ra söhbətin keçirildiyi otaqda, arxasında əyləşdiyi masanın üzərinə,
qarşısına qoymalıdır ki, həmsöhbətinin adım düzgün tələffüz etsin.
Tərəf-müqabilləri bir-birinə təqdim edən vasitəçi şəxs təqdim
etmə ardıcıllığım və etiket formasını
seçərkən təqdim edəcəyi
insanların xidməti mövqeyini, yaşını, cinsini, tərəflərin əvvəllər
görüşüb-görüşmədiklərini, bir-biri haqqında məlumatları olub-ol
madığım nəzərə almalıdır.
Təqdimat birtərəfli və ikitərəfli olur.
Birtərəfli təqdimetmə
zamanı, adətən iclasa, müşavirəyə, hansısa təntənəli yığıncağa,
brifinqə, görüşə yığılanlar bu tədbirin təşkilatçılarını, yaxud top
lananların çox hissəsinə tanış olmayan iştirakçıları təqdim edirlər.
Təqdimetmə formulu:
- Buyurun, tanış olun. Hüseynova Günel, Məmmədov Adil.
- Sizi Günel xanımla tanış etmək istəyirəm.
- Sizi professor Fazil Kərimovla tanış etmək istəyirəm.
- İzn verin S iz i.... tanış edim.
- S iz i... təqdim etmək istəyirəm.
Bəzən
təqdimatdan sonra, xüsusilə qeyri-rəsmi şəraitdə, yeni
tanış edilmiş adamlar bir-birinə xoş sözlər söyləyə bilərlər:
- Çox xoşdur (şadam)!
- Sizinlə tanış olmağıma çox şadam.
- Sizinlə tanış olmaqdan çox məmnunam!
Etiket həm də davranış normasını müəyyən edir. Kişini qadına,
yaşca kiçik olanı böyüyə, əməkdaşı müdirə təqdim etmək lazımdır.
Tanışların, bəzən tanış olmayan insanların rəsmi və
qeyri-
rəsmi görüşləri
salam lam a
ilə başlayır.
Azərbaycan dilində əsas salamlama -
salam
sözüdür. Bu ifadə
dilimizə ərəb dilindən keçərək salamatlıq, sülh mənasını verir.
Bu forma ilə yanaşı, görüş vaxtı ilə bağlı salamlamalar da ge
niş yayılmışdır:
- Sabahınız xeyir!
- Axşamınız xeyir!
Ümumişlək
salamlamalardan başqa, görüşməkdən duyulan
sevinci, salamlanana hörməti, ünsiyyət arzusunu bildirən salamla
malar da mövcuddur:
72
- Sizi görməyimə (çox) şadam!
- İzn verin Sizi salamlayım!
- Xoş gördük!
- Xoş gəldiniz!
Hərbi xidmətçilər arasında hərbi salam verməklə salamlaş
malar qəbul edilib. Bu salamlaşma forması ilə keçmiş hərbi xid
mətçiləri tanıyırlar.
Salamlaşmalar çox zaman əlsıxmalarla müşayiət edilir ki, bu,
verbal şəkildə ifadə edilən salamlaşmanı əvəz edə bilər.
Lakin nəzərə almaq lazımdır ki, qadınla kişi görüşürsə, kişi qa
dının öz əlini uzadacağını gözləməlidir. Əgər qadın bunu etmirsə,
kişi yüngülcə baş əyməklə qadına öz hörmətini bildirmiş olur.
Görüşənlər bir-birindən aralıdadırsa, salamlaşmanın qeyri-
verbal ekvivalenti kimi yüngülcə başəymə, əllərini birləşdirməklə
yuxarıya qaldırıb dostcasına yelləmək, kişilər üçün bəzən şlyapanı
azca başından qaldırmaq hərəkətlərindən istifadə oluna bilər.
Nitq etiketi həm də davranışın xarakterini, yəni salam lam anın
növbəliliyini nəzərdə tutur.
Birinci salamlayır:
• K işi-q a d ın ı;
• Yaşca kiçik olan - böyük olanı;
• Yaşca kiçik olan qadın - yaşca özündən çox böyük olan kişini;
• Vəzifəcə kiçik olan - vəzifəcə böyük olanı;
• Nümayəndə heyətinin üzvü - heyətin rəhbərini (öz heyəti,
yaxud xarici olmasından asılı olmayaraq).
Nitq formullarının sonuncu qrupu aynlm a formullarıdır.
Onlar
aşağıdakıları ifadə edir:
• Arzulamalar: Yaxşı yol! Görüşənədək!
• Yeni görüş ümidini: axşama qədər (sabaha, şənbəyə, yaxud
bazara qədər). Ümidvaram ki, ayrılığımız az sürəcək.
Tezliklə
görüşmək ümidi ilə.
• Bir də görüşmələrinə inanmadıqları halda, ayrılığın uzun sü
rəcəyi halda: Əlvida! Çox güman ki, daha görüşməyəcəyik! Haq
qınızı halal edin!
73