış məntəqələri
Sənaye, tikinti,
nəqliyyat, rabitə,
ticarət-məişət
xidməti və digər
xüsusi təyinatlı
torpaqlar
(manatla)
Yaşayış
fondlarının,
həyətyanı
sahələrin
torpaqları və
vətəndaşların
bağ
sahələrinin
tutduğu
torpaqlar
(manatla)
Bakı
10
0,6
Gəncə, Sumqayıt şəhərləri və
Abşeron rayonu
8
0,5
Digər şəhərlər (rayon tabeliyində
olan şəhərlər istisna olmaqla),
rayon mərkəzləri
4
0,3
Rayon
tabeliyində
olan
şəhərlərdə,
qəsəbələrdə
və
kəndlərdə (Bakı və Sumqayıt
şəhərlərinin,
habelə
Abşeron
rayonunun qəsəbə və kəndləri
istisna olmaqla)
2
0,1
238
Aşağıdakı torpaqlar torpaq vergisinə cəlb edilmir:
yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları;
dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü
idarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun
qurumlarının, habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun
mülkiyyətində və ya istifadəsində olan torpaqlar;
istehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə və su fondu
torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus
olan sektorunun altında yerləşən torpaqlar;
dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar.
Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin
mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat
azaldılır.
Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu
təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların
altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün
zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur.
Hüquqi şəxslərin torpaq vergisi (1995-2011)
Milyon manatla
İllər
Hüquqi
şəxslərin
torpaq
vergisi
Hüquqi şəxslərin
torpaq vergisinin
cəmi büdcə
gəlirlərində payı, %
Hüquqi
şəxslərin
torpaq
vergisi nin
ÜDM-də
payı, %
1995
0,8
0,2
0,04
1996
1,0
0,2
0,03
1997
4,5
0,9
0,1
1998
5,0
1,1
0,1
1999
8,5
1,5
0,2
2000
6,7
0,9
0,01
2001
10,4
1,3
0,2
2002
8,8
0,9
0,2
2003
11,3
0,9
0,2
2004
14,1
1,0
0,2
2005
15,3
0,7
0,1
2006
18,5
0,4
0,1
2007
27,1
0,5
0,1
239
2008
30,6
0,3
0,07
2009
26,2
0,3
0,07
2010 (proq)
35,0
0,3
0,09
2011 (proq)
35,0
0,3
0,09
Yol vergisi
Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən
sərnişin və yük daşınması üçün istifadə edən avtomobil nəqliyyatı
vasitələrinin sahibləri olan qeyri-rezident müəssisələri və qeyri-rezident
fiziki şəxslər , habelə Azərbaycan Respublikasının ərazisində mülkiyyətində
və ya istifadəsində minik avtomobilləri, avtobuslar və digər avtomobil
nəqliyyatı vasitələri (bundan sonra bu fəslin məqsədləri üçün—avtomobil
nəqliyyatı vasitələri) olan şəxslər Azərbaycan Respublikasının avtomobil
yollarından istifadəyə görə yol vergisinin ödəyiciləridir.
Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərin,
habelə Azərbaycan Respublikasının ərazisində şəxslərin mülkiyyətində və ya
istifadəsində olan avtonəqliyyat vasitələri vergitutma obyektidir.
Yol vergisinin dərəcələri
Avtonəqliyyat vasitələrinin növündən, oturacaqlarının sayından, yük
götürmə qabiliyyətindən və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi
çəkisindən, oxa düşən ağırlığından, Azərbaycan Respublikası ərazisində qət
edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı olaraq, Azərbaycan
Respublikasının ərazisinə daxil olan xarici dövlətlərin avtonəqliyyat
vasitələrindən, habelə Azərbaycan Respublikasının ərazisində şəxslərin
mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin
mühərriklərinin həcmindən asılı olaraq, avtonəqliyyat vasitələrindən vergi
aşağıdakı dərəcələrlə hesablanır:
Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərin
avtomobil nəqliyyatı vasitələrindən:
- minik avtomobilləri — 15 ABŞ dolları;
- avtobuslar üçün oturacaq yerlərinin sayından və Azərbaycan
Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:
240
Ölkə
ərazisində
qaldığı
müddət
Oturacaq
yerlərinin sayı
12-dək olanda
Oturacaq
yerlərinin sayı
13-dən 30-dək
olanda
Oturacaq
yerlərinin sayı
31 və çox
olanda
1 gün üçün
15 ABŞ dolları
20 ABŞ dolları
25 ABŞ dolları
1 həftəyədək 30 ABŞ dolları
40 ABŞ dolları
50 ABŞ dolları
1 aya qədər
100 ABŞ dolları
140 ABŞ dolları
175
ABŞ
dolları
3 aya qədər
300 ABŞ dolları
400 ABŞ dolları
500
ABŞ
dolları
1 ilə qədər
1050
ABŞ
dolları
1400
ABŞ
dolları
1750
ABŞ
dolları
- yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat
vasitələri üçün oxların sayından və Azərbaycan Respublikasının
ərazisində qaldığı müddətdən asılı olaraq:
Ölkə
ərazisində
qaldığı
müddət
4 (dörd) oxa qədər
olanda
4 (dörd) ox və
çox olanda
1 gün üçün
20 ABŞ dolları
30 ABŞ dolları
2 həftəyədək
40 ABŞ dolları
80 ABŞ dolları
1 aya qədər
140 ABŞ dolları
280
ABŞ
dolları
3 aya qədər
400 ABŞ dolları
800
ABŞ
dolları
1 ilə qədər
1400 ABŞ dolları
2800
ABŞ
dolları
-
Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya
istifadəsində avtonəqliyyat vasitələri olan şəxslər (kənd təsərrüfatı
məhsullarının istehsalında istifadə olunan kənd təsərrüfatı texnikası
(traktorlar, kombayn və yığım maşınları, pambıq yığan maşınlar) və büdcə
təşkilatlarının avtomobil nəqliyyatı vasitələri istisna olmaqla) illik yol
241
vergisini həmin avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə
aşağıdakı dərəcələrlə ödəyirlər:
Vergitutma obyektinin adı
Yol vergisinin dərəcəsi
Minik avtomobilləri
mühərrikin
həcmi
2000
kub
santimetrədək olduqda
Mühərrikin həcminin hər kub
santimetrə görə — 0,01 manat
mühərrikin
həcmi
2000
kub
santimetrdən çox olduqda
20
manat
+
mühərrikin
həcminin
2000
kub
santimetrdən çox hissəsi üçün
hər kub santimetrə görə — 0,02
manat
Avtobuslar və digər avtomobil
nəqliyyatı vasitələri
Mühərrikin həcminin hər kub
santimetrə görə — 0,02 manat
Vergi Məcəlləsinin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu
avtonəqliyyat vasitələri göstərilən verginin məbləği ağır çəkili
avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə Azərbaycan
Respublikasının ərazisində qət edilən yolun hər kilometri üçün aşağıdakı
qədər artırılır:
nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi:
37 tondan 41 tonadək olduqda — 0,15 ABŞ dolları;
41 tondan 51 tonadək olduqda — 0,30 ABŞ dolları;
51 tondan 61 tonadək olduqda — 0,45 ABŞ dolları;
61 tondan 71 tonadək olduqda — 0,60 ABŞ dolları;
71 tondan 81 tonadək olduqda — 0,75 ABŞ dolları;
81 tondan çox olduqda — 1,8 ABŞ dolları;
Təhlükəli yüklərin daşınmasına görə verginin məbləği aşağıdakı qədər
artırılır:
az təhlükəli yüklər üçün — 100 faiz;
təhlükəli yüklər üçün — 200 faiz;
xüsusi təhlükəli yüklər üçün — 400 faiz.
Yol vergisi (2001-2011)
Milyon manatla
İllər
Yol vergisi
Yol vergisi
Yol vergisi nin
242
gəlirlərində
payı, %
ÜDM-də payı, %
2001
1,6
0,2
0,03
2002
1,4
0,2
0,02
2003
1,1
0,1
0,02
2004
1,2
0,1
0,1
2005
10,6
0,5
0,1
2006
11,9
0,3
0,1
2007
21,0
0,4
0,1
2008
32,3
0,2
0,1
2009
23,2
0,3
0,1
2010 (proqnoz)
40,5
0,4
0,1
2011 (proqnoz)
36,0
0,3
0;1
Mədən vergisi
Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı
qazıntıların çıxarılmasına görə mədən vergisi tutulur.
Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün)
Azərbaycan Respublikasına mənsub olan bölməsi də daxil olmaqla) yerin
təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr mədən
vergisinin ödəyiciləridir.
Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün)
Azərbaycan Respublikasına mənsub olan sektoru da daxil olmaqla) yerin
təkindən çıxarılan faydalı qazıntılar vergitutma obyektidir
Yerin təkindən çıxarılan aşağıdakı faydalı qazıntıların növündən asılı
olaraq, mədən vergisi onların topdansatış qiymətinə tətbiq edilməklə
aşağıdakı kimi müəyyənləşdirilir:
Mədən vergisinə cəlb olunan
faydalı qazıntıların adı
Mədən vergisinin dərəcələri
(faizlə)
Xam neft
26
Təbii qaz
20
Filiz faydalı qazıntıları:
bütün növ metallar
3
Yerin təkindən çıxarılan aşağıdakı faydalı qazıntıların növündən asılı
olaraq, mədən vergisi hər kubmetr üçün aşağıdakı dərəcələrlə hesablanır:
Mədən vergisinə cəlb olunan faydalı
Mədən vergisinin
243
qazıntıların adı
dərəcələri
(manatla)
Qeyri-filiz faydalı qazıntıları:
Seolit
0,5
Barıt
0,5
mişar daşları
0,5
çınqıl xammalı
0,5
yüngül
doldurucular
(keramzit,
aqloporit)
istehsalı üçün gillər
0,5
bentonit gilləri
0,5
kərpic-kirəmit gilləri
0,5
vulkan külü və pemza
0,5
kvars qumları
0,5
tikinti qumları
0,5
sement xammalı (əhəng daşı, mergel, gil, vulkan
külü)
0,5
üzlük daşları (mərmər, qabbro, tuflar, travertin,
mərmərləşmiş əhəng daşı)
1
qiymətli və yarımqiymətli bəzək daşları
4
daş duz
4
yodlu bromlu sular
0,02
mineral sular
6
Mədən vergisi (1995-2011)
Milyon manatla
İllər
Mədən
vergisi
Mədən
vergisinin cəmi
büdcə
gəlirlərində
payı, %
Mədənvergisinin
ÜDM-də payı, %
1995
0,007
0,01
0,0003
1996
8,3
1,7
0,3
1997
66,2
12,9
2,1
1998
34,9
7,5
1,0
244
1999
35,9
6,5
1,0
2000
50,5
7,3
1,1
2001
47,5
6,1
1,0
2002
49,7
5,5
1,0
2003
56,5
4,7
1,0
2004
97,9
6,6
1,2
2005
53,8
2,6
0,4
2006
100,2
2,6
0,5
2007
123,2
2,1
0,5
2008
147,7
1,4
0,4
2009
121,9
1,2
0,4
2010
(proqnoz)
130,0
1,1
0,3
2011
(proqnoz)
129,0
1,0
0,3
Sadələşdirilmiş vergi
ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövr
ərzində vergi tutulan əməliyyatların həcmi 150000 manat və ondan az olan
hüquqi şəxslər, həmçinin 90000 manat və ondan az olan hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər
sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.
Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi
ödəyiciləri (Vergi Məcəlləsinin 218.1.1 maddəsində nəzərdə tutulmuş vergi
ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq,
müvafiq bəyannaməni və ya bu hüquqdan istifadə etməyəcəyi barədə yazılı
məlumatı uçotda olduqları vergi orqanına təqdim edirlər. Məcəllədə başqa
hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək
seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan
müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi
orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl
245
ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün
ərizədə qeyd etdiyi metodu tətbiq edir.
Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər
(218.1.1.maddə):
- mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə
(beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan
Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi
ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə
həyata keçirən şəxslər;
- mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (mülkiyyətində və
ya icarəsində olan, habelə məqsədli şəkildə ayrılan ərazidə (torpaq
sahəsində) özünəməxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi
(şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə
və yaxud müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina
tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan
hüquqi və ya fiziki şəxslər).
Aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergitutma sistemini
tətbiq etmək hüququ yoxdur:
aksizli mallar istehsal edən şəxslər;
kredit və sığorta təşkilatları, investisiya fondları, qiymətli kağızlar
bazarının peşəkar iştirakçıları, lombardlar;
qeyri-dövlət pensiya fondları;
əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edənlər;
mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə (Məcəllənin
218.1.1-ci maddəsində göstərilən şəxslər istisna olmaqla) qalıq dəyəri
1000000 manatdan artıq olanlar.
Hesabat dövri ərzində vergi ödəyicisi tərəfindən ( Məcəllənin 218.1.1-
ci maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim
edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi
hasilatın, habelə satışdankənar gəlirlərin həcmi vergitutma obyektidir.
Məcəllənin 218.1.1.1-ci maddəsində nəzərdə tutulmuş vergi
ödəyicilərinin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat
vasitələri vergitutma obyektidir.
Mənzil tikintisi fəaliyyətini həyata keçirən şəxslər üçün zirzəmilər,
mərtəbələr və çardaqlar daxil olmaqla, tikilən binanın ümumi sahəsi
(dövlətə ayrılan hissə, dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət
zəmanəti və dövlətə ayrılan yardımlar hesabına tikilən yaşayış sahəsi, başqa
tikintilərlə təmasda olmayan ayrıca tikilən fərdi və ya şəxsi yaşayış və ya
bağ evlərinin, yaxud tikililərinin sahəsi istisna olmaqla) vergitutma
obyektidir.
246
Sadələşdirilmiş vergi (Məcəllənin 218.1.1-ci maddəsində nəzərdə
tutulmuş fəaliyyətlə məşğul olan vergi ödəyiciləri istisna olmaqla) təqdim
edilmiş mallara (işlərə, xidmətlərə) bu verginin ödəyicilərinin malların
təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən
əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və
satışdankənar gəlirlərdən aşağıdakı dərəcə ilə hesablanır:
Bakı şəhəri üzrə
4 faiz
Digər şəhər və rayonlarda, Naxçıvan Muxtar
Respublikasında
2 faiz
Bakı şəhəri istisna olmaqla, Azərbaycan Respublikasının digər şəhər
və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət
göstərən vergi ödəyicilərinə bu regionlar üzrə müəyyən edilmiş vergi
dərəcəsi o halda tətbiq edilir ki, vergi ödəyiciləri özünün istehsal sahəsi,
daşınmaz əmlakı və işçi qüvvəsi ilə həmin ərazilərdə fəaliyyət göstərmiş
olsunlar.
Azərbaycan Respublikasının şəhər və rayonlarında, Naxçıvan Muxtar
Respublikasında vergi uçotuna alınmış, lakin Bakı şəhərində fəaliyyət
göstərən sadələşdirilmiş vergini ödəyiciləri verginin Bakı şəhəri üzrə
müəyyən olunmuş vergi dərəcəsi ilə ödəyirlər.
Müxtəlif vergi dərəcələri ilə vergiyə cəlb edilən gəlirlər üzrə uçot ayrı-
ayrılıqda aparılmalıdır. Belə uçot aparılmadıqda ən yüksək vergi dərəcəsi
tətbiq edilir.
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata
keçirən vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən
edilir:
Dostları ilə paylaş: |
|
|