ləmək»dir, məhkəmə nitqləri üçün hakim, məhkəmə üzvü- onların
vəzifəsi «günahlandırmaq, yaxud bəraət qazandırmaq», məşvərətçi
(siyasi) nitqlər üçün siyasətçi - dövlət qulluqçusu -onların işi qə
bul, yaxud rədd etmək, dövlətin, yaxud vətəndaşların mənafeyi na
minə hansı qərarı qəbul, yaxud rədd etmək barədə «məsləhət ver
m ə d d ir.
Nitq fəaliyyətinin növləri çox zaman danışanın nitq məqsəd
lərinə görə fərqlənir:
informasiya, məlumat, inandırma, yönəltmə,
qiymətləndirmə (tərif, yaxud danlama). Nitq fəaliyyəti - danışanın
müəyyən nəticə əldə etməkdən ötrü əsas nitq davranışı vahididir.
Nitq vəziyyətinin (onun quruluş ünsürlərinin: kiminlə danışı
rıq, harada danışırıq və nə məqsədlə danışırıq) düzgün dərk edil
məsi və bununla bağlı olaraq nitqi, mülahizəni müvafiq şəklə sal
maq - «ritorik bilik və bacarıqların
mahiyyəti, yəni ritorikada ən
başlıca olan məhz budur» (A. K. Mixalskaya).
Nitq vəziyyətini qiymətləndirmək və təhlil etmək bacarığı baş
qa bacarıqların formalaşdırılması, yəni nitqin məzmununu kəşf et
mək, kəşf etdiklərini müəyyən sxemə (nitqin, yaxud diskursun nö
vünə əsasən) yerləşdirmək, məzmunu sözlərlə düzgün ifadə etmək
üçün əhəmiyyətlidir.
Nitqin (diskursun) növləri,
yuxanda qeyd edildiyi kimi, danı
şanın nitq məqsədinə uyğun olaraq fərqləndirilir. Onlann mövzu
su, izah üsulu, dil xüsusiyyətləri bundan asılıdır.
Məsələn, «Göstərilən faktlar bizim cəmiyyətimizdə yeni siyasi
qüvvələrin yaranmasım göstərin) - siyasətçi belə deyə bilər.
«Faktlar inkaredilməz şəkildə göstərir ki, mənim müdafiə etdi
yim şəxs günahsızdıo)- vəkil belə deyə bilər.
«Faktlar inadkardır: biz nə qədər başqa şəkildə düşünmək
istəsək də, bu tarixi dönəmin öyrənilməsində yeni yanaşmanın
zəruriliyini qəbul etmək lazım gəlio>- alim mühazirə, yaxud məru
zə zamanı öz fikrini belə bildirir.
Gördüyümüz kimi, kütlə qarşısındakı nitqin növü nitq vəziy
yətindən - nitq ünsiyyətinin baş verdiyi şəraitdən asılıdır.
Dostları ilə paylaş: