Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə65/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

1. Arzu olunan hərəkətin kom pleks m otivasiyası prinsipi.
Oyadıcı nitqdəki çağırış motivləşdirici olmayan, yaxud kifayət 
qədər motivləşdirilməyən olduqda (pis hərəkət etmə, özünü yaxşı 
apar, demokrata səs ver və s . ) bir qayda olaraq, cavab reaksiyası 
doğurmur, deməli, natiq auditoriyanın xüsusiyyətlərini və ünsiyyət 
vəziyyətini nəzərə almaqla, fəaliyyətə çağırışı motivlər kompleksi 
ilə möhkəmləndirməlidir.
Bu nitqdə auditoriyanın eyni zamanda bir neçə tələbatına ( fizi­
ki, iqtisadi, sosial, oyun və s . ) müraciət olmalıdır. Fəaliyyətə çağı­
rarkən nitqi elə qurmaq mümkündür ki, onun hər bir bölməsində 
fəaliyyətin xüsusi motivinə göstəriş mövcud olsun. Motivlərin 
daha tez-tez uyğunlaşması bir tərəfdən məsuliyyəti, yaxud borc 
hissini və digər tərəfdən şəxsi mənafeyi birləşdirir.
2. M üsbət çağırışların m ənfi çağırışlara nisbətən üstünlük
təşkil etməsi.
Natiqin auditoriyanı səslədiyi fəaliyyət (yaxud fəa­
liyyət üçün proqram) çox zaman vəsait, səy, vaxt itkisi, bir qisim 
rahatlıqlardan imtina ilə bağlıdır.
149


Bu səbəbdən də nitqin istiqamətverici bölümlərində təklifinizin 
xeyrinə olan müsbət hisslər yaratmaq lazımdır. Müsbət motivasi- 
ya mütləq mənfidən üstün olmalıdır ki, nitq tələb olunan səmərəni 
versin. Qeyd edək ki, borc hissinə müraciət edən çağırışlar az 
həvəsləndirən və çox da xoşagələn olmayan məsuliyyət hissini 
ön plana çəkməməlidir; belə çağırışlar qürur hissinə, ümumi işə 
sədaqət hissinə, qüvvə və üstünlük duyğusuna və s. müraciətlə 
uzlaşmalıdır.
3. 
G özlənilən fəa liyyət reaksiyasının maksimum konkretləşdi­
rilm əsi prinsipi.
Dinləyicilərin arzu olunan fəaliyyət reaksiyasını 
əldə etmək üçün nitqin əsas hissəsində baş ideyanı təsvir edən 
konkret nümunələrdən istifadə edilməsi daha məqsədəuyğundur, 
nəinki çoxsaylı faktlardan istifadə edilməsi.
Oyandıncı nitqin yekununda, bir qayda olaraq, həm bilavasitə 
fəaliyyətə çağırış olur, həm də fəaliyyətin konkret xarakteri gös­
tərilir. Çox zaman əgər kifayət qədər əsaslandırılmış motivasiya- 
dan istifadə edilibsə, hərəkətə keçmək çağırışı bütünlükdə yalnız 
nitqin yekun hissəsinə daxil olur və onu tam əvəz edir. Bu halda 
bir-iki ifadə kifayət edir.
Həyəcanlı şüarların dalbadal düzülməsi kimi ənənəvi, la­
kin köhnəlmiş üsuldan mütləq uzaqlaşmaq, əgər bəzən onlardan 
istifadə etsəniz belə, onları diqqətlə seçmək lazımdır. Bəzi zəruri 
izahatlann olmaması auditoriyada çaşqınlıq yaradar və onların 
təklif edilən fəaliyyətdən yayınmasını asanlaşdırar.
Çağınş edilən fəaliyyətlər elə bəsit və asan görünməlidir ki, 
dinləyici onunla sadəcə razılaşsın və ona qarşı çıxmasın. Lakin 
əgər siz auditoriyanın təklif ediləni yerinə yetirəcəyinə inanmırsı­
nızsa, 
onda bunu xahiş etm ək qətiyyən
lazım deyil.
4. U sandır ıcı olmayan göstərişverm ə prinsipi.
İstənilən qey- 
ri-ordu tərkibli auditoriya, ona nəyi isə etməklə bağlı göstəriş, 
xüsusilə də əmr verirlərsə, daxili qarşıdurma hissi keçirəcəkdir
əgər dinləyicilər natiqlə razılaşırlarsa, istiqaməti göstərməklə on­
ların hərəkətinə yalnız təkan vermək lazımdır; bu zaman sərt ifa­
dələrdən, kəskin fikirlərdən, fəaliyyət proqramı barədə rəhbər gös­
tərişlərdən imtina edilməlidir.
150



Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin