Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə6/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

m əşvərətçi
nitqlərə
(onların məqsədi nəyi isə bəyənmək, yaxud rədd etmək 
idi), 
məhkəmə
(onlar günahlandırmaq, yaxud bəraət qazandırmaq 
üçün lazım idi) 
və epideytik
(onlann vəzifəsi tərifləmək, yaxud 
pisləmək idi) nitqlərə bölmüşdü. Bu hissələrin daxilində də ritori­
kanın digər tətbiq sahələri fərqləndirilirdi.
Aristotelin «Ritorika» əsərində iştirakçıların mənəvi aləmini 
zənginləşdirən, onlara sevinc bəxş edən dostcasına söhbətə də xeyli 
yer ayrılmışdır. Çox yaxın ünsiyyətə bu qədər diqqət yetirilməsi ri­
torik fəaliyyətin ənənəvi rəsmi mühitdən uzaqlaşmasını ehtiva edir. 
Sənədlərin, qanunların, müqavilələrin, ticarət münasibətlərinin
12


və s. Mətnlərin tərtibi ilə əlaqədar olan işgüzar nitq də diqqətdən 
kənarda qalmayıb.
Aristotel elmi ritorikanın əsas kateqoriyaları olan etos, loqos 
və pafos haqqında təlimin yaradıcısıdır.
E tos
- nitqin münasibliyi, onun bu nitqi qəbul, yaxud rədd 
edəcək dinləyicilərin mənəvi tələblərinə müvafıqliyidir. Bu tezisdə 
dinləyicilərə, müraciət olunana hörmət nəzərdə tutulur.
P afos -
nitqin yaradıcısının dinləyicilər qarşısında inkişaf 
etdirilən niyyəti, ideyasıdır. Bu tezisdə danışanın mövqeyi, onun 
əqidəsi mərkəzləşir.
Loqos
- söz, dil vasitəsi, həmçinin məntiqdir; natiq onlardan 
məqsədinə çatmaq, dinləyicisini inandırmaq üçün istifadə edir.
Onun fikrincə, istənilən nitq növü ( məhkəmə, məşvərətçi, 
epideytik) etos, pafos və loqosun qaçılmaz vəhdətindən ibarətdir. 
Nitqin hər üç növü birgə, qarşılıqlı əlaqədədir.
Qeyd edək ki, Aristotel özü də parlaq nitqə malik söz ustası idi. 
O, «Məntiq» və «Metafizika» əsərlərində cümlə quruluşunda fikrin 
və nitqin o qədər incə, güclə hiss edilən çalarlannı işlətməyə nail 
olmuşdu ki, bunlar istənilən müasir mütəfəkkirə şöhrət gətirərdi. 
Onun «Ritorika - dialektikaya müvafiq olan incəsənətdir» aforiz­
mi də təsadüfi yaranmayıb.
Gözəl danışmaq sənəti kimi ritorikanın inkişaf yolu çox da asan 
olmayıb. Onun fövqündə şöhrət əsirləri və unudulmuş yüzilliklər, 
heyranlıq mədhiyyələri və soyuq istehzalar bir-birini əvəz edib. 
Əvvəllər də, indi də bir çoxlan belə hesab edir ki, tarixdə bu qəribə 
dəyişikliklər silahın gücü ilə müəyyən edilir. Toplar və mauzerlər 
«dillənəndə» ən yaxşı natiqlər belə susmalı olurlar. Əksinə, hər 
dəfə demokratiyanın çiçəklənməsi ilə birlikdə sözün inandırma 
gücünə diqqət yenidən oyamrdı. Lakin məsələ yalnız bunda olsay­
dı, ritorika elmi həmişə natiqlik sənətinin taleyini yaşamış olardı. O 
özünün varisliyini itirməz və inkişafın hər yeni mərhələsində, hər 
dəfə irəliyə doğru hərəkət edərdi. Aydındır ki, ritorikanın yüksəliş 
və tənəzzüllərinin başqa səbəbləri də vardır.
A n tik ritorikanın əsas nəzəri nailiyyətləri aşağıdakı müddəa­
larda üm um iləşdirilə bilər.
13


1. Platon «Qorgi» və «Fedr» (e.ə. 380-370-ci illər) dialoqların­
da ritorikanın 
inandırm a vasitəsi
kimi dərk olunmasının ənənəvi 
və dəyişməz mənasını müəyyənləşdirir. Burada ritorikanın mey­
dana gəlməsi vəziyyətinin dərk olunması xüsusilə vacibdir: 
həmsöhbətlərin bir-birini dinləməyə razılaşması zamanı ünsiyyət 
qaydalarının qarşılaşdınlması yaranırdı. Digər hallarda qarşı­
durma olmurdu. Bu vəziyyət ritorun nitqini filosofun nitqindən 
əhəmiyyətli dərəcədə fərqləndirir. Ritor qarşısındakını inandırmaq­
dan çox, fikrindən daşındırmaq istəyir. Xarici məqsəd onun üçün 
əsas yerdə durur. Ondan fərqli olaraq, aktyor özünü ifadə etməyə 
can atır, filosof təkcə inandırmaq yox, həm də özü inanmaq istəyir. 
Bu səbəbdən Platon ritorikam həqiqət axtarmaq vasitəsi olan di- 
alektikayla qarşılaşdırırdı. Lakin bu halda da ritorikanın əxlaqi 
əsaslan şübhə altına düşürdü.
2. Aristotel özünün «Ritorika» əsərində (təxm. eramızdan 330 
il əvvəl) bu ziddiyyətləri aradan qaldıraraq göstərmişdi ki, ritorika 
yalnız qəbul edilmiş inandırma üsullarından istifadə edir. Başqa 
sözlə desək, nəzərdə tutulurdu ki, ritorika özünün əxlaqi əsaslannı 
qoruyub saxlayır, çünki natiq auditoriya qarşısında özünün həqiqi 
düşüncələrini, öncəgörmələrini, müşahidə və niyyətlərini şərh 
edir, çünki o, yalan söyləmir və hərəkətə keçmədən, yalnız nitq 
vasitəsilə inandırır; auditoriya isə onun nitqi ilə tanış olduqdan 
sonra öz seçiminə uyğun hərəkət etməkdə azaddır.
Ritorikanın əxlaqla birləşdirilməsi davamlı əhəmiyyətə malik 
idi. Bu anlayış Romada hakim idi və Siseronun nüfuzu ilə daha da 
möhkəmlənmişdi. O, özünün «Natiq haqqında» traktaünda ( e.ə. 
55-ci il) deyirdi ki, bəlağətli nitq insanın mənəvi qüvvəsinin ən 
yüksək təzahürlərindəndir.
3. Təkcə məntiqi dəlil və sübutlardan yox, həm də psixoloji 
proseslərdən, mənəvi qüvvələrin, məsələn, qorxu, qəzəb, rəhm və 
s. oyanmasından bəhs edən, inandırma mənbələrinin və üsullarının 
belə təhlili ilk dəfə Aristotel tərəfindən «Ritorika» əsərində, qismən 
«Poetika»nın bəzi fəsillərində və «Orqanon» toplusunda verilmiş­
dir. Bu təhlilin fundamental əhəmiyyəti belədir: ritorikanı məntiq 
və psixologiyaya yaxınlaşdırmaqla biz həm də inandırma prosesini
14


bu elmlərin heç biri ilə, o cümlədən etika ilə eyniləşdirmirik, lakin 
insanın bütün psixi fəaliyyət sahələrini vahid məqsəd baxımından 
əhatə etməyə can atınq.
4. 

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin