Məlumatverici nitqin
mühüm janrlarına xronikal və elmi
məlumatlar, hesabat və tədqiqat məruzələri, akademik və elmi-
kütləvi mühazirə, siyasi icmal və elmi xülasələr aid edilir.
Xronikal məlumat müəyyən dövr ərzində nəyinsə, məsələn,
istehsal prosesinin, nəyinsə tarixi, bioqrafık məlumatlar və s. inki
şafı (dəyişməsi) haqqında informasiyaya malikdir. Bölmələrə ay
rılma zaman əlamətinə görə həyata keçirilir və məntiqi, müəyyən,
aydın olmalıdır.
Materialın hansı tərtibatının daha çox üstünlük təşkil
etməsindən asılı olaraq, elmi məlumatın bir neçə növünü müəyyən
edirlər - analiz və sintez, ümumiləşdirmə, materialın qruplaşdınl-
ması, qarşılıqlı müqayisə.
Əsasını analiz və sintezin təşkil etdiyi elmi məlumatlarda (mə
sələn, «Cümlənin baş və ikinci dərəcəli üzvləri», «sözün hissələri»
və s.) bu və ya digər məlumatın əlaməti göstərilir. Əlamətlərin
seçilməsi «birincisi», «ikincisi» kimi sözlərin köməyi ilə həyata
keçirilə bilər ki, bu da mülahizəni aydın və ardıcıl edə bilər.
Elmi məlumata həmçinin anlayışların nümunələrlə şərh edilən
məntiqi tərifləri də daxil edilə bilər. Materialın seçilməsi müəyyən
vəzifəyə, məsələn, sintezdə bu və ya digər dil kateqoriyasına aid
xüsusiyyətləri göstərməyə tabe edilir.
124
Elmi məlumatlar - ümumiləşdirmələr nəzərdən keçirilən hər
hansı dil hadisəsi və kateqoriyalarına aid ümumi əlamətlərin fərqlən
dirilməsidir. Belə ümumiləşdirilmiş qısa ifadə edilmələr «Əvəzlik
və zərflərdə defısdən istifadə», «Xitab, ara söz və ara cümlələrdə
durğu işarələri» və s. kimi məsələlərin öyrənilməsini nəzərdə tutur.
Belə müzakirələrdən sonra, adətən ümumiləşdirilmiş nəticə çıxarılır.
Materialın qruplaşdırılmasına əsaslanan mülahizələr (məsələn,
«Nitq hissələri», «Sonu saitlə bitən sözlərə saitlə başlayan şəkil
çilərin artırılması qaydası» və s. mövzularda) əsas bölgünün for
malaşdırıldığı və qrupun adının göstərildiyi cümlə ilə başlayır.
Bu cümlələrdə şərti olaraq təsnifat münasibətlərini göstərən
dil vasitələrindən istifadə edilir: qruplara bölünür (bölmək müm
kündür), qruplar ayrılır (fərqləndirilir), bu əsasda aşağıdakı qrupla
ra bölmək olar (mənasına görə, quruluşuna görə, cümlədəki roluna
görə, istifadə məqsədinə görə və s.).
Bu növ ilkin ifadələr materialın şərhinin müəyyən yolu
nu, mülahizənin quruluşunu, yəni ümumi müddəadan xüsusiyə
istiqamətini göstərir. Çıxış edən nəzərdən keçirilən kateqoriyanın
qruplara bölünməsini əsaslandıran mühüm əlaməti göstərməlidir.
Bölünmə əlamətlərini bilmək kompozisiyanın mütənasibliyini
təmin edəcəkdir.
Bu səbəbdən də belə məlumatlar hazırlanmazdan əvvəl öyrəni
lən materialın məntiqi təhlili aparılmalıdır ki, bu təhlilin də cədvəl
və sxemlərin tərtibi ilə müşayiət edilməsi məqsədəuyğundur.
Cədvəllər materialın toplanması və cavablar üçün plan vəzifəsini
yerinə yetirir, onun gedişində cədvəlin qarşılıqlı əlaqədə olan
qrupların (alt qrupların) və onların arasındakı əlaqələrin tapılması
üçün əlamətlərin müəyyənləşdirilməsinə yönəldilmiş oxunması və
təhlili həyata keçirilir.
Əsasında öyrənilən materialın qarşılıqlı müqayisəsi duran
elmi məlumat tam, yaxud qismən müqayisə əsasında qurula bilər.
Müqayisə fikir əməliyyatı və üsul kimi, xüsusən dil dərslərində
mühüm yer tutur.
Müqayisə edilən obyektlərin tam müqayisəsi zamanı həm ox
şarlıq, həm də fərqlilik əlamətləri müəyyən edilir. Məsələn, verilən
125
növ üzrə «İsim və sifətlər nitq hissələri kimi», «Xəbər əsasında qu
rulan təktərkibli cümlələrin ümumi və fərqli əlamətləri» və s. kimi
mövzular aydınlaşdırıla bilər.
Qismən müqayisə zamanı uyğun (ümumi), yaxud fərqli əlamətlər
müəyyən edilir. Bu şəkildə «Sait və samitlərin əmələ gəlməsindəki
fərqlər», «Tabelilik və tabesizlik bağlayıcılanmn fərqli cəhətləri» və
s. mövzularda elmi məlumatlar formalaşdırıla bilər.
Nəzərdən keçirilən məlumatlar müqayisəli təsvir, yaxud
müqayisəli xüsusiyyətlərin göstərilməsi şəklində verilə bilər.
Çıxışların müəllifləri tərəfindən əvvəlcə müqayisənin aparıl
dığı əsas (əlamət) göstərilir, uyğunluq və fərqlərin əhəmiyyətli
əlamətləri seçilir. Çıxışlar ardıcıl, yaxud paralel müqayisə şəklində
qurula bilər.
Elmi məlumat elmi məruzədən ilkin, yaxud yekun məlumatlılığı
ilə fərqlənir. Onun izah müddəti məhduddur, orada dəlillər və ciddi
sübutların, o cümlədən ətraflı şərhin olması vacib deyil. Lakin elmi
məlumatlar öz mahiyyətinə görə həmişə son dərəcə konkretdir.
Məruzə
- şifahi monoloji nitqin mürəkkəb jann olub, yazı
lı mətnə yaxın olan, müəyyən mövzuya (elmi, sosial-siyasi və b.)
həsr olunmuş, dinləyicilər qarşısında verilən geniş məlumatdır.
M əqsəd
- toxunulan məsələlər üzrə dinləyicilərin fikrini for
malaşdırmaq, sonrakı əməli fəaliyyətlərin xarakterini müəyyən
etməkdir.
Məruzənin şərhinin məntiqi mütənasib kompozisiyası, sübut-
luluğu ilə seçilir, burada danışanın şəxsiyyəti ikinci plana keçir.
Bir qayda olaraq, məruzə kağızdan oxunur, improvizələrə və
kənaraçıxmalara yol verilmir, bunu həm də əvvəlcədən hazırlan
mış plan və tezislər sübut edir. Nitqin mövzusundan kənara çıxıl
ması yalnız auditoriya ilə əks əlaqənin yaradılması üçün gərəkli
olur və əvvəlcədən müəyyənləşdirilir.
Məruzənin məzmunu mövzu və məruzəçinin qarşısına qoy
duğu məqsədi ilə müəyyənləşdirilir. Hər şeydən əvvəl, vəziyyət
təhlil edilir, məlumatlar verilir, vəzifələr qoyulur, tövsiyə verilir
və qiymətləndirmə aparılır. Bir qayda olaraq, oxunduqdan sonra
məruzə müzakirə edilir.
126
I
Hesabat məruzəsi - bu zaman rəsmi şəxs səlahiyyətli yığıncaq
qarşısında görülmüş iş haqqında hesabat verir, onu təhlil edir və
nəticələrini qiymətləndirir.
Belə məruzə rəsmi xarakter daşıyır, orada eyni zamanda qarşı
da duran fəaliyyət haqqında danışılır və vəzifələr müəyyənləşdirilir.
Onun məzmunu həm müzakirə edilir, həm də hansısa hissələri
təshih edilir, ayn-ayn hissələri bəyənilir və bəzən fəaliyyət üçün
proqram kimi qəbul edilir.
Hesabat məruzəsi kollektiv yaradıcılığın nəticəsi ola bilər.
Belə məruzədə, bir qayda olaraq, gözəl, bəlağətli nitqin başqa
növlərində düzgün, yerində, bəzən isə zəruri olan ekspromt, ya
xud improvizələr olmur. Məruzə bütün bölmə və müddəalarının
düşünülmüş və ciddi dəlillərlə əsaslandırılmış olması, praktik is-
tiqamətliliyi, nəticələrinin aydınlığı və tövsiyələrinin əsaslandırıl
mış olması ilə fərqlənir.
Elmi məruzə elmi konfranslarda (simpozium, seminar, bey
nəlxalq konqreslərdə) edilir və o, quruluşuna görə mühazirə ilə
oxşardır. Lakin mühazirədən fərqli olaraq, xüsusilə təbiət elmləri
sahəsində məruzələr konkret sosial və digər tədqiqatlar, axtarışlar
üzrə keçirilən eksperimentlərin ümumiləşdirilməsi olur.
O,
müəyyən bir məsələyə həsr edilir və nadir hallar istisna ol
maqla elmi məruzədə elmi kəşf olmalı, yaxud məlum hadisələrə prin
sipial cəhətdən yeni yanaşmaları əks etdirməlidir. Belə nitq, mühazirə
kimi dəqiq dəlillərlə və sübutlarla əsaslandırılmış olması ilə fərqlənir.
Elmi məruzə fərziyyə (hipotetik) xarakterli də ola bilər. Bu
şəkildə çıxışda hələlik hər hansı konkret tədqiqatın nəticələri ol
mur; orada eksperiment yalnız nəzərdə tutulur, deməli ideya, ya
xud bu növ açıq çıxışların əsas müddəaları axtarış, ehtimal kimi
qəbul edilməlidir.
Elmi məruzədə təcrübə üçün, xüsusilə yeni texnologiyanın,
idarəetmə metodlarının və s. istehsalata (təhsilə) tətbiqi üçün konk
ret tövsiyələr ola bilər. Mühazirədən fərqli olaraq, elmi məruzə
müzakirə, hətta kəskin diskussiyaların obyektinə çevrilə bilər.
Dostları ilə paylaş: |