Qüvvətləndirmə (qradasiya fiquru)
(latın dilində grada-
tio - tədricən qüvvətlənmə, «pilləkən»). Sözün tərcüməsi anlayı
şın mahiyyətini əks etdirir - əlamətin tədricən dəyişməsi (artması,
yaxud azalması). Qüvvətləndirmənin əsasında dil, yaxud kontekst
sinonimləri durur. Sinonimlərin minimal miqdarı üçdür.Məs., Oca
ğında qızındığım, Qucağında isindiyim, Qoynunda boya-başa çatdı
ğım, Ağlım, düşüncəm, hikmətim - Universitetim.(Z.Yaqub)
Qüvvətləndirmənin iki növü mövcuddur: yüksələn və azalan.
Məsələn: ayaqlarım sürümək, sürünmək, quyruqda sürünmək;
yerimək, qaçmaq, yel kimi getmək, cummaq; Atanın üç oğlu var
dı: böyüyü ağıllı, ortancılı elə-belə, kiçiyi ümumiyyətlə axmaq idi.
Dialogizm fiqurunun ifadə vasitələrini
ifadə, yaxud mürək
kəb cümlə yox, dəlil, çox zaman isə nitq hissəsi təşkil edir. Dialoji
fraqment kompozisiya baxımından tamamlanmış olduğu üçün, ge
niş şəkildə amplifıkasiya oluna bilir və bəzən mülahizə içərisində
mülahizəni təmsil edir: onun daxilində mətnə münasibətdə müstəqil
qarşılıqlı əlaqələr meydana çıxır
Ritorik sual
- sual formasında olan təsdiqdir; iki şəkildə
istifadə olunur: nəqldəki əsas anlan qabartmaq üçün verilən bir ri
torik sual və ritorik suallar sırası, bloku, qrupu.
Ömür başdan- başa,
beşikdən -qəbrə, H əyat sevinci qəm i deyilm i? Ölüm bir öm ürlük
iztirabların, Ağunun, acının cəm i deyilm i ?
(B. Vahabzadə)
Ritorik sual təhrikedicilik məqsədilə istifadə oluna bilər: onun
cavabı məlumdur, lakin buna baxmayaraq, danışan başqa bir ca
vab təklif edir, məsələn, Fərman Kərimzadənin əsərində olduğu
kimi:
«Siz bu dağlara bələdsinizm i?» - burada öz-özünə nəzərdə
tutulan cavab: «Əlbəttə !»-dir, lakin yazıçı başqa cavab tə k lif edir:
«Deməli, Siz bizim dağlara bələd deyilsiniz!»
Sual-cavab gedişi
- bu üsul ondan ibarətdir ki, danışan sualı
verməklə dinləyicini düşünməyə məcbur edir. Məsələn:
«Əgər bu
fa k t həqiqətən də m övcud idisə, niyə iddiaçı özünün iddia ərizəsində
onu göstərm əm iş və məhkəmədə bu haqda danışm am ışdı? M əgər o,
bu cür əhəm iyyətli halı diqqətdən kənarda qoya bilərdi? M əhkəm ə
iclasında bu haqda ilk dəfə şahid hakimə m əlum at verib, həm də
irəli sürülm üş iddia üzrə vəkilin izahatından sonra. Bu da iddiaçını
209
çətin vəziyyətdə qoyub. İndi o, hər vasitə ilə bu vəziyyəti düzəltm ək
istəyir və vəkilinin diqqətsizliyinə istinad edir».
Dostları ilə paylaş: |