Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə96/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

nitqi tam am lam aq
üçün daha tez-tez istifadə etdiyi 
metodlar.
1. çağırış, yaxud müraciət;
2. nəticə;
3. sitat;
4. illüstrasiya;
5. həvəsləndirici stimul;
6. şəxsi istək.
A.Monra nitq tərzi mükəmməllikdən çox uzaq olan natiqlərin 
aşağıdakı tiplərini göstərir:
• aktyorluq edən, ünsiyyətdən daha çox özünü nümayiş 
etdirmək üçün danışan boşboğaz;
• hər şeyi bildiyini nümayiş etdirən, “gələcəkdən xəbər verən” 
(münəccim), həmçinin dinləyicilərin onu anlamasından çox alqış­
larının qayğısına qalan;
• auditoriyanı heç sayan adamayovuşmaz;
• günahkar, öz danışdıqlarından utanan natiq;
• çərənçi, auditoriyanı söz seli ilə əzən.
Çıxışın təbiiliyi və sərbəstliyi, düşünmə və seçim, sözün «au­
ditoriyanın gözü önündə yaranması» çox mühümdür. Bəs yuxanda 
haqqında danışılan ətraflı hazırlıq bunun üçün maneə deyilmi? Ca­
vab həmişə birmənalıdır: 
natiqin çıxışa hazırlığı nə qədər sanbal-
lıdırsa, onun nitq yaratm a aktı o qədər canlı və sərbəst olacaqdır.
Bütün mütəxəssislər xəbərdarlıq edir ki, çıxışın mətnini əvvəl­
cədən öyrənmək lazım deyil. Bu, çox zaman qeyri-təbii, çevik ol­
mayan şərhə çevrilir. Natiq tələsməyə meylli olur, sözləri mənasına 
varmadan tələffüz edir.
Bundan başqa, mətnin əzbərlənməsi metodu ona görə pisdir 
ki, nitqə auditoriyanın münasibətinə uyğun şəkildə dəyişikliklər 
etməyə imkan vermir. Çıxışın üzündən oxunması metodu da yadda
223


saxlama metodu kimi qeyri-çevikdir, o da danışan və auditoriya 
arasında sədd yaradır.
Üzündən oxuyarkən danışanın gözləri mətnə zilləndiyi üçün 
o öz dinləyicilərinə baxa bilmir, yalnız hərdən nəzər salır. Əgər o, 
üzündən oxumanın xüsusi vərdişlərinə malik deyilsə, canlı nitqi 
gözəlləşdirən səs imkanlarından, intonasiyanın zənginliklərindən 
də kifayət qədər istifadə edə bilməyəcək.
Bəzi xüsusi vəziyyətlərdə qeydlərsiz keçinmək mümkün ol­
mur, çünki sözlərin çox diqqətlə seçilməsi lazım gəlir. Məsələn, 
rəsmi müraciətlər, yaxud elmi məruzə belədir. Belə hallarda natiqə 
şərhdə canlılıq və müxtəlifliyi təmin etmək üçün əvvəlcədən oxu 
məşqi etmək tövsiyə olunur. Lakin mümkün qədər qeyri-effektiv və 
formal üsul kimi kağızdan oxumaqdan çəkinmək məsləhət görülür.
Yaxşı natiqlərin çoxu improvizə metodundan istifadə edir. 
Qeyd etmək lazımdır ki, bu zaman nitq diqqətlə planlaşdırılır, la­
kin sözlər qəti əzbərlənmir. Əvəzində natiq plan-konspekti bir kə­
nara qoyur və nitqin ucadan söylənilməsini məşq edərkən hər dəfə 
sözləri dəyişdirir.
D. Kamegi də bir sıra məsləhətlər verir. Onlardan bəziləri iş­
güzar danışıqlar, söhbətlər və çıxışlar üçün aktualdır:
İnam lı olun.
D. Kamegi bu müddəanı psixoloq U.Ceymsə isti­
nad edərək əsaslandırır:
«Sanki hərəkət hissin ardınca gəlir, lakin əslində hərəkət və 
hiss uzlaşır: iradənin birbaşa nəzarətində olan hərəkəti idarə edə­
rək, biz dolayısı ilə bu nəzarətə tabe olmayan hissi də idarə edə 
bilərib).
Özünə inamlı olmaq çox mühümdür (bunun üçün böyük 
material ehtiyatına, yaxşı hazırlığa malik olmaq lazımdır), lakin 
özündən müştəbeh olmaq lazım deyil.
Səliqəli və z ə r if görünm əyə çalışın.
Bu, özünəhörməti artırır, 
özünə inamı möhkəmləndirir və dinləyicilərdə hörmət yaradır. 
Gülümsəyin və müsbət reaksiya əldə etməyə çalışın.
İşgüzar ünsiyyət üçün tövsiyə edilən ümumiləşdirilmiş plan­
lardan ən çox aşağıdakı uyğundur:
• faktların şərhi (vəziyyətin qısaca işaqlandınlması);
224


• onlardan irəli gələn mülahizələrin, yaxud mahiyyət etibarilə 
konkret təkliflərin söylənməsi;
• əməkdaşlığa, yaxud fəaliyyətə dəvət.
Lakin əvvəlcə 

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin