19. Python proqramlaşdırma dilinin əlifbası, qrammatikası. Python proqramlaşdırma dilində riyazi ifadələrin yazılışı



Yüklə 15,05 Kb.
tarix10.12.2022
ölçüsü15,05 Kb.
#73732
növüYazı
19,20,21


19.Python proqramlaşdırma dilinin əlifbası, qrammatikası. Python proqramlaşdırma dilində riyazi ifadələrin yazılışı
20.Python dilinin əsas elementləri.Python proqramlaşdırma dilinin əlifbası
21.Python proqramlaşdırma dilində riyazi ifadələrin yazılışı
Əvvəlki illərdə şagirdlərdən sadə proqramlaşdırma mühitində proqram tərtib edə bilmələri tələb olunurdusa, 8-ci sinifdə daha geniş imkanlara malik proqramlaşdırma dilində iş bacarıqlarının formalaşdırılması nəzərdə tutulur. Bu baxımdan 8-ci sinifdən başlayaraq şagirdlər proqramlaşdırma üzrə bilik və bacarıqlarını daha geniş imkanları olan, peşəkar proqramlar yaratmağa imkan verən, eyni zamanda yetərincə sadə olan Python dili əsasında təkmilləşdirəcəklər.
Hollandiyanın məşhur “Tiobe” şirkəti hər ay proqramlaşdırma dillərinin reytinqini dərc edir. Son Python dili 150 dil arasında 6-ci yerdə möhkəmlənib. Python dili-müxtəlif paradiqmaları dəstəkləyən proqramlaşdırma dilidir, obyektyönümlü, struktur, funksional proqramlaşdırma buna misal ola bilər. Bu dil 1991-ci ildə Guido van Rossum tərəfindən yaradılmışdır. Python dilinin sintaksisi çox aydın və anlaşıqlıdır. Python tam dinamik tiplidir və avtomatik yaddaş idarəetmə xüsusiyyətinə malikdir. Perl, Ruby, Scheme, Smalltalk və Tcl dillərinə oxşarlıq göstərir. Demək olar bütün əməliyat sistemlərində işləmək mümkündür. Dilin yaradıcısı G. van Russom, əsasən C, Perl və Java dillərindən ilhamlanaraq Python-u meydana gətirib. Olduqca güclü bir dildir. Google, Youtube, NASA və CERN kimi böyük qurumlar məhz Python-dan istifadə edir. Python — interpretasiya edilən müasir universal proqramlaşdırma dilidir.
Python-da dəyişənləri göstərmək üçün xüsusi bir işarəyə ehtiyac yoxdur. Aşağıda göstərəcəyim nümunələrdə bunu daha aydın anlamaq olar.

  • a = 5;

  • b = 6;

  • print a + b;

Ekranda görünəcək;
11
Əgər print əmri yazılan zaman “a” + “b” yazılsa, Python bunu string dəyər kimi oxuyacaq və ekrana belə, mənası bir şey yazacaqdı;
5 6
Çünki Python, iki dırnaq arasına yazılan “+” işarəsini boşluq kimi qəbul edir. Əgər biz tam sayı yox, kəsr sayı hesablayırıqsa, o zaman ya sayının sonuna .0 əlavə etməliyik və ya ilk öncə bu kodu from__future__import division yazmalıyıq. Məsələn:
Əgər biz;

  • a = 5;

  • b = 2;

  • print 5 / 2;

yazsaq, ekranda 2 cavabını yazacaq. Halbuki cavab 2.5 edir. Bu səbəbdən ya

  • a = 5.0;

  • b = 2;

  • print 5 / 2; 

və ya

  • from __future__ import division

  • a = 5;

  • b = 2;

  • print 5 / 2;

yazmaq lazımdır. Bu zaman ekranda 2.5 cavabı görünəcək.
Proqramlaşdırmada geniş sürətdə dəyişənlərdən istifadə olunur.Bu dəyişənlərə ad vermək sərbəstdir. Lakin bir neçə məhdudiyyətlərə riayət olunmalıdır. Bunlar aşağadakılardır:

  • Dəyişənlərə mənalı ad vermək daha yaxşıdır,

  • Dəyişənlərə ad verilərkən mütləq latın əlifbasının hərflərindən istifadə olunmalıdır,

  • Dəyişənlərin uzunluğu ixtiyari ola bilər, lakin qısa adlardan istifadə etmək məqsədəuyğundur,

  • Dəyişənlərin adı ədədlə başlaya bilməz, lakin ortada və sonda rəqəm istifadə oluna bilər,

  • Dəyişənlərin adı _ (alt xətt) simvolu ilə başlaya bilər,

  • Dəyişənlərin adı bir neçə sözdən ola bilməz, sözləri bir-birindən ayırmaq üçün _ (alt xətt) simvolundan istifadə olunmalıdır,

  • Dəyişənlərə ad verərkən rezerv sözlərdən (proqramlaşdırma dilinin xüsusi təyinatlı sözlər) istifadə etmək olmaz,

  • Python proqramlaşdırma dilində dəyişənlərin adında böyük və kiçik hərflərin fərqi var.

Yüklə 15,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin