Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə62/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

İctim ai-ittiham edici və ictim ai-m üdafiəedici
nitqlər məhkəmə 
prosesində ikinci dərəcəli yer tutur (nadir hallarda söylənir). M a­
hiyyəti etibarilə prokurorun ittihamedici və vəkilin müdafıəedici 
nitqindən prinsipial baxımdan fərqlənmir.
Haqqında danışılan bu nitq növünün müəllifləri müəyyən 
kollektivlər adından və onların tapşırığı ilə çıxış edir, bu proses və 
baxılan işlə bağlı onların iradəsini ifadə edirlər. İctimai ittiham­
çı da, ictimai müdafiəçi də təkcə qanun məcəllələrinin bəndlərinə 
əsaslanmaqla kifayətlənməyərək, cəmiyyətin əxlaqi və mənəvi 
normalarına müraciət etməklə məhkəmənin ədalətli qərar çıxar­
masına nail olmağa çalışırlar.
139


İnandırıcı nitqin qurulması prinsiplərini nəzərdən keçirək:
1. 
İstənilən növ inandırıcı nitq vahid dəlillər sistemindən iba­
rətdir ki, onun tərtibi zamam 
m əqsədəuyğun-m əntiqi və em osional-
ritorik əsaslandırma, m ülahizə və təlqinin uzlaşdırılm ası prinsipi
üstünlük təşkil edir.
Şifahi nitqdə məqsədəuyğunluq və emosionallığın uzlaşdırıl­
ması məzmun və formanın dialektik birliyinin qarşılıqlı əlaqəsidir. 
Kütləvi çıxışlarda məqsədəuyğunluq dedikdə, hər şeydən əvvəl, 
dinləyiciyə göstərilən təsirin məzmunu və inandıncılığının il­
kin əsasını təşkil edən məlumatın, faktik materialın dəlillərlə 
əsaslandırması başa düşülür.
Emosionallıq - intonasiya ilə, jestlərin qüvvəsi ilə, mimikala­
rın ifadəliliyi ilə, danışanın eneıjisi və davranışı ilə yaradılan əhval- 
ruhiyyədir. Zəruri əhval-ruhiyyənin yaradılması, məqsədəuyğun 
məzmunun aşkar, qabanq, konkret və buna görə mümkün qədər 
inandırıcı olması üçün obrazlı və əyani vasitələrdən, parlaq, yad­
daqalan nümunələrdən və s. istifadə etməyi bacarmaq lazımdır.
Məzmunu daha çox qabardan, nitqi daha parlaq, emosional 
baxımdan dolğun edən məcazlar, haşiyəçıxmalar, atalar sözləri və 
məsəllər, aforizmlər, yumor kömək göstərir.
İnsan nə edirsə etsin, onun fəaliyyəti psixikanın üç əsas tərkib 
hissəsi olan şüur, şüuraltı (təhtəlşüur) və motorikanın təzahürü 
kimi çıxış edir. Həmsöhbətinizi fəallaşdırmaq üçün onun şüuru­
na təsir göstərmək, şüuraltını (emosiyalarını) oyatmaq və müvafiq 
fəaliyyətə cəlb etmək lazımdır.
İnandırıcı nitqə arzuolunan cavab - dinləyicinin məqsədyönlü 
düşüncəyə və bunun nəticəsi kimi fəaliyyətə yönəlmək istəyidir. 
İnandırma prosesi həm şüur, həm də duyğular səviyyəsində ge­
dir, yəni bu zaman məntiqi və psixoloji dəlillərdən istifadə olunur. 
Auditoriyanın nəzər-nöqtəsinə yalnız iki metodla- inandırma və 
təlqinetmə ilə təsir göstərmək mümkündür. Bu təsir üsulları bir- 
birindən ayrılıqda mövcud ola bilməz.
Məntiqi düşüncə çox zaman arzularımıza və hislərimizə 
bilavasitə təsir edən üsullarla möhkəmləndirilir. Digər tərəfdən, 
dinləyicinin intellektual səviyyəsi nə qədər yüksəkdirsə, onlar o
140


qədər inandırmaya və fəaliyyətə yönəldən ağıllı dəlillərə inanacaq­
lar; məntiqi sübutlar nə qədər yaxşıdırsa, psixoloji təsir o qədər 
sabit olacaqdır.
Məntiqi dəlillər - mülahizələrin, nümunələrin, statistik məlu­
matların mütəxəssis fikirlərinin tətbiqidir ki, bunun da məqsədi 
inandırma və müvafiq fəaliyyətə cəlb etmədir. Bütün məntiqi üsul­
ları induktiv və deduktiv kimi təsnif edirlər. İnduktiv- fərdidən 
ümumiyə, deduktiv isə ümumidən xüsusiyə yönəlmiş əqli nəticədir.
Xeyli xüsusi hallan müşahidə etdikdən sonra bütün belə hal- 
lann birliyi haqqında ümumiləşdirici nəticə çıxardığımız zaman 
induksiyanı tətbiq edirik.
Ümumi inamın, yaxud prinsipin düzgünlüyü haqqında müla­
hizədən onlann tətbiq edildiyi ayn-ayn hallann da düzgün olma­
sı haqqında nəticə çıxararkən deduksiyadan istifadə edirik. Əsas 
götürülən bu prinsip sözün ən geniş mənasında ümumi olmama­
lıdır; o, ondan çıxarılan nəticələrə nisbətən yalnız çox ümumilik 
xüsusiyyətinə malikdir.
Psixoloji nəticələr - natiqin auditoriyanın hislərinə təsiridir. 
Dinləyicilərin məqsədlərini nəzərə almaq və nitqi elə qurub inkişaf 
etdirmək lazımdır ki, o, ünsiyyətin müvafiq məqsədlərinə uyğun 
olan maraqlar oyada bilsin.
Natiq, həmçinin dinləyicinin inamlarının formalaşmasına, 
yaxud fəaliyyətinə mane olan arzularını dəf etməli, yaxud onları 
oyatmamalıdır. İnsanların gündəlik həyatda istifadə etdiyi bir, ya­
xud bir neçə tələbat inam və fəaliyyət üçün təkan ola bilər.
İnandırıcı nitqin məqsədinə aid tələblər bilavasitə özünüqo- 
ruma instinktləri, fiziki salamatlığa can atmaq kimi məsələlərlə 
bağlı ola bilər ki, onlar təkcə təhlükəsizlik yox, həm də azadlıq və 
fəaliyyəti əhatə edir.
Onlar həm də fiziki - rahatlığa, komforta və vərdişlərinə uyğun 
olan hər şeyə can atmaq kimi motivlərlə bağlıdır. Təcrübəli natiq 
auditoriyanın iqtisadi və peşəkarlıq meyllərini; öz ailəsinin rifahı­
nı düşünməsini, yaxşı ad-san qazanmaq, nüfuz, yaxud hakimiyyət 
əldə etmək istəyini və s. nəzərə almalıdır.
Digər zidd maraqlar olmadığı zaman dinləyicilər onlara hə­
qiqət və ədalət kimi təklif edilən hər şeyi böyük həvəslə müdafiə
141


edərlər. Ədalətlilik, mərhəmətlilik hissini həqiqətən oyatmaq 
mümkün olursa, dinləyicilər şərin basılmasına yönəlmiş fəaliyyətə 
başlamaq üçün təkid edəcəklər.
İnsamn şüuruna sistemli təsir göstərilməsinin klassik sxeminə 
aşağıdakı ünsürlər daxildir: diqqət - maraq - arzu - fəaliyyət. 
Diqqəti qeyri-adi nəql, vizual vasitələrlə cəlb etmək olar, tərəf- 
müqabil özünün hansısa tələbatım ödəyə biləcəyini başa düşdükdə, 
maraqlanmağa başlayır; məqsədin əlçatan oduğunu gördükdə 
arzu yaranır; hərəkət arzu və nə etmək lazım olduğunu xatırlatma 
nəticəsində meydana çıxır.
Gördüyümüz kimi, məntiqi və psixoloji dəlillər sübutlara qı­
rılmaz surətdə bağlanır və vahid inandırma prosesinin iki tərəfi 
kimi çıxış edir. Məsələn, natiq öz nitqində dinləyicilərin borc 
hissinə, edilən təklifin həyata keçirilməsinin mümkünlüyünə və 
dinləyicilərin anlama qabiliyyətinə müraciət edir; sonra təklif 
edilən məsələni xırdalıqları ilə ətraflı izah edir, söylədiklərini fakt­
larla təsdiq edir, eyni zamanda, auditoriyanın vicdanına və şüuruna 
etdiyi çağırışları da qüvvətləndirir.
Dilin bədii ifadə vasitələri də böyük təsir qüvvəsinə malikdir. 
Hər bir dil - obrazların dilidir. Obraz müqayisənin xüsusi forması­
dır. Məlum olmayan məlum olanla birləşir, bu gün, məsələn, idman 
aləmindən olan obrazlardan çox istiıfadə edilir: «nazir öz qapısına 
qol vurub» deyimi onun öz ideyasına çox qüvvə sərf etdiyini, lakin 
alınan nəticənin arzuolunanın əksi olduğunu bildirir.
Natiq söylənilənin mahiyyətini aşkara çıxara biləcək parlaq 
ifadələr axtanşındadır. Mən söyləmək istədiyimi nə ilə müqayisə 
edə bilərəm? Hansı bədii təsvir vasitələrindən istifadə etmək müm­
kündür? Obrazlar süni surətdə yaradılmır, onlar həyatı diqqətlə 
müşahidə etdiyimiz zaman meydana çıxır. Parlaq ifadələr insan- 
lann yaddaşında qalır, mücərrəd mülahizələr isə, bir qayda olaraq, 
unudulur.
Məsələn, bir neçə nümunə göstərək: «Dövlət büdcəsinin təmi­
natı haqqında qanun yalnız bir ilin çətinliklərini dəf etməyə kömək 
göstərən qoltuq ağacı idi», «Biz çox uzun bir tunellə gedirik, orada 
işığı çox gec görəcəyik» və s. Ancaq yaddan çıxarmaq olmaz ki,
142


obrazların köməyi ilə bir çox şeyləri əyani şəkildə təqdim etmək 
mümkündür, lakin heç nəyi sübut etmək mümkün deyil.
Əgər natiq dəlillərlə şərhin məntiqi üsulunu seçmişsə, burada 
sübutun aşağıdakı vasitələrindən istifadə edilə bilər: bilavasitə və 
bilvasitə /apaqogik və ayırıcı/.
Bilavasitə sübut hər hansı şübhə doğurmayan müddəaya 
əsaslamr ki, ondan bilavasitə tezisin həqiqiliyi çıxarılır. «Bilavasitə 
sübut» termini məhkəmə kargüzarlığında bir qədər fərqli mənaya 
malikdir. Hüquqşünaslar şahidlərin- hansısa cinayəti gözləri ilə 
görənlərin ifadələrini birbaşa sübut adlandırırlar. Bu, bilvasitə sü­
butdan - yəni baş vermiş cinayət haqqında kimdənsə eşitmiş in­
sanların söylədiklərindən fərqlənir.
Bilvasitə sübutda tezisin həqiqiliyi ona zidd olan müddəanın 
həqiqiliyinin inkar edilməsi yolu ilə əsaslandırılır; başqa sözlə 
deyilsə, bilvasitə sübut zamanı müdafiəçi təklif edilən tezisin ya­
lan olmasını sübut edir və bundan çıxış edərək, verilmiş tezisin 
həqiqiliyini isbat edir.
Bilvasitə sübutların iki növü vardır: apaqogik və ayırıcı.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin