Bu səbəbdən, öz emosiyalarına yox, emosiyaları yarada bilə
cək faktlara müraciət edilməlidir. Əgər natiq dinləyicilərdə müsbət
emosiyalar yaratmaq istəyir və müsbət hislərə müraciət edirsə,
auditoriyanın həyəcanlılıq səviyyəsini nəzərə almalı, insanları hər
şeyi əlvan görməyə məcbur etməməlidir.
2. N itqin qəlib form alarının qarşısının alınm ası prinsipi.
İn
sanlar duyğularına aid olan hər şeyə mərifətli, təmkinli münasibət
bəslənməsinə üstünlük verirlər. Səmimiyyət, dərin təsirlilik yal
nız nitqin intonasiyasından yox, həm də onun formasından- çıxış
edənin seçdiyi söz və ifadələrdən asılıdır.
Nitqin bəzəkverici ünsürləri - epitetlər, metaforalar və s. çox
ciddi seçimə məruz qalmalıdır; burada qəliblərə, şablonlaşmış me
taforalara yer yoxdur. Ruhlandırıcı nitq - həmişə məlum, dinləyi
cilərə yaxın olan məsələ haqqında yeni, bu səbəbdən də təsirli olan
sözdür.
3. M ədhiyyəçilik prinsipi.
Bu prinsip tərifedici məzmunlu
nitqlər üçün nəzərdə tutulur və səbəbkarın ünvanına tənqidin, mən
fi ünsüurlərin nitqdən çıxarılmasını tələb edir.
Dostları ilə paylaş: