Daşınma növü
Sadələşdirilmiş
verginin tətbiq
edildiyi ölçü vahidi
Sadələşdirilmiş
verginin aylıq
məbləği (manatla)
Sərnişin daşınması (taksi
istisna olmaqla), oturacaq
yerlərinin sayına görə:
1 oturacaq yeri üçün
1,8
Taksi ilə sərnişin
daşınması
1 ədəd nəqliyyat
vasitəsi üçün
9,0
Yük daşınması
yükgötürmə
qabiliyyəti üçün (hər
tona)
1,0
247
Yük və sərnişin daşınmasının növündən və həyata keçirildiyi ərazidən
asılı olaraq, sərnişin və yük daşıyan vergi ödəyiciləri üçün sadələşdirilmiş
vergi verginin məbləğinə aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən
edilir:
Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə
ölkənin digər yaşayış məntəqələri arasında - 2,0;
Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və
şəhərlərlə digər yaşayış məntəqələri arasında - 1,5;
Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış
məntəqələri—1,0.
Avtomobil nəqliyyatı vasitələrində (taksi istisna olmaqla) oturacaq
yerlərinin sayı və ya yük götürmə qabiliyyəti avtomobil nəqliyyatı
vasitələrinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən edilir.
Avtomobil nəqliyyatı vasitələrindəki (taksi istisna olmaqla) oturacaq
yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti avtomobil nəqliyyatı
vasitələrinin
qeydiyyat
şəhadətnaməsində
göstərilmədikdə,
həmin
göstəricilər müvafiq icra hakimiyyəti orqanı tərəfindən vergi orqanlarına
verilmiş arayışlar əsasında müəyyən edilir. Oturacaq yerlərinin sayını
avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsi və ya müvafiq
icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayışlar əsasında müəyyən
etmək mümkün olmadıqda, sadələşdirilmiş verginin məbləği yerlərin faktiki
sayına görə müəyyən edilir.
Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən
sadələşdirilmiş vergi vergitutma obyektinin hər kvadrat metri üçün 10 manat
məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə
hesablanır.
Vergi sisteminin təkmilləşdirilməsi istiqamətləri
Верэи
системинин
ислащаты
Верэи
инзибатчылыьынын
йцксялдилмяси
Верэи
мядяниййятинин
йцксялдилмяси
Верэи дяряъяляринин
азалдылмасы
Игтисади артымын
сцрятляндирилмяси
Верэи базасынын
артмасы
Дювлят эялирляринин даща
да артмасы
248
XV FƏSİL. DÖVLƏT BÜDCƏSİNİN XƏRCLƏRİ
15.1.Dövlət büdcəsi xərclərinin iqtisadi mahiyyəti
Dövlət büdcəsi xərcləri – dövlətin pul vəsaiti fondlarının bölgüsü və
onun məqsədli, sahəvi və ərazi təyinatı üzrə istifadəsi ilə əlaqədar olaraq
yaranan iqtisadi münasibətlərdir.
Dövlət büdcəsi xərcləri-dövlət və yerli özünü idarəetmə orqanlarının
sosial ehtiyacları təmin etmək və ya iqtisadi və sosial həyata müdaxilə
etmək məqsədi ilə müəyyən üsullardan istifadə edərək həyata keçirdikləri
pul xərcləridir.
Büdcə xərcləri – dövlətin öz vəzifə və funksiyalarını yerinə
yetirməsi ilə əlaqədar olaraq yaranan məsrəflərdir . Xərclərin hər bir maddəsi
keyfiyyət və kəmiyyət baxımından xarakterizə edilə bilər. Keyfiyyət
xarakteristikası hər bir xərc növünün iqtisadi təbiətini və ictimai təyinatını,
kəmiyyət xarakteristikası isə onun həcmini müəyyən etməyə imkan verir.
\
15.2. Büdcə maliyyələşdirilməsi
Büdcə xərcləri-büdcə maliyyələşdirilməsi vasitəsilə büdcədə
nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün müəssisə və təşkilatlara
pul vəsaitlərinin verilməsi sistemidir.
Büdcə maliyyələşdirilməsi vəsaitlərin verilməsinin müəyyən
prinsiplərinə əsaslanır, spesifik forma və metodlar vasitəsilə xarakterizə
edilir:
büdcə maliyyələşdirilməsinin prinsipləri;
büdcə maliyyələşdirilməsinin üsul və formaları;
büdcə normaları;
büdcə krediti;
büdcə xərcləri ilə bağlı vəzifələr.
15.3. Büdcə xərclərinin təsnifatı
Dövlət büdcəsi xərclərinin təsnifləşdirilməsi dövlət xərclərinin
məbləğindən asılı olmayaraq, onların təkrar istehsalda roluna, ictimai-
məqsədli təyinatına, istehsal sahələri və fəaliyyət növlərinə görə qruplara
ayrılması deməkdir.
Dövlət büdcəsinin təsnifləşdirilməsinin iki forması vardır:
idarəetmə əlamətlərinə və iqtisadi mahiyyətinə görə təsnifləşdirmə.
İdarəetmə fəaliyyətinə görə təsnifləşdirmə - dövlətin icra
orqanları, onların ifadə etdiyi vəzifə və funksiyalar və hüquqi
249
tənzimlənmələrdən ibarət olan təsnifləşdirmədir. Buna xərclərin idarəetmə
orqanları arasında təsnifləşdirilməsi deyilir. Bu orqanlara qanunvericilik,
icra hakimiyyəti, yerli özünü idarəetmə, habelə digər ali dövlət orqanları
və nazirliklər aiddir.
İqtisadi mahiyyətinə görə təsnifləşdirməyə –iqtisadi istiqamətinə
görə büdcə xərclərinin iqtisadiyyatı, sosial-mədəni tədbirləri və s. maliy-
yələşdirilməsi aid edilir.
İqtisadiyyatın maliyyələşməsi xərclərinə əsaslı maliyyə qoyuluşu,
dövriyyə vəsaitlərinin artımı, sosial mədəni tədbirlər üzrə xərclər, maarif,
elm, mətbuat, bədən tərbiyəsi xərcləri aiddir.
İqtisadi təsnifləşdirmədə büdcə xərcləri 2 qrupa ayrılır: real xərclər və
transfer xərclər
Real xərclər – dövlətin vəzifə və funksiyaları yerinə yetirərkən həyata
keçirdiyi xərclərdir. Buraya idarəetmə, milli, təhsil, hərbi və s. xərclər
aiddir.
Transfer xərclərə – dövlətin borclarının faizləri, sosial yardımlar,
iqtisadi mahiyyətli yardımları və s. daxildir.
Büdcə xərclərinin iqtisadi təsnifatı
БХИТ
Ямяйин юдяниши, малларын алынмасы вя
хидмятлярин щаггы вя юдяниши
Фаизляр цзря юдянишляр
Субсидийалар вя саир юдянишляр
250
Büdcə xərclərinin funksional təsnifatı
БХФТ
Цмумдювлят хидмяти хяръляри
Мцдафия хяръляри
Мящкямя щакимиййяти, щцгуг мцщафизя,
тящлцкясизлик вя прокурорлуьун сахланылмасы хяръляри
Тящсил хяръляри
Сящиййя хяръляри
Сосиал мцдафия вя сосиал тяминат хяръляри
251
Büdcə xərcləri (1992-2011)
Milyon manatla
İllər
Büdcə xərcləri
Büdcə xərclərinin
ÜDM-də payı, %
1992
1,4
28,7
1993
13,0
41,2
1994
136,3
36,3
1995
428,4
20,1
1996
481,9
17,6
1997
588,7
18,6
252
1998
528,3
15,4
1999
641,5
17,0
2000
763,8
16,2
2001
806,6
15,2
2002
931,7
15,4
2003
1234,0
17,3
2004
1501,0
17,6
2005
2140,7
18,0
2006
3789,7
21,4
2007
6059,5
24,0
2008
10680,0
26,6
2009
10567,9
30,6
2010 (proqnoz)
12275,3
32,4
2011 (proqnoz)
12748,0
31,7
XVI FƏSİL. BÜDCƏDƏNKƏNAR FONDLAR
16.1. Büdcədənkənar fondların mahiyyəti və əhəmiyyəti
Azərbaycan
Respublikasında
dövlət
maliyyəsinin
mühüm
həlqələrindən biri də büdcədənkənar fondlardır. Bu fondlar bazarla
tənzimlənən iqtisadiyyata keçid dövründə təşəkkül tapmağa başlamışdır. Bu
fondların bəziləri əvvəllər büdcə vəsaiti hesabına yaradılırdı.
Büdcədənkənar fondlar dövlət maliyyəsinin tərkib hissəsidir.
Büdcədənkənar fondlar – əhalinin müəyyən sosial qruplarının xeyrinə
dövlət tərəfindən milli gəlirin yenidən bölgüsü metodudur.
.Azərbaycan Respublikasında hal-hazırda aşağıdakı mühüm
büdcədənkənar fondlar mövcuddur:
1. Dövlət Neft Fondu;
2. Dövlət Sosial Müdafiə Fondu;
3. Dövlət Məşğulluq və Əlillərin Sosial Müdafiə Fondu
253
4. AR Prezidentinin Ehtiyat Fondu;
5. Dövlət Büdcəsinin Ehtiyat Fondu;
6. Digər məqsədli fondlar (innovasiya fondları, ətraf mühitin
qorunması fondu, təbiəti mühafizə fondları və s.)
İstənilən səviyyədə yaradılmış büdcədənkənar fondun əsas təyinatı
xüsusi məqsədli ayırmalar və sair mənbələr hesabına ayrı-ayrı tədbirlərin
maliyyələşdirilməsidir. Burada vəsait yalnız qabaqcadan nəzərdə tutulmuş
məqsədə yönəldilə bilər.
Büdcədənkənar fondlar idarəetmə səviyyəsinə və funksional
məqsədli təyinatına görə iqtisadi, sosial və təbiəti mühafizə xarakterli
fondlara bölünürlər. İdarəetmə səviyyəsinə görə ümumdövlət, respublika,
muxtar respublika və rayon əhəmiyyətli (bəzən regional) fondlar
mövcuddur.
Dövlət büdcədənkənar fondlar vasitəsilə aşağıdakı vəzifələri həyata
keçirir:
- əhalinin sosial müdafiəsi;
- əhalinin həyat səviyyəsinin yüksəldilməsi;
- əhalinin sağlamlığının qorunması;
- işsiz əhalinin sosial müdafiəsi;
- əhaliyə sosial xidmətlərin göstərilməsi.
Dövlət büdcədənkənar fondlarının funksiyası onun büdcəsinin gəlir
və xərclərinin formalaşdırılması və bu fondun büdcəsinin icrasına
nəzarətdən ibarətdir.
16.2. Büdcədənkənar fondların formalaşdırılması metodları
Büdcədənkənar fondlar iki yolla yaradılır: büdcədən xüsusilə vacib
təyinata malik müvafiq xərclərin ayrılması və büdcədənkənar fondların öz
xüsusi gəlir mənbələri hesabına formalaşdırılması.
Büdcədənkənar fondların formalaşdırılması zamanı yenidən bölgü
prosesində
milli
gəlirin
səfərbərliyə
alınmasının
əsas
metodları
aşağıdakılardır: xüsusi vergilər və yığımlar; büdcə vəsaitləri və istiqrazlar.
Büdcədənkənar fondların büdcə gəlirlərinin formalaşdırılması
mənbələri aşağıdakılardır:
büdcə vəsaitləri;
müvafiq qanunvericilik aktları ilə nəzərdə tutulmuş məcburi
ödəmələr;
fiziki və hüquqi şəxslərin könüllü ödəmələri;
fondun
hüquqi
şəxs
kimi
həyata
keçirdiyi
kommersiya
fəaliyyətindən mənfəət;
254
fond tərəfindən milli bankından və ya kommersiya bankından
alınmış istiqrazlar;
255
Büdcədənkənar fondların təsnifatı
БЦДЪЯДЯНКЯНАР
ФОНДЛАРЫН ФУНКСИОНАЛ
МЯГСЯДЛИ ТЯЙИНАТЫ
ИГТИСАДИ
СОСИАЛ
ТЯБИЯТИ МЦЩАФИЗЯ
ХАРАКТЕРЛИ
256
Məşğulluq fondundan istifadə istiqamətləri
16.3. DÖVLƏT NEFT FONDU
ИШ
ЙЕ
РИ
О
Л
М
А
-
ЙАН
ВЯ
Т
Я
Н
Д
А
-
Ш
Л
АРЫ
Н
И
Ш
Я
Д
Ц
ЗЯ
Л
Д
ИЛ
М
Я
С
МЯШЬУЛЛУГ ФОНДУНДАН
ИСТИФАДЯ ИСТИГАМЯТЛЯРИ
ИШЛЯМЯЙЯНЛЯ-
РЯ МЦВЯГГЯТИ
ЙАРДЫМЛАРЫН
ВЕРИЛМЯСИ
ИХТ
ИС
А
С
О
ЙРЯ
Д
ИЛ
М
Я
С
И
257
Bildiyimiz kimi bəzi ölkələrdə dövlət büdcəsi ilə yanaşı bir sıra
büdcədənkənar fondlar da yaradılır. Belə fondlar içərisində Azərbaycanda
yaradılan neft fondu (ARDNF) mühüm əhəmiyyət kəsb edir. Analoji
fondlar bir sıra digər neft ölkələrində də var. Amma Azərbaycanda onun
yaradılması və istifadəsi qaydaları fərqlidir. Azərbaycan Respublikası
Dövlət
Neft
Fondunun
yaradılması
Azərbaycan
Respublikasının
Prezidentinin 1999-cu il 29 dekabrda 240 nömrəli müvafiq Fərmanına
əsasən həyata keçirilmişdir. Fondun fəaliyyəti onun əsasnaməsi ilə
tənzimlənir. Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr
2000-ci il tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Ölkə
Prezidentinin 19 iyun 2001-ci il tarixli 511 nömrəli Fərmanı ilə ARDNF-in
valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında
Qaydalar təsdiq edildikdən sonra Neft Fondu əməli fəaliyyətə başlamışdır.
Neft Fondunun yaradılmasında başlıca məqsəd Azərbaycanın neft
sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi
təşkil edir. Neft Fondunun qarşısında qoyulan əsas vəzifə Azərbaycan
Respublikası vətəndaşlarının bu günki və gələcək nəsillərinin mənafeyi
naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi sahəsində
bağlanmış sazişlərin həyata keçirilməsindən və Neft Fondunun öz
fəaliyyətindən əldə olunan valyuta və digər vəsaitin yığılmasını və səmərəli
idarə olunmasını təmin etməkdir. Bununla bərbər Neft Fondunun qarşısında
ölkə iqtisadiyyatını artan xarici valyuta daxilolmalarının mümkün mənfi
təsirlərindən qorumaq (manatın kəskin bahalaşması və yerli istehsalın
rəqabət qabiliyyətinin pisləşməsi), makroiqtisadi tarazlığı gözləmək kimi
müxtəlif məqsədlər və maliyyə intizamına xələl gətirməmək öhdəçiliyi
durur.
Neft Fondunun idarəolunması əsasən Azərbaycan Respublikasının
Prezidenti tərəfindən həyata keçirilir. İcraçı direktor ölkə prezidenti
tərəfindən vəzifəyə təyin olunur. Neft Fondunun fəaliyyətinə ümumi
nəzarət
müvafiq
dövlət
orqanlarının
və
ictimai
təşkilatlarının
nümayəndələrindən, habelə digər şəxslərdən ibarət Müşahidə Şurası
tərəfindən həyata keçirilir. Müşahidə Şurasının başlıca vəzifəsi Neft
Fondunun İcraçı Direktoru tərəfindən hazırlanan illik büdcə layihəsinə və
büdcənin icrası barədə hesabatlara, habelə illik hesabatlara və maliyyə
fəaliyyətinin auditinin nəticələrinə rəy verməkdir. Müşahidə Şurasının 10
nəfərdən ibarət tərkibi Prezidentin 27 dekabr 2001-ci il tarixli Fərmanı ilə
təsdiq edilmişdir.
Neft Fondunun büdcəsinin icrası Müşahidə Şurası tərəfindən
verilmiş rəy əsasında Azərbaycan Respublikası Prezidentinin müvafiq
Sərəncamları ilə təsdiq edilmiş Neft Fondunun büdcəsinə, o cümlədən
258
vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramına) və illik
xərclər smetasına uyğun olaraq həyata keçirilir.
Neft fondunun vəsaitləri neftdən gələn gəlirlər hesabına formalaşır.
Bu gəlirlərə konkret olaraq aşağıdakılar daxildir.
1.
Azərbaycan
Respublikasının
payına
düşən
karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər;
2.
Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət
orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar;
3.
Karbohidrogen
ehtiyatlarının
işlənməsi
ilə
əlaqədar
sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən
akrhesabı ödənişlər;
4.
Neft-qaz layihələrini həyata keçirilməsi ilə bağlı Azərbaycan
Respublikasının payına düşən dividentlər və mənfəətin bölüşdürülməsindən
əldə edilən gəlirlər;
5.
Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə
ötürülməsindən əldə edilən gəlirlər;
6.
Neft-qaz sazişləri çərçivəsində Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər
tərəfindən verilən aktivlərdən əldə edilən gəlirlər;
7.
Neft Fondunun aktivlərinin yerləşdirilməsindən və idarə
olunmasından əldə edilən gəlirlər.
Neft Fondunun Əsasnaməsinə uyğun olaraq, onun vəsaiti ölkənin
sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə
və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və rekonstruksiya
edilməsinə istifadə oluna bilər. Azərbaycan Respublikasının “Büdcə Sistemi
haqqında” Qanununa uyğun olaraq, Neft Fondunun xərcləri icmal dövlət
büdcəsinin tərkib hissəsidir və hər il dövlət büdcəsi ilə birlikdə ölkə
parlamenti tərəfindən baxılaraq təsdiq edilir. Qanunda nəzərdə tutulduğu
kimi, Neft Fondu yalnız öz büdcəsi ilə nəzərdə tutulan xərcləri həyata keçirə
bilər. Neft Fondunun əməliyyat və idarəedilməsi ilə bağlı xərcləri istisna
olmaqla, bütün xərcləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
Mərkəzi Xəzinədarlığı vasitəsilə həyata keçirilir.
Neft istehsalının artması və neft məhsullarının qiymətlərinin sürətlə
artması nəticəsində neft fonduna daxilolmalar və bu fonddan maliyyələşən
layihələrin sayı ilbəil artır. Neft Fondunun vəsaiti hesabına mühüm
layihələr - Ermənistan Respublikasının etnik təmizləmə və təcavüz siyasəti
nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi
köçkün ailələrinin
sosial-məişət vəziyyətinin
yaxşılaşdırılması
və
məskunlaşdırılması problemlərinin həlli layihəsi və Bakı-Tbilisi-Ceyhan
259
Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycan Respublikasının iştirak
payının maliyyələşdirilməsi həyata keçirilir.
Neft Fondunun hesabat sistemində şəffaflığın təmin edilməsi ilk
növbədə Neft Fondunun maliyyə fəaliyyəti haqqında hesabatının müstəqil
auditor tərəfindən yoxlanılması vasitəsilə həyata keçirilir. Neft Fondu
fəaliyyət göstərdiyi 3 il ərzində onun auditi beynəlxalq nüfuzlu
Ernst&Young audit şirkəti tərəfindən aparılmışdır. Neft Fondunun fəaliyyəti
Azərbaycan Respublikasının
Milli
Məclisi (Parlament) tərəfindən
yaradılmış Hesablama Palatası tərəfindən yoxlanıla bilər.
Dostları ilə paylaş: |