Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə70/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

1. Yumoristik çatarların komikdə üstünlük təşkil etməsi prinsipi.
Əyləncəli nitq dinləyiciləri şənləndirməli, yaxşı əhval-ruhiyyə,
rahat psixoloji fon yaratmalıdır və deməli, burada yumoristik ça­
larlar - şən qayğısızlıqdan, qüvvələrin çoxluğu və azadlıqdan do­
ğan kinsiz şüurun sərhədsiz fantaziyası ilə uyğunlaşmış gülüş üs­
tünlük təşkil edəcək.
2. Kom izm in üsullarının kaleydoskopikliyi (tez-tez dəyişən ol­
ması) prinsipi.
Əyləncəli nitqə şux, karnaval tipli, bayrmsayağı- 
şən əhval-ruhiyyə xasdır; burada komikliyin ən m üxtəlif üsulları 
bir-birilə uzlaşır.
Komizmin üsullarının m üxtəlif təsnifatı mövcuddur:
1. M üəllif imkanının mənsubiyyətinə görə: orijinal və başqa­
larından alınmış;
2. Qısalıq səviyyəsinə görə: kəskin sözlər və lətifələr;
3. Meydana gəlmə texnikasına görə: daha çox məntiqi (mən­
tiqsizliklər alogizmlər və paradokslar) və daha çox linqvistik (üs­
lub təzadı); istehzalı məcazların, hiperbola və litotalann qro- 
tesk səviyyəsinə çatdırılması imkanı ilə komik effekti(sözün dar 
mənasında); həmçinin nitqin ayn- ayn fiqurları (məsələn, qaravəlli).
Fərdi n itq .
Nitqin bu növü geniş dinləyici kütləsi üçün nəzərdə 
tutulmayıb. Belə nitqlə, adətən, şəxsi həyəcan zamanı, sənə əziz 
olanların hislərinə də aid olan ruhi sarsıntılarla çox yaxın adamla­
ra müraciət edilir. Belə nitqlər sifarişlə yaradılmır və əvvəlcədən 
planlaşdırılmır. Onlar dərdin və sevincin bütün dərinliyini hiss 
etmiş ruhun hərəkətidir. Onların məqsədi həyəcanlan bölüşmək, 
şəxsi duyğulardan baş çıxara bilməkdir.
Şəxsi nitqin mühüm janrlanna açıq etiraf, tövbə, məhəbbət eti­
rafı, gündəliklər, şəxsi məktublar daxildir.
160


Nitqin bu növünün tətbiq sahəsi kifayət qədər dardır, audi­
toriyası, bir qayda olaraq, bir-iki (nadir hallarda bir qədər çox) 
dinləyicidən ibarətdir (yalnız radioproqramlann, qəzetlərin redak­
siyalarına göndərilmiş məktub-etiraflar istisna təşkil edir. Lakin 
burada janrın digər janrlarla həmsərhəd olan növlərindən danış­
maq yerinə düşərdi).
Təbiəti etibarilə son dərəcə şəxsiləşdirilmiş bu nitqin ritorik 
əsaslandırılması daha çox emosionaldır, daxili səbəblərdən törəyib, 
öz-özünə əmələ gələn nəqllə, təkrarlar, inversiyalar və retardasiya- 
larla xarakterizə edilir.
Daxili, şəxsi nitqlərin çox hissəsinə əvvəlcədən hazırlıq keçi­
rilir, baxmayaraq ki, qarşı tərəfə yüksək səviyyədə təsir götərmək 
üçün bəzi hazırlıq ünsürlərinin mövcudluğu mümkündür, söy­
lənən nitq praqmatik gözləntilər kompleksinin mövcudluğu ilə 
səciyyələnir.
Beləliklə, nitqin bu növündə əsas intuisiya-emosional başlan­
ğıcı hədsiz nitq ölçüsüzlüyü ilə müəyyən şəraitdə, müəyyən işti­
rakçılarla və müəyyən edilmiş məqsədlə baş verir.
4.3. Ünsiyyət prosesinin rito rik əsasları

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin