estetik komponentlərində ifadə olunur. Həm də nitqin estetik, emo
sional istiqaməti həmin anda qəbul edilərək onun haqqında ilk
təəssüratları yaradır.
Nəticədə onlar ya məqsədəuyğun, səmərəli vasitələrin təsiri
ilə möhkəmlənə,
yaxud zəifləyə, ya da ümumiyyətlə neytrallaşa
bilər. Bu səbəbdən, ritorika nəzəriyyəsi nitqdə məqsədəuyğunluq
və emosionallığın ağıllı uzlaşdırılmasını tələb edir.
Nitqin emosionallığı nitq fəaliyyəti
mədəniyyətinin mühüm
meyarı, verbal təsir vasitəsi kimi çıxış edir. Sözün suggestiv
(təlqinedici) vəzifəsi amiranəlik kimi bir xassə ilə səciyyələndirilir.
Onu nitqin ritmi, sürəti və yüksəkliyi, həmçinin modal fellər yara
dır. Danışanın şüurlu surətdə bu göstəriciləri idarə etməsi sözün
təsirini əhəmiyyətli dərəcədə artırır.
İfadəlilik
- mülahizənin, diqqəti cəlb etmə vasitələrinin estetik
nizama salınması; onun köməyi ilə mülahizənin ab-havası,
əhval-
ruhiyyəsi yaradılır.
İfadəli nitq informasiya axınında «batmamağı bacara bilir».
Bundan başqa, məlumatın tərkibindəki ifadəlilik komponentləri
onda başlıca olanı qabardır və bununla da bütün deyilənlərin qav-
ranılmasını asanlaşdırır.
Lakin ən başlıcası diqqətin məzmunun zəruri komponentlərinə
cəlb edilməsi və mətnin düzgün qurulmasıdır. Məsələn, başlıqlar
verilmiş abzaslara bölünmüş, əsas sözləri müəyyən şriftlə seçilmiş
yazılı mətn hissələrə ayrılmamış məlumatın bütöv «mələfə»sindən
ibarət mətndən daha ifadəlidir.
Sözdə təkcə anlayış yox, həm də hisslər, əhval-ruhiyyə,
istək
və həyəcanlar da əks olunur. Obrazlı ifadəlilik, xüsusilə, məcaz
və analogiya «mövzunun qaldırılması vasitəsi», «
emosional
yüksəkliklərə qalxma yolu»dur.
Emosional vasitələrin köməyi ilə camaat qarşısındakı nitqin
üslubunu yüksəltmək, ona təntənəlilik və əzəmət vermək mümkün
dür. Müvafiq məzmuna malik uğurlu forma dinləyicilərə kompleks
şəkildə, çoxamilli, hərtərəfli təsir göstərir.
Tasit qeyd edirdi: «
M əzm unlu, lakin xarici görkəm i etibarilə
gözəl olm ayan nitq bəzək vurulm am ış tikinti kimidir, orada divar
212
lar möhkəm və sarsılmazdır, lakin kifayət qədər cilalanm ayıb və
parıldam ır».
Şifahi çıxışın uğuru «ani təsir» də, dinləyicilərə qüvvətli təsir
göstərməsindədir.
Şifahi nitqə emosional ifadəliliyi eyni obrazlı-bədii
sözlərin
dəfələrlə təkrar edilməsi vasitəsilə vermək mümkündür. Bundan
məna dəyişmir, lakin hər şey danışanın intonasiyasından asılıdır.
İntonasiya vasitəsilə danışan məzmunun və mətnin dəyərlən-
dirici xarakteristikasım ötürür. Mətndə paralel məna vahidlərinin
simmetrik quruluşu estetik baxımdan
əhəmiyyətli olan və bu söz
birləşməsinin emosional qüvvəsini yüksəldən müəyyən söz oma-
menti yaradır.
Lazım olan fikirlərin ifadəsində
m əntiqi vurğu
mühüm rol oy
nayır. O, emosional vurğu, yaxud nitqin intonasiya ilə ifasıdır.
Emosional intonasiyamn rolu haqqında məşhur pedaqoq
A.S.Makarenko yazırdı:
«M ən ya ln ız «bura gəl» sözünü 15-20 çalarla söyləməyi,
üzümdə, duruşumda, səsim də 20 nüans əks etdirm əyi öyrənəndən
sonra özümü həqiqi m üəllim saydım. Və o zam an mən artıq kim insə
yanım a gəlm əyəcəyindən, ya xu d lazım olanı hiss etm əyəcəyindən
qorxmadım».
Siseron yazırdı ki, nitqi süni surətdə bəzəməklə söylənilənə
müvafiq münasibəti ifadə etmək və bununla dinləyicilərdə eyni
hissləri yaratmaq mümkündür:
•
Dostları ilə paylaş: