Tembrin qüsurlan bunlardır: a)təngnəfəslik; b) xınltılılıq; c)
sərtlik ç) boğaz səsi olması; f) burunda danışmaq.
Yaxşı tembr - açıq, dolğun, aydın, təmiz vibrasiyalarla
səslənmədir.
Belə səslənmə dərin, nəzarətdə saxlanan tənəffüsün, səs tellə
rinin sərbəst titrəyişlərinin və heç nə ilə sıxılmayan rezonans ka
meralarının - qırtlağın, ağız və burun boşluqlanmn mövcudluğu
nun nəticəsidir. Səs axınının ağızın ön hissəsinə nə qədər yüngül
axdığını hiss etmək zəruridir.
Danışıq texnikası həm də nitqin sürəti anlayışını özündə ehtiva
edir ki, o da nitqin sürətliliyi, ayn-ayn sözlərin səslənmə müddəti,
fasilələrin uzunluğu və intervallan kimi göstəricilərlə səciyyələnir.
Nitqin sürəti olduqca müxtəlifdir və natiqin özünün xüsusiy
yətlərindən və onun nitqinin məzmununun xarakterindən asılıdır.
Natiqlərin çox hissəsi bir dəqiqədə 120-dən 150-dək söz tələffüz
edir.
Nitqdə qorxaqlıqdan doğan tələsildik geniş yayılmış və cid
di qüsur sayılır. Olduqca sürətli nitq həm də natiqin auditoriyaya
tam laqeyd olmasının nəticəsidir. Yaxşı natiqlər heç zaman sürətlə
danışmırlar. Onlar dinləyicilərə nitqin daha məzmunlu fikirlərini
dərk etmək üçün vaxt verirlər.
Süst, həvəssiz nitq isə fleqmatik və tənbəl insanların qüsuru
dur. Belə natiqlər bir söz söyləməzdən əvvəl uzun müddət tərəddüd
edirlər, nəhayət, mülahizənin sonuna gəldikdə isə dinləyici artıq
onların fikirlərinin axarını izləmək qabiliyyətini itirmiş olur.
Nitqin sürəti həm də ayn-ayn heca və sözlərin səslənmə müd
dətinin uzunluğu ilə müəyyən edilir. Sözlər kimi hecalar da qar
mon kimi dartılıb uzadıla və yığılıb sıxıla bilər ki, bu da onlann
mənasından və ifadə etdikləri hisslərdən asılıdır. Əsəbi, coşqun
natiqlər daha ifadəli səslənmə üçün səslənmənin uzunmüddətli-
liyindən çox, ucadan danışmağa əhəmiyyət verirlər. Nəticədə din
ləmə üçün xoşagəlməz olan sərtlik meydana çıxır.
Nitqdə bizim hisslərimiz təkcə sözlərin köməyilə yox, həm
də
Dostları ilə paylaş: