Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə10/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Anlayışların müəyyən edilməsi 
Natiqlik sənəti termini (latın 
dilində 
oratio
-nitq, gözəl danışıq) antik mənşəlidir. Yunan sözü ri­
torika (rhetorike) və rus sözü «krasnoreçiye» (gözəl danışıq) onun 
sinonimləridir.
Natiqlik sənəti dedikdə, ictimaiyyət qarşısında çıxışların ən 
yüksək səviyyəsi, natiq nitqinin keyfiyyət özəlliyi, canlı sözü 
söyləyə bilmə ustalığına malik olması başa düşülür. Natiqlik 
sənəti dedikdə, nitqin auditoriyaya arzu olunan təsiri göstərmək 
məqsədilə gözəl qurulması və söylənməsi ustalığı nəzərdə tutulur.
Natiqlik sənətinin bu şəkildə şərh edilməsi hələ antik dövrlərdə 
qəbul edilmişdir. Məsələn, Aristotel ritorikanı «hər bir əşyaya aid 
mümkün inandırma üsullarını tapa bilmək bacarığı» adlandırırdı.
Bununla bərabər, natiqlik sənəti anlayışını gözəl nitq haqında 
elmə, həm də natiqlik ustalığının əsaslan haqqında tarixən forma­
laşmış elmə aid edirlər.
Ənənəvi olaraq, gözəl damşıq incəsənətin bir növü kimi qəbul 
edilirdi. Onu tez-tez poeziya və aktyorluq yaradıcılığı ilə müqayisə 
edirdilər.
Bəs natiqlik sənətini başqa elmlərlə əlaqədə nəzərdən keçir­
məyə nə imkan verir?
22


1. 
Natiqlik sənəti bütün elmlərin nailiyyətlərindən və 
kəşflərindən istifadə edir, eyni zamanda onları geniş təbliğ edib 
populyarlaşdınr.
2. 
B ir çox ideya və fərziyyələr ilkin olaraq şifahi şəkildə, 
ictimaiyyət 
qarşısındakı 
nitqlərdə, 
mühazirələrdə, 
elmi 
məruzələrdə, məlumat və söhbətlərdə şərh edilir.
3. 
Natiqlik sənəti müvafiq elmlərin kateqoriyalar sisteminə 
əsaslanır, bu da onları əsaslandırmanın, təhlil və mühakimələrin, 
sübut və ümumiləşdirmələrin mexanizmini təyin edir.
Beləliklə, nitq mədəniyyətində incəsənət və elmilik insanlara 
göstərilən müstəqil təsir üsullarının mürəkkəb qovuşuğunu təşkil 
edir. Ritorika ictimai nitqlərin mürəkkəb intellektual-emosional 
birliyidir.
Bir çox müasir tədqiqatçılar natiqlik sənətini insan fəaliyyətinin 
xüsusi növlərindən biri hesab edirlər.
Natiqlik sənəti yalnız şərti olaraq incəsənət adlanır, lakin o, 
əhəmiyyətli dərəcədə daha çox elə bir fəaliyyətdir ki, ona yiyələnən 
insanın heç bir xüsusi bacarığı olmaya da bilər. H ər bir savadlı in­
san gərgin zəhmət nəticəsində natiqlik sənətinin əsaslanna, yəni 
auditoriya qarşısında anlaşıqlı, maraqlı və inandırıcı nitq söyləmək 
bacarığına yiyələnə bilər.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin