Əyləncəli və şəxsi (ən m əxfi) nitq.
Əyləncəli nitq adında nə
zərdə tutulandan başqa heç bir məqsəd daşımır. O özlüyündə
dinləyicini əyləndirməli, güldürməlidir. Söyləmək olardı ki, onun
məqsədi sadəcə dinləyicinin diqqət və marağım saxlamaqdır, lakin
burada əyləncəlilik - maraq məqsəd kimi nəzərdə tutulur.
Belə nitqi tez-tez qonaqlıqda, yaxud insanlar xoşagələn ün
siyyət prosesində birgə vaxt keçirdikləri zaman eşidirik. Burada
həm zarafat, həm ciddi fikir, həm həqiqət, həm fantaziya vardır.
Bu nitqdə yumor, çoxlu şəxsi münasibət, ironiya, məzəli ciddiyyət,
karikatura və şişirtmə mövcuddur.
Əyləncəli nitqin növləri kimi komik və dramatik (cəlbedici
süjetə malik olan nəql) nitqləri göstərmək olar.
Əgər nitqin yumorlu olacağı nəzərdə tutulursa, ayn-ayn in
sanların, yaxud insanlar qrupunun vərdişlərinə, həyat tərzinə və
davranışına edilən zarafatyana hücumlar hazırlamaq haqqında
düşünmək mümkündür. Bu zaman adi vəziyyətlərin, yaxud şəxsi
keyfiyyətlərin təsviri zamanı zarafatyana şişirtmələrə yol vermək
156
mümkündür; dediyinizin əksi olan hərəkətlərin yumorlu nümayi
şi yerinə düşər; susaraq, qəflətən düyünlərin açılması üsulundan
istifadə etmək olar. Tarixi lətifələr - məşhur insanların başına
gələn gülməli əhvalatlar da yerinə düşər.
Əgər siz komik nitqtdən isifadədən yan keçirsinizsə, bu, şəxsən
sizə məlum olan, yaxud başınıza gələn hadisə haqqında hekayə,
məsələn, ov, balıq ovu, elmi ekspedisiya, zavoda, kinostudiyaya
getmə, yaxud cəlbedici hadisə, məsələn, daşqın, yanğın, dağ zir
vəsinə qalxma, dəniz dibinə enmə zamanı baş verən fövqəladə hal
larda kömək göstərilməsi haqqında söhbət ola bilər.
Söhbətdə mütləq təhlükə və mübarizə ilə bağlı epizod, dra-
matiklik ünsürləri olmalıdır. Nitqdə dramatik ünsürlər konflikt,
gözləmə, düyünlərin açılmasıdır. Belə əhvalatlan birinci şəxsin
dilindən, indiki zamanda təqdim etmək mümkündür. Bu, hadisələ
rin dinləyicilərin gözü qarşısında baş verməsi təsiri, yəni «iştirakçı
olmaq effekti» yaradır.
Əyləncəli nitqin mühüm janrları masa başındakı nitq (tost), şi
fahi məişət hekayəsi və başqalarıdır.
M asa başındakı (ziyafət) nitqin (tost) iki növü vardır. Birin
ci növ rəsmi, xüsusilə diplomatik qəbullarda söylənən sözdür.
Məlum təntənəlilik, çox zaman isə dostluq duyğularına köklənmiş
belə nitqlər işgüzar və siyasi xarakter daşıyır və sosial-siyasi
natiqlikdən nadir hallarda fərqlənir.
Tost isə başqadır - o, folklorun bir hissəsi, xalqın əsrlər boyu
formalaşmış yaradıcılığıdır. Burada hətta bir qədər şişirtmə tərif
və qiymətləndirmələr tamamilə yolveriləndir, fəxri, şərəfli sözlər
yerinə düşür, lakin tostda hətta bir kəlmə belə tənqidə yol veril
mir. Ürəkdən gələn duyğular, sağlamlıq, xeyir və hər şeydə uğur
arzulan dəyişməz olaraq belə masaətrafı nitqlərin intonasiyasını
müəyyənləşdirərək, onun rəmzinə çevrilmişdir.
Təcrübəli tamada belə nitqlərin ustasıdır. O həmişə nəyi, nə
zaman və necə deyəcəyini yaxşı bilir. Onun sözü başqalan tərəfin
dən havada tutularaq davam etdirilə bilər. Əlbəttə, onlann arasında
çərənçilər də ola bilər ki, belələrinin ən parlaq obrazını xalq yazı
çısı Anar “Kəlam qonaqlığı” hekayəsində məharətlə yaratmışdır.
157
Buradakı içki düşkünü «toy, yubiley və dəfn nitqlərini ekspromt
olaraq söyləmək» kimi nadir istedada malik idi. Lakin ədəbli
cəmiyyət belələrini özü üçün tamada seçməz və yəqin ki, masasına
yaxın da buraxmaq istəməz.
Yaxşı olar ki, tostlar ciddi şəkildə hazırlansın, çünki onlar ruh
landırmalıdır. Tost söyləyərkən epik genişlikdən çəkinin. Bəzi ta
madalar ən yaxşı niyyətlərlə isti və zəngin toy yeməklərini soyuq,
dadsız etməyə nail olurlar ki, qonaqlar bundan çox təəssüflənir və
yəqin ki, uzunçunu heç bağışlamırlar.
Bir dəfə bayram naharı zamanı alman bəstəkarı Xamperdinkdən
«iki yemək arası» nitq söyləməyi xahiş edirlər. O qalxır, ətrafdakılan
dostcasına süzür, boğazını antlayır, əllərini bir-birinə sürtür və
əyləşir. Qonaqlardan biri söyləyir ki, bu, indiyə kimi onun eşitdiyi
ən yaxşı nitq idi.
Əgər şən bir fikir söyləməyi bacarırsınızsa da, məclisdə heç
bir vəchlə uzun danışmayın.
Komik pafosun əsas formaları yumor və satiradır.Gülüş insan
həyatımn aynimaz ünsürüdür və onun m üxtəlif təzahürləri möv
cuddur. Gülüş insanın təfəkkür və davranışının (həm də birinci
növbədə nitqinin) bir forması, həyat eşqinin, ruhən şənliyin, həyat
gücü və enerjinin ifadəsi olaraq, həm də xeyirxah ünsiyyətin mü
hüm hissəsidir.
Gülüş həmçinin insanların onları əhatə edənlərlə razılaşma-
ması, nəyə isə gülməkdir, bir sıra əksliklərin bilavasitə-emosional
dərk edilməsidir. Gülüşün mənbəyi komik (qədim yunan sözü ko-
mos - kənd bayramı) olandır və bu komik olanın növlərini - yu
mor və satiranı nəzərdən keçirək.
Yumor
- hadisənin xarici komik izahını daxili ciddiyyətlə uz
laşdırır. Fantaziyanın dialektikası əhəmiyyətsiz olanın arxasında
yüksəyi, ağılsızlıqda- müdrikliyi, qəribə inadcıllıqda - əşyaların
həqiqi təbiətini, gülməlidə- kədərlini, Mirzə Cəlilin təbirincə:
«dünyaya görünən gülüşün içərisindən ... görünməyən göz yaş
larını» açır.
Yumor və satira insanların ictimai həyatına münasibətlərinə
görə fərqlənir. Əgər insanın, yaxud insanlar qrupunun əsassız, onla-
158
nıı həqiqi dəyərinə aşkar şəkildə uyğun olmayan iddialan təhlükəli
deyilsə və başqalan üçün ziyansızdırsa, kənardan baxarkən bu yal-
nışlıqlar yalnız təbəssüm, şən gülüş doğurursa və məhz bu mənada,
bu məqsədlə bədii cəhətdən mənimsənilirsə, yumoristik vəziyyət
yaradılır.
Satira
isə şəxslərin, yaxud bütün bir ictimai qrupun baş tut
mayan iddialan başqa insanlar üçün təhlükəlidirsə, cəmiyyətin
maraqlanna ziddirsə, onlar bədii cəhətdən aşkarlanır və amansız
casına həqiqi mənada ələ salınır. Satiraya gülüş predmeti haqqında
mülahizələrin banşmazlığı, aşkar təmayüllülük xasdır.
Satiranın yüksək səviyyədə təzahürü - sarkazm üçün estetik
obyektin mənfi çalarlannın olmasıdır, çünki komik növün bu ça
lan inandıncı və fəaliyyətə çağıran nitqdə əksər hallarda əyləncəli
nitqdən daha çox istifadə olunur.
Satira oz obyektini «modelləşdirin) və yüksək dərəcədə şərti
obraz yaradır, bu isə şişirtmələr, hiperbolalaşmalar, qrotesk hesa
bına əldə edilir. Satiranın «ən mühüm vəzifəsi» alçaqlıq, axmaqlıq
və eybəcərlik tərəfindən təhqir edilmiş ən yüksək həyati dəyərlər
(xeyir, həqiqət, gözəllik) haqqındakı xatirələri oyatmaq və canlan
dırmaqdır.
Bütünlükdə satira və yumorun sahəsi genişdir, yumor və satira
arasındakı keçid sahəsi də kifayət qədər əhəmiyyətlidir.
İstehza
(ironiya) - (yunan sözü olan eironeia- özünü yalandan
oxşatma) komik olanın aralıq effekti kimi ya satirik, ya da komik
istiqamətə malik ola bilər.
Sadə istehza məcazın növlərindən biridir. Bu zaman əşya,
yaxud onun hansısa xassəsi əşyanın həqiqi əhəmiyyətinin ko
mik xarakterizə olunması məqsədilə, mənasının tam əksinə olan
söz, yaxud sözlərlə ifadə olunur. İstehzanın klassik formasına
aid nümunə gətirək: «Fəhlə babasan, buğdanı ver, dan yeyərsən,
Su olmasa, qışda əridib qan yeyərsən...» (M.Ə.Sabirin əkinçiyə
müraciəti).
Alman tənqidçisi, mədəniyyətşünas, filosof F. Şlegel isteh
za haqqında danışarkən söyləyirdi: «onda hər şey zarafat və hər
şey ciddi, hər şey səmimi - qəlbdən aşkar və hər şey çox dərində
159
gizlədilmiş olmalıdın). İnsanın dünyaya istehzalı baxışı onu və
onun nitqini doqmatik təfəkkürdən, birtərəflilikdən, qəlibləşmiş
fikirlərdən xilas edir.
İstehzada gülüş, hadisəyə mənfi (istehzalı) münasibət ciddiyyət
maskası altında, yumorda isə ciddiyyət gülməli maska altında
gizlənir və adətən, müsbət (gülən) münasibət nümayiş etdirilir.
Əyləncəli nitqin yaradılmasının apancı prinsipləri:
Dostları ilə paylaş: |