«Məcaz sözün öz mənasının, yaxud ifadənin başqası ilə elə
dəyişilməsidir ki, bu zaman mənanın zənginləşməsi baş verir».
Obrazlı ifadəyə iki cür tərif verilir: birincisi, « fikrin ifadə
edildiyi hər hansı forma kimi»; ikincisi, obrazlı ifadə, sözün dəqiq
mənasında «fikrin ifadəsinin şüurlu surətdə adi və sadə formadan
uzaqlaşması» kimi izah edilir.
Bu təriflərdən az da olsa, başa düşmək mümkün olur ki, məcaz
lar mənaların m üxtəlif variantlarını, bədii ifadələr isə hər şeydən
əvvəl strukturun variantlarını nəzərdə tutur.
Ritorikadakı ənənəvi təsnifatı qəbul edərək ifadə vasitələrini
ritorik məcaz və bədii ifadələrin birliyi, sistemi kimi nəzərdən ke
çirək.
Dostları ilə paylaş: