{qanun, qayda)
çıxış etm əyə
hazırlıqla bağlı h ər b ir m ərhələsində (k ə şf etm ə, yerləşdirm ə,
ifadə etmə, yadda saxlam a və cəm iyyət qarşısında nitq söy
ləm ə) bacarıqlarını təm in edən peşəkar ustalığın form alaşdı
rılm ası.
Beləliklə, «Ritorika» fənninin ən mühüm vəzifəsi tələbələrin
nitq ünsiyyəti prosesinin əsas ünsürlərini dərk etmələri və
istənilən nitq şəraitində effektiv nitq nümayiş etdirmələri üçün
zəruri olan bacanq və vərdişlərin formalaşdırılmasını təmin
etməkdən ibarətdir.
Bu dərs vəsaitinin məqsədi - tələbələrə klassik ritorik nəzə
riyyənin əsaslarını öyrətmək, onlan dünya ritorika mədəniyyəti
ilə tanış etmək, antik məsəl olan : «İnsanın həyatı necədirsə, nit
qi də elədir» ifadəsini və Roma filosofu Senekanın: «Ziyafətlərin
və geyimlərin dəbdəbəli olması dövlət idarəçiliyinin xəstəliyə tu
tulmasının əlaməti olduğu kimi, tez-tez təsadüf edilən nitq ida-
rəolunmazlığı da, söz danışanların ruhunun məhv olmasının
göstəricisidir.» - kimi ədalətli fikrini yadda saxlayaraq, real nitq
ünsiyyətinin bilavasitə iştirakçıları olmalarına kömək etməkdir.
Bu kitab ritorika haqqında dünya praktikasında öz təsdiqini
tapmış nəzəri tədqiqatlar, monoqrafiyalar, dərslik və dərs vəsaitləri
əsasında tərtib olunmuşdur. Bu kitabda təcrübi fəaliyyət üçün əhə
miyyətli, lakin bir qayda olaraq, bu sahəyə aid digər nəşrlərdə ki
fayət qədər şərh edilməmiş üç prinsipi həyata keçirməyə təşəbbüs
göstərilmişdir:
• Qısa şəkildə «müasir insanın ritorik mədəniyyəti» kimi gös
tərilə biləcək bu fənni mümkün qədər geniş şərh etmək;
• Şərhlərin təklif xarakteri daşıması (qanunauyğunluqlar, qay
dalar, üsullar, alqoritmlər və s.);
• Şərhin mümkün qədər qısa, konkret, lakonik olması.
7
Ümid edirik ki, bu vəsait sizə gözəl danışmağın nəzəriyyə və
ustalığına yiyələnməkdə kömək edəcək. Əminik ki, bu təkcə xü
susi qabiliyyətlərdən - vergi və istedaddan yox, həm də insanın
əməksevərliyindən, məqsədyönlülüyündən asılıdır və deməli, hər
bir öyrənmək istəyən üçün tamamilə əlçatandır.
8
|