istifadəni öyrənmək qılıncoynatmada qılıncla rəftarı öyrənmək
qədər çətindir.
Kinayə kimi
eyham
da bilvasitə (dolayısı ilə) informasiya
vermək üsuludur. Bu o deməkdir ki, məlumatın ünvanlandığı şəxs
onu hərfi mənada başa düşə bilər, lakin onu genişləndirməli, ta
mamlamalı, mənasını şəxsi fikrinin işi ilə inkişaf etdirməlidir.
Eyham nə qədər uğurludursa, onun ünvanlandığı insanın
nəyinsə axıra qədər deyilmədiyini hiss edəcəyi və deyilməmişi düz
gün bərpa edəcəyi ehtimalı daha yüksəkdir. P.Sergeyiçin məşhur
«Məhkəmədə nitq sənəti» kitabında «Axıra qədər deyilməmiş
haqqında» adlı parlaq bir fəsil var. Oradan
eyham la
bağlı ümumi
tövsiyələri nümunə göstərək:
1. Təcrübəli natiq həmişə dinləyicidən öz başlıca fikrini
gizlədərək, axıra qədər söyləmədən ona yönəldə bilər. Natiqin fik
rini «düşünüb tamamlayaraq», eyhamın anlaşılması işini yerinə
yetirdikdən sonra dinləyicilər artıq inamsızlıqla dolu tənqidçi yox,
natiqin özlərinin fərasətinə heyran olmuş həmfikirləridir. Fikir də
hisslər kimi keçicidir.
2. Faktlar özləri danışdığı zaman fikrinizi axıra qədər söylə
məyin. Bu tövsiyə istənilən nitq situasiyasında faydalıdır, yalnız
lazım olan faktlar dəqiq və aydın təqdim edilməlidir.
3. Eyham üçün daha geniş və təbii mühit - tərif və danlama
sahəsidir. Bacarıqsız danlama yaltaqlığa, ələsalmaya, təhqirə, ya
xud bayağılığa keçir. Tərif və danlaq qədər heç nə ifadələrdə təm
kinlilik tələb etmir. Şekspir deyirdi: «Sezara layiq olduğu haqqı
vermək istəyirsənsə, de:- Sezar».
Beləliklə, əgər məcazlarla ifadə vasitələrinin qarşılıqlı müna
sibətini nəzərdən keçirsək, belə bir nəticəyə gəlmək olar ki, ifadə
vasitələri məcazlara nisbətən daha güclüdür, çünki onlar mətni bü
tünlükdə, müəyyən prinsipə əsasən qurulmuş vahid struktur kimi
əhatə etməyə imkan verir.
Dostları ilə paylaş: