5.
Aksiya,
yaxud ifa - nitqə qüsursuz yiyələnmə, şifahi ifadəlilik
ustalığı, özünü idarə etmək bacarığı, jestlər və s.
Qədim
ənənələrə müvafiq olaraq, ritorikanın digər elmlərlə
əlaqələrini müəyyənləşdirmək mümkündür. Onu:
m əntiqlə
- nitqi mühakimələr, sübutlar, əsaslandırmalar, eyniy
yət və kifayət qədər əsaslandırma qanuni an;
fəlsəfə
ilə - əxlaq, mənəviyyat problemləri,
xeyir və şər, xoş
bəxtlik və əzab, dünyagörüşü problemləri;
siyasətlə
- hakimiyyət və azadlıq, mülkiyyət, ictimai münasi
bətlər, müharibə və sülh problemləri;
hüquqsünaslıqla
-
insan hüquqlan, məhkəmə praktikası;
filologiya ilə
- dil, onun vasitələri, üslublan, nitqin ifadəliliyi,
prosodiya (hecalann tələffüz üsulu), ədəbiyyat, poetika, janrlar, te
atr birləşdirir.
İnandırma, həqiqətəuyğunluq məsələsi çox qəti şəkildə qoyulur
du - ellinlər mövqelərində dönməz idilər:
məlum olduğu kimi, Sok
rat, Demosfen əqidələrindən dönməkdənsə, ölümü üstün tuturdular.
O dövrün ritorikasındakı filoloji məsələlər üzərində bir qədər
ətraflı dayanmağa dəyər: yüksək və aşağı üslublar, bədii və işgüzar
üslublar, həmçinin prosodik (tələffüz) kateqoriyalar- nitqin ritmi,
intonasiyanın yüksəkliyi,
səslənmə qüvvəsi, nitqin sürəti, vurğu,
fasilə kimi məsələlərə xüsusi olaraq diqqət yetirilir, fiqurlar və sayı
200-ə çatan məcazlar dərindən öyrənilirdi.
İmprovizələr kifayət qədər yüksək dəyərləndirilsə də, hərtə
rəfli, fəal hazırlığa -söylənəcək nitqin mətninin yazılmasına, hər
bir ifadənin cilalanmasına üstünlük verilirdi. Yeri gəlmişkən, əgər
bunlar olmasaydı, Qədim Yunanıstan və Romamn böyük natiqləri
olan - Demosfenin, Siseronun və başqalarının nitqləri bizə, sadəcə
olaraq, gəlib çatmazdı.
Hərtərəfli
biliyə malik olan alim, «Metafizika», «Məntiq»,
«Siyasət», «Poetika», «Anälitika» əsərlərinin müəllifi, Böyük Pla
tonun şagirdi olan Aristotel öz dövrü üçün çox əhəmiyyətli əsəri
ni- üç kitabdan ibarət «Ritorika»nı yazmaqla insanın təfəkkür və
mənəvi zənginliklər aləmini əhatə etmişdi.
11
Aristotel bəlağətli nitq elminin məqsədini xeyrə və insan
xoşbəxtliyinə xidmət etməkdə görürdü. Həm də sonuncuya xü
susi diqqət yetirərək, onu «ləyaqətdən ruhlanmış firavanlıq»
(ləyaqətdən qol-qanad almış rifah) kimi qiymətləndirirdi. Xoş
bəxtliyin meyarları kimi isə bunları göstərirdi: insanlar arasında
hörmətli olmaq,
sevimli işində uğur qazanmaq, mehriban ailə, nə
hayət, ən başlıcası- «yaxşı, yaxın dostu olmaq».
Aristotel natiq üçün zəruri olan keyfiyyətləri göstərir - bun
lar yüksək savad, ictimai fəallıq, xalqın hörmət bəslədiyi vəzifə,
dövlət xidmətləri, nitq ustalığı, qüsursuz namusluluqdur.
Əsərinin bir çox səhifələrində o, natiqlik bacarığı və biliyi ol
mayan və bu baxımdan çıxış edənlə eyni
səviyyədə dura bilməyən
insanlar qarşısında çıxışlara əvvəlcədən hazırlaşmağa natiqin
mənəvi haqqının nə dərəcədə olmasından bəhs edir. Düzdür, o
həmişə üstünlüyü natiqə verir.
O,
dövlətin özünü qarşılıqlı nitq fəaliyyəti sistemi kimi qiy
mətləndirir, bu mənada ailə və dövləti eyniləşdirir. Aristotelin
fikrincə, nitq qabiliyyəti insanı «digər canlılardan»
fərqləndirir,
nitq həm ailəni, həm də dövləti yaradır, deməli,
ritorika cəm iyyət
və onun idarə edilm əsi haqqında elmdir.
Aristotelin fikrincə, ritorika bir çox məsələlərdə fılolojidən
çox, sosial elmdir: o, insan haqqında elmlərin bütün sahələrini ri
torikada birləşdirirdi.
Əslində, gözəl danışıq
qabiliyyətini Aristotel
Dostları ilə paylaş: