3.2.1. Müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada icra etmək və onların pozulmasına yol verməmək.
3.2.2. Bu Müqavilənin 2-ci bəndinə uyğun olaraq müəyyən olunmuş xidmət haqqlarını Podratçıya ödənilməsini vaxtında həyata keçirmək.
Podratçının hüquqları:
Müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra olunmasını və onların pozulmasına yol verilməməsini Sifarişçidən tələb etmək.
Podratçının vəzifələri: İşlərin Sifarişçiyə təhvil verilməsi;
Sifarişləri yüksək keyfiyyətlə, qüsurlardan azad, habelə bu Müqavilənin və Sifarişçinin tələblərinə uyğun şəkildə göstərmək;
Sifarişlərin yerinə yetirilməsi ilə bağlı Sifarişçinin verdiyi konkret tapşırıqları icra etmək, bildirdiyi iradları vaxtında aradan qaldırmaq, Sifarişçinin müəyyən etdiyi müddətdə sifarişlərin icrası barədə onu yazılı qaydada məlumatlandırmaq;
Sifarişləri şəxsən göstərmək və Sifarişçinin yazılı razılığı olmadan üçüncü şəxsləri sifarişlərin icrasına cəlb etməmək;
Sifarişlərin icrası zamanı təhlükəsizlik qaydalarına riayət etmək və Sifarişçinin personalının təhlükəsizliyini təmin etmək, işlərin görülməsi zamanı hər hansı bir səbəbdən baş vermiş bədbəxt hadisələrə görə məsuliyyət daşımaq.
Podratçı təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl etməli, sifarişlərin icrası üçün cəlb etdiyi işçiləri tam şəkildə texniki təhlükəsizlik vasitələri
ilə təmin etməlidir.
Podratçı xidmətin göstəriləcəyi sahədə təhlükəsiz əmək və zəruri sanitariya-gigiyena şəraitini, sahənin bilavasitə yaxınlığında yaşayan, istirahət edən və ya hərəkət edən insanların
görülən işlər ilə bağlı yarana bilən təhlükələrdən müdafiəsini təmin etməlidir
Podratçı işlərin görülməsi zamanı texniki təhlükəsizlik, texnikanın istismarı qaydalarının
onun və ya əməkdaşlarının tərəfindən pozulması nəticəsində baş verə biləcək və ya baş
vermiş hadisəyə, işçilərin xəsarət alması və ya ölməsinə görə məsuliyyət daşıyır. Sifarişçi bu
hallarda heç bir məsuliyyət daşımır.
Sifarişləri razılaşdırılmış müddətdə ərzində tam şəkildə qüsursuz icra edib təhvil vermək;
Sifarişçinin tələbi ilə işçi qüvvəsini və texnikalarını artırmaq;
Sifarişlərin icra ardıcıllığı barədə planı Sifarişçiyə təqdim edərək razılaşdırmaq;
Sifarişçi tərəfindən verilən mal-materialı normativlərə uyğun olaraq istifadə etmək.