Mühazirə düşüncə, fikir, müəyyən məsələ üzrə mövcud fikir
lərin müqayisəsi, dərin nəzəri təhlil xarakterli də ola bilər, mü
hazirə düşünməyi bacaran auditoriya qarşısında oxunduğu üçün
əvvəlcədən proqnozlaşdırılmış, eyni zamanda həmişə yeni və
gözlənilməz olmalıdır, deməli, natiq «plan-improvizə» oxunun
ətrafında hərəkət edə bilər.
Mühazirənin geniş planı, onun məntiqi əsası - əsas suallar,
mövzunun əvvəlcədən düşünülmüş şəkildə inkişafı, hazırlan
mış dəlillər, bir məsələdən digərinə keçidin məntiqi, əvvəlcədən
müəyyənləşdirilmiş, mühazirəni yekunlaşdıran nəticə - bir sözlə,
başlanğıcın, məzmunun açılmasının və yekunlaşdınlmasının məz
munlu sxemi vaxt üzrə elə hesablanır ki, mühazirənin sübutla, mövzu
nun əsaslandırılması ilə bağlanan əsas məzmunu «başlanğıc»la (baş
lanğıc və məsələnin qoyuluşu) və əvvəlcədən müəyyənləşdirilmiş
sonluq - nəticə ilə birlikdə reqlamentin çərçivəsinə yerləşsin.
Dostları ilə paylaş: