Podrat Müqaviləsi №____ ___ Bakı şəhəri ____ ____________ 2023-cü il. Bir tərəfdən bundan sonra “Sifarişçi” adlandırılacaq, “Sevil ” Kiçik Müəssisəsinin direktoru, Ayaz Babayev şəxsində və digər tərəfdən bundan sonra “Podratçı” adlandırılacaq “RN İsoservice” Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru Nicat Cəlilzadə bu müqaviləni aşağıdakı şərtlərlə imzaladılar;
Müqavilənin predmeti.
1.1. Podratçı müqavilənin tərkib hissəsi olan əlavələrdə razılaşdırılmış sifarişlərin keyfiyyətli, vaxtında, sifarişin xarakterinə uyğun olaraq icra etməyi, Sifariçi isə bu müqavilə şərtlərinə uyğun olaraq icra edilmiş sifarişlərin xidmət haqqını ödəməyi öz öhdəsinə götürür.
Sifarişlərin icra müddəti, sifarişin adı, xidmət haqqı, xidmət haqqının ödənilməsi şərtləri müqavilənin tərkib hissəsi hesab olunan əlavələrdə qeyd edilir.
Müqavilənin dəyəri və hesablaşmalar.
2.1. Müqavilə üzrə göstəriləcək xidmətlərin dəyəri müqavilənin əlavəsində razılaşdırılır.
2.2. Xidmət haqqı əgər əlavədə başqa hal nəzərdə tutulmayıbsa təhvil-təslim aktı, elektron hesab-faktura və qaimə faktura verildikdən sonra köçürmə yolu ilə ödənilir.
3.1. Sifarişçinin hüquqları: Sifarişlər Podratçı tərəfindən qüsurla yerinə yetirildikdə icra edilmiş sifarişlərin qəbul olunmasından və xidmət haqqının ödənilməsindən imtina etmək, habelə qüsurların aradan qaldırılması üçün sifarişlərin tam və ya onun müvafiq hissəsinin yenidən icra edilməsi və ya vurulmuş zərərin ödənilməsini Podratçıdan tələb etmək;
Podratçıya sifarişlərin icrası ilə bağlı məcburi olan müvafiq şifahi və/və ya yazılı göstərişlər vermək;
3.1.3. Müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini Podratçıdan tələb etmək.