Duruş
Heç də həmişə və heç də bütün natiqlər necə düzgün da
yanmaq lazım gəldiyini bilmirlər. Özünüz müşahidə edin. Çoxmu
iş yoldaşınız kütlə qarşısında çıxış şəraitindən daha az mürəkkəb
olan hallarda düzgün duruş vəziyyəti ala bilir?
Əlbəttə, dostlannızla təsadüfi söhbətdə siz stula yayılaraq,
hətta əl-ayağınızı sallayaraq, yaxud bütün bədəninizlə masanın
üzərinə uzanaraq, yaxud qapının çərçivəsinə söykənərək dayanırsı
nız. Lakin bu duruş vəziyyətlərindən heç biri dinləyicinin diqqətini
cəlb edib saxlamağa yardımçı olmur.
Bundan başqa, kütlə qarşısında çıxış təcrübəsinə malik olma
yan bəzi şəxslər vərdiş etmədikləri şəraitin gərginliyindən və sıxın
tısından xilas olmaq üçün yeni, pis vərdişlərə yiyələnirlər. Yoxsa
adi söhbət zamanı onlar heç bir zaman əsgər cərgəsində dayanmış
kimi hərəkətsiz vəziyyət almaz, irəli və geri əyilməz, sağa-sola yır
ğalanmaz, səbəbsiz olaraq bir yerdə ayaq döyməzdilər.
Lakin düzgün və rahat duruş vərdişi qazanılmışdırsa, sərf et
diyiniz əmək həm sizin duruş vəziyyətiniz, həm inam duyğusu
üçün çox faydalı olar, bütün çıxış boyu vərdiş etdiyiniz sabitlik,
mütənasiblik, yüngüllük və mütəhərriklik yaranar.
Nəzərə alın ki, hərəkətlərin düzgün koordinasiyası və fikirlərin
axını sizin fikirlərinizin gedişini qabaqlamalı, onlardan geri qalma
malıdır. Nitqin daha ifadəli hissələrinin hərəkətlərinizlə müşayiət
olunmasına nəzarət edin.
Dostları ilə paylaş: