(S.Vurğun); Ağappaq üzünlə novruzgülüydün, təzəcə çıxmışdın
sən qar içindən (N.Həsənzadə).
Təmsil
- cansız əşyalara canlıların əlamət və xüsusiyyətlərinin
aid edilməsi. Nümunələr: Çox zaman sərsəri küləklər bixəbər Bir
yaxın dost kimi qapımı döyərlər (M.Müşfıq); Kağızlar, ay kağız
lar, Nə geniş qəlbiniz var (B. Vahabzadə). Damşmayır, susur şəhər.
Nələr deyir xərabələr?! Talan olmuş gözəl Vətən. Nə bir dövlət, nə
var qalmış. ( S. V urğun)
Hiperbola
- bədii mübaliğə. Nümunələr: Əl çalıb oynayır
hər dağ, hər dərə (S.Vurğun); Ah çəkdim, başım üstə yarpaqlar
əsdi, gülüm (B.Vahabzadə); Fələklər yandı ahımdan (M.Füzuli).
Sən Qaçaq Nəbinin Həcəri kimi, Hücuma keçdikcə nərə çəkibsən,
Günəş nur tökəcək üstünə göydən. (S.V urğun)
Bunun əksi - litota (bədii kiçiltmədir) Məs, Döydü yağış məni,
döydü qar məni, Bir qanşqa minsəm aparar məni. Cırtdan nağılım
danışdı nənən, Bu nağıl qanana ibrətdir bu gün, Divə əyilmədi Cırt
dan, Amma sən, Qarğa qabağında sərçəyə döndün. (B. Vahabzadə)
Dostları ilə paylaş: