Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım


Kütlə qarşısında nitqin faktiki vasitələri



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə99/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Kütlə qarşısında nitqin faktiki vasitələri 
Nümunəni, statis­
tikanı, illüstrasiyaları, əyani vəsaitləri faktiki vasitələrə aid edək. 
Bütün bu vasitələr bu və ya digər dərəcədə «isbatın əlahəzrəti» 
faktı ifadə edir.
Nümunə
- kütlə qarşısında nitqin ən tez anlaşılan üsuludur. 
Nüsxə hökmü
nümunə ola bilər. Əgər natiq «Nümunə kimi aşağıda­
kı hadisəyə istinad edə bilərəm...» - deyirsə, bu, nüsxə hökmüdür.
Nüm unə- fa k t
nüsxə hökmündən fərqli olaraq, dinləyicini 
hadisəyə, yaxud təcrübəyə yox, konkretfakta tərəf istiqamətləndirir. 
Əgər birincisi aydınlaşdırmadırsa, ikincisi isbatın ünsürüdür.
Nümunə - cümlə
nümunə - faktdan çıxan nəticədir. Əgər na­
tiq «Beləliklə, faktlar deyir ki...» - söyləyirsə, deməli o, nümunə- 
cümləni formalaşdırır. Bu növ nümunələrdə tipik hadisələr təsnif 
edilir, xüsusi və ümumi xassələri qeyd edilir, nəticələr çıxarılır və 
təkliflər verilir.
Zarafatyana nüm unələr
də kütlə qarşısındakı nitqlərdə istifadə 
olunur və o, çox zaman kifayət qədər ciddi məsələləri kölgədə 
qoya bilər.
Nümunədən istifadə qaydaları aşağıdakıları nəzərdə tutur:
1. Nümunə məqsədli olmalıdır.
230


2. Nümunənin mənasım zorla qəbul etdirmək olmaz.
3. Bir nümunənin köməyi ilə olduqca çox məsələni izah etmək 
olmaz.
4. Eyni nümunəni bir neçə dəfə təkrar etmək olmaz.
Nümunənin tətbiqi zamanı aşağıdakı 
qaydaları 
nəzərə almaq
lazımdır:
a) nümunə nə qədər yerinə düşür ?
b) o, tipikdirmi?
c) nitqdə kifayət qədər nümunə varmı ?
ç) nümunədə dinləyicilərin hisslərinə müraciət varmı ?
Statistik məlumat - rəqəmlərin mütənasibliyi ilə ifadə olunan 
nümunədir. Mahiyyəti etibarilə statistika - rəqəmlərdə əks olunan 
faktlardır. Statistik məlumatlardan istifadə 
qaydaları 
bunlardır:
1. Statistik məlumatları peşəkarlıq və mənbəyin bitərəfliyi ba­
xımından yoxlamaq zəruridir.
2. Mütləq mənbə göstərilməlidir.
3. Statistik faktları formalaşdırarkən qeyri-müəyyən ifadələr­
dən çəkinmək lazımdır.
4. Yalnız bir meyarla ölçülə bilən amilləri statistik baxımdan 
müqayisə etmək mümkündür.
5. Yalnız məlumatların toplumu ilə təsdiq edilənləri təsdiqlə­
mək mümkündür.
Əyani vəsaitlər
də kütlə qarşısında çıxışın faktik dəlilidir. Əyani 
vəsaitlər sırasına çizgilər (o cümlədən lövhədə), sxemlər, xəritələr
plakatlar, illüstrasiyalar, modellər ( son dövrlərdə İKT vasitəsilə 
təqdim edilən nümünələr) daxildir. İstənilən əyani vəsait nəinki fikri 
təsdiq edir, həm də sadəcə, diqqəti cəlb edir, maraq doğurur.
Əyani vəsaitlərdən istifadə edərkən aşağıdakıları nəzərə almaq 
lazımdır:
a) əyani vəsaitlərdən məqsədyönlü şəkildə, yəni yalnız şərh 
edilən materialın aydınlaşdırılması, maraq oyadılması və diqqətin 
başqa istiqamətə yönəldilməsi məqsədilə istifadə edilməlidir;
b) əyani vəsait qabaqcadan hazırlanmalıdır;
c) onlar hamı üçün görünməlidir;
ç) nitq əyani vəsaitlərin istifadəsi ilə sıx əlaqələndirilməlidir;
231


f) nitq söyləyərkən əyani vəsaitə yox, dinləyicilərə müraciət 
etmək lazımdır;
d) 
ona olan ehtiyac ödənildikdən sonra əyani vəsaiti yığışdır­
maq lazımdır, yoxsa o, dinləyicilərin diqqətini yayındıra bilər.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin