Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım


Kütlə qarşısında nitqin məntiqi vasitələri



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə98/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Kütlə qarşısında nitqin məntiqi vasitələri 
nitqin mübahisəli 
predmeti, yaxud müddəalannı ziddiyyətsiz və nəzakətlə əsaslan­
dırmağa imkan verən qaydalann birliyindən ibarətdir.
Hökm 
- dildə ifadə olunan təfəkkür forması olub, əşya haq­
qında nəyinsə təsdiqi, yaxud inkanndan ibarətdir. Hər bir hökmdə
228


iki komponenti müəyyənləşdirmək lazımdır: subyekt və predikat. 
Hökmün subyekti onun predmetini bildirir, predikat isə subyektə 
aid edilən xassə, yaxud münasibətləri bildirir. Konkret məzmunun­
dan asılı olmayaraq bütün hökmlər bu şəkildə məntiqi formada ifadə 
edilə və həqiqilik mənasına görə öz aralarında uyğunlaşdırıla bilər.
Hökmlər aşağıdakı kimi ola bilər:
• ümumi təsdiq edənlər;
• qismən təsdiq edənlər;
• ümumi inkar edənlər;
• qismən inkar edənlər.
Hökmlərin növləri onların təbiətini və məntiqi formasını xa­
rakterizə edir.
Tərif- istifadə edilən terminin mənasını aydınlaşdırılmaq 
üçün, naməlum terminin artıq məlum vasitəsilə ifadə edilməsindən 
ötrü nəzərdə tutulan, bu məna və əhəmiyyəti dəqiqləşdirən məntiqi 
əməliyyatdır.
Tərifin nitqdə məntiqi vasitə kimi istifadə edilməsi bir neçə 
qaydaya əməl olunmasını nəzərdə tutur:
1. S termininin həcmi 
P
termininin həcminə bərabər olmalıdır. 
Bu qaydanın pozulması tərifin məntiqi əməliyyatlarının mütəna­
sibliyinin pozulmasına səbəb olur.
2. Tərifi «qüsurlu dairənin» köməyi ilə vermək olmaz. M əsə­
lən, «
fırlanm a- fırla n m a hərəkətidir».
3. Tavtologiya təriflər də səhv hesab edilir, yəni naməlum 
predmetin tərifi onun özü vasitəsilə, yəni 
«yağ yağlıdır»
kimi ve­
rilə bilməz.
4. İnkardan istifadə edən, yaxud inkar edən bütün təriflər səhv 
hesab edilir.
5. Obrazlı ifadələr, atalar sözü və məsəllər, metafora, hiperbo- 
la, aydın olmayan və çoxmənalı sözlərdən istifadə edilən və məişət 
ifadələri ilə bağlı olan təriflər məntiqi baxımdan qeyri-ciddi və 
səhv hesab edilir.
Nitqdə təriflərdən istifadə dinləyicilərin mənasım bilmədiyi 
sözlərin izah edilməsi, onlann mənasım dəqiqləşdirmək, yeni ter­
minlərin artıq məlum olanlar vasitəsilə izah edilməsi ilə əlaqədardır.
229


Təsnifat 
- tərifin növlərindən biridir. Bu, əşyaların, termin və 
ya dəlillərin siniflər üzrə yerləşdirilməsinə aid məntiqi əməliyyatdır. 
Təsnifatın məqsədi - anlayışın həcminin onun tərkibinə daxil olan 
terminlərin sadalanması vasitəsilə açılmasıdır.
Kütlə qarşısında nitq anlayış və terminlərin məntiqi baxımdan 
doğru şəkildə istifadəsini nəzərdə tutur. Anlayış ümumiləşdirmə, 
əşyaların sinfinin ümumi əlamətlərinin müəyyənləşdirilməsi, bir 
ümumi, əhəmiyyətli və əhəmiyyətsiz, cins və növ əlamətinin gös­
tərilməsi prinsipi üzrə sinfin qruplaşdınlması ilə əlaqədar fikri 
əməliyyatları nəzərdə tutur.
Tərifin dil əsası sözlər, adlar, terminlərdir. Təriflərin yaranma­
sı müqayisə, təhlil, sintez, mücərrədləşdirmə və ümumiləşdirmə 
ilə bağlıdır. Hər bir tərifdə 
həcm
(müəyyən edilmiş əlamətə malik 
olan predmetlərin sinfi) və 
məzm un
(əlamət və əlamətlərin birliyi) 
mövcuddur.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin