Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə101/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

U ğursuzluq haqqında xatirələr
Belə bir fikirlə banşm aq la­
zımdır ki, çıxışlarınızdan biri həqiqətən də uğursuz alına bilər 
(yeri gəlmişkən, hətta təcrübəli natiq də uğursuzluqla rastlaşa 
bilər, heç də bütün çıxışların tam bir razılıq hissi doğurmadığını 
isə ümumiyyətlə söyləmirik).
Uğursuzluğun nəticələrinin aradan qaldırılması 
natiqin fo r ­
m alaşm ası prosesinin tərkib hissəsidir,
özü də uğursuz çıxışın,
233


məlumatın şərhi üsullarının, əsas müddəaların dəlillərlə möhkəm­
ləndirilməsi, şərhin tərzinin və çıxış zamanı qeyri-verbal davra­
nışın (mimika, jestlər, duruş və s.) incəliklərinə qədər təhlili yolu 
ilə həyata keçirilir. Bu zaman 
cavan natiq
söz birləşməsi natiqin 
yaşını yox, təcrübəsini nəzərdə tutur.
Heç bir natiq, çıxışa nə qədər diqqətlə hazırlaşsa belə, uğur­
suzluqdan tamamilə sığortalanmır. Lakin təcrübəli natiq nitq 
prosesində baş verən m üxtəlif qüsurlara sürətlə və dəqiq münasibət 
göstərməsi ilə digərlərindən fərqlənir.
Məsələn, çıxış edən birdən məzmunun «ip ucunu itirir», sö­
zünü yarımçıq kəsir və daha nə deyəcəyini bilmir. Onun yerində 
başqası, sadəcə, nitqi bitirər, yaxşı halda, yeni mövzuya keçər. Bəs 
peşəkar natiq nə edər?
H ər şeydən əvvəl o, sakitliyini mühafizə edər: qorxulu heç 
nə olmayıb, hamının başına gələ bilər, mövzunun davamı üçün 
nəqlin «ip ucunu tapmalıyam!» fikrini cəmləyib, nitqinin sonun­
cu cümləsini bir daha təkrar etdikdən sonra başqa sözlərlə, «Mən 
bir daha qeyd etmək istəyirəm ki...» dil modelindən istifadə edir. 
Əgər bu kömək etməsə, vaxtı uzatmaq lazımdır. Məsələn, sonuncu 
cümlədəki fikri yeni cümlənin başlanğıcı etmək, yaxud sanki so­
nuncu cümlə ilə əlaqədar olan maraqlı bir hadisəni danışmaq olar- 
bu həm çıxışı gözəlləşdirər, həm də bəlkə onun ardım xatırlamağa 
kömək edər.
Əgər bu da bir nəticə verməsə, təəssüf ki, çıxışı bitirmək la­
zımdır (təxminən aşağıdakı sözlərlə); «Məsələ ilə bağlı demək 
istədiklərim, əsasən bu qədərdir. Əgər müzakirələrin gedişində daha 
bir imkan yaranarsa, mən öz çıxışıma əlavələr etməyə hazıram».
Daha bir nümunə - natiq yanılıb, düzgün olmayan ifadədən 
istifadə edib. Bu zaman necə hərəkət etməli? Auditoriyadan üzr 
istəməli («Xahiş edirəm, üzürlü sayasınız, mən səhv etdim. Hər 
kəsin başına gələ bilər. Mən, əlbəttə, aşağıdakı məsələni nəzərdə 
tuturdum...»), yaxud heç bir şey olmamış kimi davranmalı? Hər 
şey səhvin mahiyyətindən asılıdır.
Bu səhv nəticəsində mülahizənin mənasının dəyişib - dəyiş­
mədiyini tez müəyyənləşdirmək lazımdır. Dinləyicilər əvvəldə
234


danışdıqlanmzdan əslində nə deməli olduğunuzu aydınlaşdıra 
bilərmi? Buna uyğun olaraq sonrakı nitq davranışı variantını seç­
mək mümkündür.
Az əhəmiyyətə malik olan (əhəmiyyətsiz) səhvləri düzəltməyə 
dəyməz - sadəcə, çıxışı davam etdirmək lazımdır. Bəzi dinləyicilər 
bu səhvi, ümumiyyətlə hiss etməyəcək, hi ss edənlərin çoxu da natiqə 
güzəştə gedəcəklər. Əgər bu səhvə görə, hər halda mülahizənin 
mənası pozulursa, həmin anda səhvinizi düzəltməlisiniz.
Belə də olur: dinləyicilər əsnəyir, bir-biri ilə söhbət edir, ki­
nayə ilə ağızlarını əyir, yerdən nə isə qışqırır, bəziləri isə çıxışın 
ortasında zalı tərk edirlər.
Burada yadda saxlamaq lazımdır ki, dinləyicilərin hər bir 
mənfi (yaxud mənfi kimi qəbul etdiyimiz) reaksiyasının səbəbi na­
tiq deyil, yaxud məhz ona aid deyil. Bu münasibəti şəxsiyyətiniz 
üçün təhqir, yaxud çıxışın məzmununa hörmətsizlik kimi qiymət­
ləndirmək lazım deyildir.
Ayn-ayn dinləyiciləri zalı vaxtından əvvəl tərk etməyə başqa sə­
bəblər məcbur edə bilər: həkimin qəbuluna getməli olmaları, yaxud 
mənzil istismarı idarəsinin rəisinin yanına düşmək üçün vaxtın çat­
ması, evə təmir ustalarının çağırılması, yaxın adamının xəstəliyi və s.
Onların bu işləri görmək üçün əvvəlcədən vaxt müəyyənləş- 
dirmələri, lakin bunu natiqə xəbər verməmələri mümkün ola bilər 
(bu faktı da mühazirədən sonra dəqiqləşdirmək arzuolunandır).
Əgər dinləyicilərdən bəzilərinin gözləri yumulursa, tələsmək, 
həyəcanlanmaq lazım deyil. Bəlkə onlar qarşıdakı imtahana hazır­
laşaraq, xəstə uşağa qulluq edərək, gecə yarıyadək oturmuş qonaq­
larla söhbət edərək və s. yuxusuz bir gecə keçiriblər? Bu səbəbdən 
onların ünvanına sərt atmacalar atmaq lazım deyil, bu, qalan dinlə­
yicilərə də mənfi təsir göstərə bilər.
Əksinə, dinləyicilərin diqqətini bir şəkildə cəlb etmək üçün, 
konkret nitq vəziyyəti nəzərə alınaraq, nitqinizi nitq taktikaları ilə 
(həyatdan nümunələr, maraqlı məlumat, yüngül yumor və s.) can­
landırmağa çalışmalısınız.
Auditoriyadakı söhbətlər onunla da bağlı ola bilər ki, sizdən 
əvvəlki natiq eynilə sizin dediklərinizi, yaxud tamamilə zidd olan
235


fikirlər söyləmişdir və dinləyicilər təəssüratlarını bölüşür, bəlkə də 
uğurlu verilmiş məlumatı müzakirə edirlər. Əgər dinləyicilər şü­
urlu surətdə çıxışa mane olurlarsa, onlara çıxışın mövzusunun və 
sonrakı şərhinin zalda əyləşənlər üçün əhəmiyyətini bir daha xa­
tırlatmaq və bütünlükdə dinləyicilərin nüfuzuna əsaslanmaq olar.
Zaldan atmacalar eşidilir - təcrübəli natiq bununla əlaqədar nitq 
vəziyyətinin dəyişilməsini o an qiymətləndirir: bu atmaca nitqin 
məqsədinə nə dərəcədə mane olacaq ( heç bir halda, əhəmiyyətsiz 
dərəcədə, əhəmiyyətli şəkildə?) Bu dəyərləndirməyə müvafiq ola­
raq, natiq ya sadəcə, həmin atmacaya əhəmiyyət verməmək, ya 
onu qeyd etmək, ya da onlara həmin anda, bəzən isə çıxışın müva­
fiq hissəsində dəlillərlə cavab vermək qərarına gələ bilər.
Mənasız, ya da adi atmacaya əhəmiyyət verməmək də olar.
Əgər dinləyici həmin atmacanı təkrar edirsə, ona öz fikrini çı­
xış etməklə bildirmək təklif oluna bilər.
Əgər atmaca, natiqin fikrincə, müzakirə edilən problemlə bağ­
lı müəyyən bir əhəmiyyətə malikdirsə, onda bu fikrə həmin anda 
münasibət bildirmək və çıxışın müvafiq hissəsində onu bir daha 
nəzərdən keçirməyə söz vermək lazımdır. Lakin bu «sonradan 
nəzərdən keçirməyi» qətiyyən unutmaq olmaz.
Əgər dinləyicinin kobud atmaca ilə natiqi özündən çıxarmaq 
və bu zaman nitqin məqsədini şübhə altına almaq istəyi aydın olur­
sa, bu halda o saat hücuma keçmək, ağıllı və gözlənilməz ifadə ilə, 
lakin əlbəttə, təhqirə yol vermədən, yerdən gələn atmacalara cavab 
vermək lazımdır.
Sosial iş üzrə mütəxəssislər, sosial menecerlər, xidmət sahə­
sində müxtəlif səviyyəli rəhbər vəzifə tutanlar üçün mürəkkəb şi­
fahi nitq ünsiyyəti sistemində daha çətin olan şifahi monoloji nit­
qin əsaslarına yiyələnmək çox mühümdür.
M əlumdur ki, idarəetmə sahəsində və işgüzar aləmdə daha bö­
yük uğurlar çox zaman öz peşə bilikləri ilə yanaşı həm də yaxşı da­
nışmaq, insanları inandırmaq, öz tərəfinə çəkmək, özünü və ideya­
larını reklam etmək bacarığına malik olan şəxslərin payına düşür.
Sonda Bebel və X.Şvalbenin «Şəxsiyyət, karyera, uğur» kita­
bında gətirilmiş məsləhətlərdən bir neçəsini nümunə kimi veririk.
236


1. Auditoriyaya köklənin.
2. Əvvəlcə sizin nitqinizin məzmununun auditoriyanın ma­
raqlarına uyğun olub-olmadığım aydınlaşdırın. Əgər sizin maraq­
larınız onların maraqlarından fərqlənirsə, qarşılıqlı anlaşma körpü­
sü yaratmağa səy göstərin.
3. Çıxış zamanı inamlı olun və öz sözlərinizə qəti inam nüma­
yiş etdirin.
4. Baxışlarınız auditoriyaya, dinləyicilərə yönəlməlidir. Heç bir 
halda sizə yönəlmiş baxışlardan qaçmayın. Bir nöqtəyə baxmayın. Çı­
xışa başlamazdan əvvəl auditoriyam nəzərdən keçirin, sanki onlann 
sizin sözlərinizi qəbul etməyə hazır olub-olmadığım yoxlayırsınız.
5. Yalnız sakitlik yarandıqdan sonra damşmağa başlayın.
6. Nitqinizi auditoriyaya qısa xitabla başlayın, bunun ardınca 
ani (ehtiyac yaranarsa daha uzun) pauza verilməlidir.
7. İlk sözünüzdən başlayaraq, auditoriyanın reaksiyasım diq­
qətlə müşahidə edin.
8. Nitqin aydın olmasım nəzarətdə saxlayın, çox sürətlə və 
heç bir halda yeknəsəq danışmayın.
9. Əgər auditoriyanın bir qismi sizi az diqqətlə dinləyirsə, san­
ki məhz onlara müraciət edirmiş kimi, baxışlarınızı onlara tərəf 
yönəldin.
10. Əgər auditoriyanın yorulduğunu hiss edirsinizsə, yavaş da­
nışmağa başlayın, sonra birdən səsinizi ucaldın (lakin o qədər yox 
ki, auditoriya sizin onları canlandırmaq üçün bunu qəsdən etdiyi­
nizi başa düşsün).
11. Əgər indicə dediyiniz sözlərin auditoriya tərəfindən müdafiə 
edildiyini hiss edirsinizsə, toxunduğunuz məsələni ləngimədən in­
kişaf etdirməyə səy göstərin.
12. Auditoriya tərəfindən müsbət reaksiyaya nail olduğunuz 
anda çıxışın əsas hissəsinə keçin. Dinləyicilərdə yaratdığınız müsbət 
emosiyalar sizə sözlərinizi onlara bəyəndirmək imkanı verər.
13. Auditoriyanın fikirlərinizi bəyənməsindən doğan mənəvi 
coşqunluq anında da özünənəzarəti itirməyin.
14. Ən təhrikedici atmacalar da sizi müvazinətdən çıxarmama­
lıdır.
237


15. Çıxış zamanı hətta yerdən təhrikedici səslər eşidilsə belə, 
diskussiyaya girməyin. Söyləyin ki, çıxış bitdikdən sonra böyük 
həvəslə istənilən suallara cavab verməyə hazırsınız. Bununla dis­
kussiyaya köklənmək üçün vaxt qazanmış olarsınız. Bundan başqa, 
çıxışınızın sonrakı gedişində diskussiya suallarının hamısı, yaxud 
böyük bir qismi öz aktuallığını itirə bilər və deməli, diskussiyaya 
da ehtiyac öz-özünə aradan qalxar.
16. Çıxışın böhranlı anlarında inamla, hər sözü vurğu ilə 
deyərək danışmaq lazımdır.
17. Çıxışınızın auditoriya üçün xoşagəlməz ola biləcək hissələ­
rini aydın görünən nümunələrlə əsaslandırmağa səy göstərin. Qeyd 
edin ki, yalnız zərurət sizi bu cür mövzuya toxunmağa məcbur 
edir, sonra isə bu sərt fikirlərinizi bir neçə xoş sözlə yumşaltmağa 
çalışın.
18. Hətta əgər auditoriyanın sizdən məhz bunu gözlədiyini 
düşünrüsünüzsə belə, səmərəlilik baxımından mühüm olmayan 
ümumiləşdirici nəticələr çıxarmayın.
19. Heç bir vəchlə nitqi çətinliklə söylədiyinizi, yorulduğunu­
zu, yaxud bəzi anlarda özünüzü inamsız hiss etdiyinizi büruzə ver­
məyin.
20. Nitqi başa çatdırdıqdan sonra iştirakçılara diqqətlərinə görə 
təşəkkür etməyi unutmayın. Heç bir zaman, hətta bu, çox cəlbedici 
olsa da, çıxışdan sonra sizə hər hansı formada təzim etməyə və 
yaxud susmayan alqışlarla yola salmağa yol verməyin.
238



Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin