Natiqin ümumi inkişafı, dünyagörüşü və erudisiyasının artırıl
ması məqsədilə Siseron bədii əsərlərdən, poetik mətnlərdən müm
kün qədər çox parçalar əzbərləməyi, tarixi öyrənməyi məsləhət
görürdü.
Siseronun fikrincə, sözlərdən istifadə etmək bacarığı və şablon
olmayan parlaq ifadələrdən ibarət böyük söz ehtiyatı gözəl nitq
üçün zəmin və təməl hazırlayır.
Bəs bu təməl üçün sözlər- kərpiclər necə seçilməlidir?
Siseron məsləhət görürdü:
1. Ümumişlək sözlər arasında çox işlədilmiş və insanlan bez
dirmiş olanlardan( deməli, yəni və s .,) qaçmaq, seçilmiş və parlaq
ifadələrdən istifadə etmək;
2. Qədim, yaxud yeni sözlər (neologizmlər) arasından canlı
müasir dil üçün qəbul edilən olanlan seçmək;
3. Metaforanın seçimi zamanı onun yerində işlənməsini nə
zərə almaq lazımdır.
M üasir ritorika natiqin şəxsiyyətinin nitqin səmərəliliyinə
kömək edən konkret xüsusiyyətlərini göstərir: cazibədarlıq, məla
hət, artistizm, inam, səmimiyyət, maraqlılıq, həvəslilik. Sevimli
natiq - təbii, olduğu kimi görünən natiqdir.
Biz nitqi yox, danışan insanı dinləyirik. Klassik ritorika bil
dirir ki,
Dostları ilə paylaş: