Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım


və işgüzar nitq, nitq normaları v ə s. haqda nəzəri və praktik tövsiyələr əksini



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə2/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

işgüzar nitq, nitq normaları v ə s. haqda nəzəri və praktik tövsiyələr əksini
tapmışdır. Kitabda nitq m ədəniyyətinə, söz ustalığına aid maraqlı nümunələr
verilm iş, nitq terminləri lüğəti təqdim edilmişdir.
Zəngin ədəbiyyatdan istifadə edilm əklə və beynəlxalq təcrübəyə əsasla­
naraq hazırlanan, maraqlı nümunələr verilən bu kitab ali məktəb tələbələri üçün
dəyərli dərs vəsaiti ola bilər.
ISBN: 978 - 9952 - 490 - 53 -4
© F.Şiriyev, 2014


GİRİŞ
23 may 2012-ci il tarixində Azərbaycan Respublikasının Pre­
zidenti cənab İlham Əliyev “Azərbaycan dilinin qloballaşma şə­
raitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin 
inkişafına dair” Sərəncam vermiş, 09 aprel 2013-cü il tarixində bu 
barədə Dövlət Proqramını imzalamışdır. Sərəncamda və Dövlət 
Proqramında rəsmi dövlət dilinin hərtərəfli inkişafı, tətbiqi və təd­
risi geniş şəkildə tövsiyə edilmiş, istiqamətlər göstərilmişdir. Bu­
rada Azərbaycan dilində nitq mədəniyyətinə xüsusi yer ayrılmış, 
bu sahənin öyrənilməsi və tədrisi önə çəkilmişdir. Ayrıca olaraq 
“Nitq mədəniyyəti” fənninin tədrisi məsələsi ilk dəfə dövlət başçı­
sı tərəfindən prioritet istiqamət olaraq tövsiyə edilmişdir.
Biz bütün bunları nəzərə alaraq bu dərs vəsaitini hazırlamışıq 
və burada nitq mədəniyyətini yalnız sinxron vəziyyətdə deyil, həm 
də diaxronik - tarixi baxımdan araşdırmağa çalışmış, bir çox hal­
larda “nitq mədəniyyəti” ifadəsi yerinə “ritorika” işlətməklə nəzə­
rə almışıq ki, Ritorika öz tarixi və semantikası baxımından daha 
geniş, dolğun və əhatəlidir.
Hər bir insan öz fikirlərini dəqiq, yığcam və gözəl şəkildə ifa­
də etməyi bacarmalıdır. «Ritorika», yaxud «Natiqlik sənəti» və ya 
«bəlağət elmi» kimi fənlər məhz buna kömək etmək məqsədi güdür.
Tədris fənni kimi ritorikanın fərqi ondadır ki, digər fənlərin 
çoxunun mənimsənilməsi biliklərlə, ritorikanın mənimsənilməsi 
isə həm də bacanqlarla bağlıdır. Həqiqətən də, əgər kimsə Niza­
mi Gəncəvinin, yaxud Cəlil Məmmədquluzadənin nə zaman vəfat 
etdiyini bilmirsə, bu boşluğu iki tarixi - 1209 və 1932-ci illəri 
bilməklə doldura bilər. Amma əgər Siz, auditoriya qarşısında çıxış 
etmək üsullarına yiyələnməmişsinizsə, bu işə aid qaydaların sadəcə 
sadalanması kifayət etməz, burada bir sıra bacarıq və vərdişlərə 
yiyələnmək lazımdır və bunun üçün sizə vaxt lazım olacaq. Natiq­
lik qabiliyyətinə yiyələnmək, hər şeydən əvvəl, m üxtəlif auditori­
yalarda çıxışların uzunmüddətli təcrübəsi ilə bağlıdır.
3


«Ritorika nədir?» sualına ensiklopediya və lüğətlərdə təxminən 
belə bir cavab verilir: ritorika - natiqlik sənəti nəzəriyyəsi, gözəl 
danışıq nəzəriyyəsi, səlis, məhz hazırkı vəziyyətdə tələb olunduğu 
kimi yaxşı danışa bilmək bacarığı haqqında elmdir. Ritorika bəşər 
tarixindəki ən qədim elmlərdən biri olduğu üçün onun qədim dil­
lərdə - həm yunan, həm də latın dilində özünəməxsus adı vardır: 
yunan dilində «ritorika», latın dilində isə «elokvensiya». Ritorikanı 
sadəcə “fikirdən - sözə” kimi də səciyyələndirmək olar. Hər bir in­
sanın fikri sözlə bağlıdır; insanın heç bir fikri yoxdursa, deməli, o, 
lazım olan sözləri də tapa bilməyəcək. Əgər insanın söz ehtiyatı ka- 
saddırsa, o öz fikrini parlaq və anlaşıqlı şəkildə formalaşdırmağı da 
bacarmayacaq.
Ritorika elmdir, çünki burada onun əsaslarına yiyələnmək is­
təyən hər bir insanın əməl etməli olduğu dəqiq qaydalar vardır. 
Lakin ritorikada həm də həqiqi incəsənətin əsas xüsusiyyəti var: 
heç bir qayda uğurlu nəticə əldə olunacağına təminat vermir, bu­
nun üçün həm də yaradıcı təfəkkürün mövcudluğu zəruridir və cə­
miyyət qarşısında çıxış etmək ustalığı insanın həm məntiqi, həm 
də ifadəli təfəkkürdən bacarıqla istifadəsindən ibarətdir.
Qədim dünyanın ritorika müəllimləri bu hallan nəzərə alaraq, 
öz şagirdlərinə söhbətlər və gəzintilər zamanı təlim verirdilər. Bu 
zaman şagirdlər böyüklərdən yaşlı nəslin artıq malik olduğu qayda 
və üsullan öyrənirdilər.
Qədim Yunanıstan və Qədim Romada ritor- natiq, təxminən 
e.ə. Ш əsrdən başlayaraq həm də natiqlik sənəti məktəbində praktik 
gözəl danışıq müəllimi idi. Daha geniş mənada isə o, - peşəkarlığı 
ilə başqalanna natiqlik sənətini, incəsənətini, gözəl danışmaq ba­
can qlannı öyrətmək imkanına malik müəllim idi.
Nəzərə almaq lazımdır ki, bu gün natiqlik sənətinin (gözəl da­
nışıq ustalığının) əsaslanna yiyələnmiş hər bir insan:
• yeni işə düzələrkən öz tərcümeyi-halını müdirə elə danışa 
bilər ki, o, danışanı yubanmadan işə qəbul etmək istəyər;
• yeni kollektivə özü haqqında danışarkən özünü maraqlı və 
xoşagələn həmsöhbət kimi göstərə bilər;
4


• müdiriyyətdən təcili tapşırıq alıb, onu yerinə yetirdikdən 
sonra bu haqda elə hesabat verə bilər ki, rəhbərlik dərhal hesabat 
verənin vəzifə maaşının artırılması haqqında əmr imzalayar.
M üasir müsbət nümunələri isə fənnin bu gün də geniş tədris 
edildiyi xarici ölkələrin təcrübəsindən görmək mümkündür. Belə 
ki, Avropa və Amerikada natiqlik sənətinin ən müasir istiqamətləri 
klassik ritorikaya gedib çıxır və ritorika tamamilə haqlı olaraq, hu­
manitar biliklərin ümumi metodologiyası rolunda çıxış etməyə id­
dialıdır.
Eyni zamanda, xaricdə natiqlik təcrübəsinin də rolu artır ki, 
bura tam haqlı olaraq, tədris müəssisəsindəki təcrübi və gündəlik 
nitqi, hətta küçədəki danışığı da aid etmək olar.
İnkişaf etmiş ölkələrdə hər bir orta məktəb şagirdi nəzəri bilik­
lərə əsaslanan müəyyən ritorik təcrübə əldə edir. Bu, nitq ustalığına 
aid qısa kurs da ola bilər ki, burada şagirdlər (dinləyicilər) yalnız 
ictimai, açıq çıxışlara hazırlığın ümumi əsaslan ilə tanış olur, işgü­
zar ünsiyyətin əsaslanna yiyələnməyə başlayırlar. Amma peşəkar 
natiq və ritorlar hazırlayan xüsusi məktəblərdə uzunmüddətli ha­
zırlıq keçmək də mümkündür.
Peşəkar natiqlik ustalığına yiyələnməyin ümumi təcrübəsi təd­
ricən bütün dünyada, demək olar ki, istənilən ixtisas üzrə mütəxəssis 
hazırlığının aynlmaz hissəsinə çevrilməkdədir. İlk növbədə bu
müxtəlif sosial peşələrin nümayəndələrinə: diplomatlara, hüquqşü­
naslara, psixoloqlara, pedaqoqlara, həkimlərə, ticarət, həmçinin 
bütün sosial xidmət işçilərinə, kitabxana, katiblik və bələdiyyə 
üzvlərinə, ümumiyyətlə, insanlarla intensiv ünsiyyətdə olan digər 
sahələrə aiddir. Fikrimizcə, yüksək səviyyəli mütəxəssislərin hazır­
lanması zamanı ritorika kursunun öyrənilməsi məcburi olmalıdır.
Bu gün dünya ölkələrinin ali məktəblərinin tədris planlarına ri­
torika daxildir. Hazırda dünyada təkcə filoloqlar deyil, digər huma­
nitar ixtisasların (hüquq, beynəlxalq əlaqələr, fəlsəfə, jurnalistika 
və s.) tələbələri də ritorik hazırlıq keçirlər.
Humanitar fakültələrdə ritorika kursunun əsas məsələləri kimi 
aşağıdakılar irəli sürülür:
5


• sosial - humanitar biliklər sistemində ritorikanın inteqral 
fənn kimi yerinin müəyyənləşdirilməsi, natiqlik fəaliyyətinin icti­
mai əhəmiyyəti və natiqin öz nitq davranışı üçün məsuliyyəti;
• tələbələrin ictimai çıxışlarda iştirak üçün səmərəli və təsirli 
hazırlıq texnologiyası ilə silahlandınlması;
• dinləyicilərin nitq mədəniyyətinin öyrədilənlərin peşə və şəxsi 
tələblərinə daha dərindən cavab verən fəal forma və janrları ilə nəzəri 
və əməli (həm genetik, həm də sinxron istiqamətlərdə) tanışlığı.
Ali məktəb ritorik təhsil verərkən ünsiyyət baxımından inkişaf 
etmiş, şüurlu və çevik şəkildə inandırmaq qabiliyyətinə yiyələnmiş, 
cəmiyyət qarşısında m üxtəlif növ və janrlarda maraqlı çıxışlar et­
məyi bacaran şəxsiyyət yetişdirmək kimi sosial əhəmiyyətli ən 
yüksək vəzifəni yerinə yetirməyi qarşısına məqsəd qoyur.
Tədris fənni kimi ritorikanın ali məktəbdə başlıca vəzifəsi tə­
ləbənin cəmiyyətin layiqli üzvü, işinin incəliklərinə yaxşı bələd 
olan, şüurlu mövqeyə malik, yüksək mənəvi- ictimai normaları 
təbliğ edən və nitq ünsiyyətini təşkil etmək üsullarına yiyələnmiş 
şəxsiyyət tək yetişdirilməsi kimi sosial borcu yerinə yetirməsidir.
Ritorika (gözəl danışıq qabiliyyəti, ustalığı nəzəriyyəsi) .ma­
hiyyət etibarilə, yuxanda qeyd edildiyi kimi, ritorik pedaqogika 
şəklində meydana gəlmişdir. Belə ki, bu sahədə ilk nəzəriyyəçi və 
praktik olan sofıstlər ritorik-pedaqoji fəaliyyətlə məşğul olurdular, 
yəni gözəl danışıq ustalığı öyrədirdilər.
Deməli, Qədim Roma və Qədim Yunanıstanda tədris fənni ki­
mi meydana gəlmiş ritorika bu gün də pedaqoji və praktik yönüm- 
lü olmalıdır.
Dünyanın bu sahə üzrə tanınmış bir çox alimlərinin, məsələn, 
S.S.Averintsevin, A.F.Losevin, LK.Qraudinamn, A.K.Mixalskaya- 
nın və b. fikrincə, müasir ritorika nitq ünsiyyətinin yalnız texnikası 
yox, həm də fəlsəfəsi, onun əxlaqi seçim, xeyir və şər, onlann dav­
ranış və ünsiyyətdəki problemlərini irəli sürən ümumiləşdirici etika 
və estetikasıdır.
Ali məktəb fənni kimi ritorika linqvistika, üslubiyyat, mətn­
şünaslıq, semiotika, ədəbiyyat nəzəriyyəsi və tarixi ilə bir sırada 
durur və aşağıdakı məsələləri əhatə edir:
6


• nəzəriyyənin və onun ictimai dil təcrübəsi ilə əlaqəsinin öy­
rənilməsi;
• jan r kimi real şəkildə mövcud olan (qarşıya qoyulmuş məq­
səddən asılı olaraq), müvafiq kommunikativ mətnin quruluşu haq­
qında biliklərə yiyələnmək;
• bu əsasda, klassik kanonun 

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin