Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə94/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

VI FƏSİL
KÜTLƏ QARŞISINDA NİTQ
• •
6.1. Ü m um i rito rik q an u n lar
Nitq iştirakçılarının qarşılıqlı təsiri qanunu 
Ritorika bildi­
rir: 
p a lta r sifarişçinin ölçülərinə uyğun olduğu kimi, nitq də din­
ləyicinin «ölçülərinə» uyğun «biçilm əlidir».
Aristotelin inamına 
görə, dinləyiciləri əvvəlcədən qiymətləndirmədən nitqə başlamaq 
- dənizə xəritəsiz çıxmaq kimidir, dinləyicilərin rəğbətini qazan­
maq üçün isə, natiqin insanların duyğularının - qəzəbin, yaxud 
itaətkarlığın, məhəbbətin, yaxud nifrətin, paxıllığın, qorxunun və 
s. hansı səbəbdən oyanmasını bilməsi vacibdir. Natiq bu amilləri 
nəzərə almalıdır ki, nitq prosesində biliksizlik ucundan auditoriya- 
dakılarda arzuolunmaz emosiyaların yaranmasına təkan verməsin.
Dinləyicilərin rəğbətini qazanmaq üçün natiq dinləyicilərin 
tərkibini, auditoriya üçün xarakterik olan davranış xüsusiyyətlərini 
bilməlidir:
Dinləyicilərin, məsələn, şərti olaraq aşağıdakı qruplara bölün­
məsi mümkündür:
a) yetkinlik yaşında olanlar;
b) əsilzadə kökü olanlar;
c) varlılar;
ç) qüdrətlilər (hakimiyyətə malik olanlar);
f) xoşbəxtlər (uğurlular).
Hətta bu kiçik siyahıdan da görmək mümkündür ki, Aristotel 
bizə faktları - ictimai vəziyyət, yaş, psixoloji vəziyyətə (xoşbəxt, 
uğurlu, yaxud maddi-mənəvi cəhətdən əzilmişlər) qədər necə ge­
niş əhatə etməyi öyrədir.
217


Aristotel nitqin ünvanlandığı insan amilinə niyə belə böyük 
diqqət yetirirdi, nitq vəziyyəti zamanı natiq və dinləyicilər arasın­
dakı münasibətləri necə görürdü?
«Ritorika» traktatının mətninə əsasən mühakimə yürütsək, 
inamla deyəbilərikki, antik natiq və ritorlar dinləyiciləri fəaliyyətdə 
olan şəxslər hesab edirdilər, çünki onlar nitq söylənilən zaman 
düşünür, fıkrən razılaşır, yaxud etiraz edir, nitqi, onun mənasını 
qiymətləndirir, qərarın qəbul edilməsinə hazırlaşır, nəticələr çıxa­
rır, yəni fəal olurdular.
Deməli, Aristotelin fikrincə, nitq zamanı nitq vəziyyətinin hər 
iki iştirakçısı nitqin fəal iştirakçısı, nitq ünsiyyətinin subyektləridir.
Klassik və müasir ritorika ustaları dinləyiciləri kütlə qarşısın­
da nitq prosesinə daxil etməyə kömək göstərən ritorik üsullara- na­
tiqin dinləyicilərə müraciəti, nitqin məna baxımından əhəmiyyətli 
olan fraqmentlərinin seçilib qabardılması, dinləyicilərin ruhlandı- 
nlıb həvəsləndirilməsi, natiqin özünün əvvəlki baxışlarının səhv 
olmasını etiraf etməsi, buraxdığı səhvlər üçün təəssüflənməsi və s. 
kimi xüsusi üsullar toplusuna malikdirlər.
Burada V.F.Odoyevskinin bir aforizmini xatırlamaq yerinə 
düşərdi: «Danışmaq dinləyicidə onun şəxsi daxili sözünü oyat­
maqdan başqa bir şey deyil». Lakin qeyd etmək lazımdır ki, Av­
ropa və Amerikada bir çox yüzilliklər ərzində nitq ünsiyyəti fərqli 
şəkildə başa düşülmüşdür. Nitq ustalığı haqqında dərsliklər izah 
edirdi ki, nitq ünsiyyəti - informasiyanın fəal subyektdən (danı­
şandan) qeyri-fəal obyektə (dinləyiciyə) ötürülməsidir.
Artıq XX yüzilliyin sonuna yaxın nitq ünsiyyətinin bərabər­
hüquqlu iştirakçıların qarşılıqlı fəaliyyəti kimi nəzərdən keçiril­
məsinə tərəf dönüş edilmişdir. Bu səbəbdən Qərbdə müasir ritorik 
rəhbərliklərdə natiqə əvvəlcədən auditoriyanın «portretini»: onun 
sosial tərkibi, dinləyicilərin sayı, yaşı, xüsusi maraq dairəsi, şəxsi 
xüsusiyyətləri və s. tərtib etmək təklif olunur.
Bütün bunları ona görə bilmək lazımdır ki, auditoriyanı 
ünsiyyət prosesinə cəlb etmək mümkün olsun, o, qeyri-fəal obyekt 
olmasın. Yalnız bu halda natiq müasir ritorikanın birinci və əsas 
qanununu - 
səm ərəli nitq ünsiyyətinin yalnız nitqin iştirakçıları-
218


nm qarşılıqlı fəa liyyəti şəraitində mümkün olm asını
həyata keçirə 
bilər.
Nitq ünsiyyətini dialoqlaşdırmaq, yəni dinləyicini nitq 
fəaliyyətinin fəal iştirakçısı etmək üçün klassik ritorika natiqin 
nitq davranışının prinsiplərini işləyib hazırlamışdır. Bu prisipləri 
sadalayaq: 
nitqin ünvanlandığı şəxsə diqqət, nitqin məzmununun
dinləyicinin həyatına və m araqlarına yaxınlığı, konkretlik.
Bacarıqlı natiqlər nitqin bütün gedişi boyu daim dinləyicilərə 
müraciət etməyə çalışırlar ki, onlar qeyri-fəal olmasın. Lakin yad­
da saxlamaq lazımdır ki, çıxış zamanı xüsusi ehtiyac olmadan 
dinləyicilərdə mənfi reaksiya doğuracaq mövzulara toxunmaq, rito­
rikanın öyrətdiyi kimi, auditoriyanın razılaşmayacağını əvvəlcədən 
bildiyiniz fikirləri qəti formada ifadə etmək lazım deyil.
Lakin dinləyicini natiqin fikrinin düzgün olmasına inandırmaq 
zərurəti yarandıqda mübahisə, diskussiya, hətta müzakirə də apar­
maq mümkündür.
N itqdə irəli hərək ət və nitqin ünvanlandığı şəxsə m eyli q a­
n u n u Ümumi ritorikanın ikinci qanunu tələb edir ki, dinləyici artıq 
nitqin əvvəlində onun son m əqsədi
haqqında biliyə malik olsun. Bu 
halda dinləyici natiqin nitqini uzadıb-uzatmadığını, başlanğıcdan 
sona qədər düzgün hərəkət edib-etmədiyini izləyə bilər.
Nitqin hərəkətini yaratmaq üsulları bunlardır: onun quruluşu, 
fərdi nitq üslubu, nitqin sürəti, yüksəkliyi və s. Kütlə qarşısında 
nitqin uğurlu alınması üçün klassik və müasir ritorika natiqə nit­
qin elə bir quruluşunu müəyyənləşdirməyi təklif edir ki, orada 
bir mənalı hissədən digərinə keçidlər natiqin kənara çıxmadan, 
«ilişib qalmadan» və əvvəldə söylədiklərinə təkrar-təkrar geriyə 
dönmədən irəliyə getməsi təəssüratı yarada bilsin.
Klassik ritorikada hətta nitqdə onun asanlıqla qavranılmasına 
kömək edən ayrıca ifadələrin qurulması və istifadəsi prinsipləri 
işlənib hazırlanmışdır. Aristotel « başlanğıcı və sonu olan və 
ölçüləri asanlıqla görünən» ifadəni dövr (period) adlandırır. Bəs 
dövr nədir?
Dövr ritorik bədii ifadə olub, intonasiyaya görə yüksələn və 
enən iki hissədən ibarətdir. İfadənin başlanğıcı və sonu eyni qay­
219


dada sakit tələffüz olunur. Hər bir hissə, öz növbəsində, bir neçə 
hissəyə- dövrün üzvlərinə malik ola bilər. Aristotelin inamına görə 
dövr nitqin təşkili forması olub, dinləyicinin «məqsədi görməsi» 
üçün lazımdır.
Dövrün başlıca nəzəriyyəçisi və tətbiqçisi Siseron olmuşdur. 
Siseronun fikrincə, dövr adi nitqə ritm vermək üçün əsas vasitədir.
«Çoxdan bəri borcların yükü altında əzab çəkən hər kəs, qismən
tənbəllikdən, ya xu d işlərin p is getm əsi nəticəsində üm idlərini
itirənlər, kim ki, məhkəmə çağırışları və hökmlərindən, o cümlədən
m ülkiyyətinin hərracı haqqında qəzet elanlarından cana doyub -
onların çox hissəsi şəhərdən və kəndlərdən, eşitdiyim kimi, K atili-
nanın düşərgəsinə tə rə f irəliləyirlər
» (Siseron, Katilina əleyhinə 
ikinci nitq).
Gördüyümüz kimi, dövri nitq elə təşkil edilmiş nitqdir ki, 
ifadənin başlanğıcında həm danışan, həm də dinləyən artıq nit­
qin əsas fikrinin inkişafını və yekunlaşmasını öncədən hiss edə 
bilsinlər. Buna dövrün intonasiyasının tamamlanmış və qapalı ol­
ması kömək edir.
Hərəkətin hiss edilməsinin yaradılması vəzifəsinə 
təkrar
kimi 
ritorik üsul da xidmət edir: bu, nitqin mövzusunun, ümumi tezisi­
nin, açar sözlərin təkrar edilməsi, nitqin bir hissəsindən digərinə 
«keçidlərdə» təkrarlar, çıxışın yekun hissəsində təkrarlar və sairdir.
Siseronun Katilina əleyhinə birinci nitqindən nümunə gətirək:
«M ənə söylə görüm, Katilina, nə vaxta qədər sən bizim
dözümümüzdən sui-istifadə edəcəksən? A ğlını itirm iş insanla
təhlükəli oyun nə vaxta qədər davam edə bilər? Sənin təhlükəli
təkəbbürünün nə zam ansa bir hüdudu olacaqm ı
»?
Siseronun hər üç ifadəsi bir fikri ifadə edir: «Nə vaxta 
qədər? Sözlərin, ifadələrin söz birləşmələrinin təkrarı, ritorika­
nın göstərdiyi kimi, nitqin yadda saxlanmasına səbəb olur və 
dinləyicilərin yaddaşını fəallaşdırır.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin