zənginliyi, hər şeydən əvvəl, insanın fəal və qeyri-fəal lüğət və
frazeoloji ehtiyatı, həmçinin bu ehtiyatdan istifadə edərkən üslub
çevikliyi ilə müəyyən olunur.
Filoloqların hesablamalarına görə, müasir mədəni insanın fəal
söz ehtiyatı 3-4 min vahid, qeyri-fəalı isə 15 min vahid frazeolo-
gizmdən ibarətdir. Natiqin fəal söz ehtiyatı nə qədər geniş olarsa,
o lazım olan sözü daha asanlıqla «tapar». Nitqin zənginliyinin və
üslub çevikliyinin çoxsaylı göstəricilərindən biri dilin sinonimik
ehtiyatlarından istifadə bacarığıdır.
Nitqdə məcazlar və bədii ifadə vasitələri tanınmamalı, gözə
girməməli, lazım olmayan, «gözəllik üçün» edilən əlavə kimi
qəbul olunmamalıdır. Obrazlı ifadələr nitqdə o qədər təbii yer tut
malıdır ki, həmin nitqi onlarsız təsəvvür etmək mümkün olmasın.
Dostları ilə paylaş: