Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım


I FƏSİL KLASSİK VƏ MÜASİR RİTORİKA 1.1. R itorikanın tarixindən Antik dünyada, Orta əsrlərdə, İntibah və Maarifçilik



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə4/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

I FƏSİL
KLASSİK VƏ MÜASİR RİTORİKA
1.1. R itorikanın tarixindən
Antik dünyada, Orta əsrlərdə, İntibah və Maarifçilik
dövrlərində ritorika
Artıq iki min beş yüz ildən bəri Avropa mədəniyyətinin in­
kişafına xidmət edərək, gah heyranlıq doğuran, gah heç kəs tərə­
findən qəbul edilməyən ritorika elm sahəsi kimi təxminən e.ə. V 
əsrdə cəmiyyətin praktik tələbinə cavab olaraq meydana gəlmişdir. 
O zaman siyasi məsələlər xalq yığıncaqlarında, camaat qarşısında 
həll olunurdu. Çox böyük insän kütləsinin toplandığı yerlərdə 
məhkəmələr qurulur, bayramlar, yas mərasimləri, dostluq görüşləri 
keçirilirdi.
Qədim Yunanıstanın ritorik təlimi bizə şöhrətli, tanınmış na­
tiqlər olan Demosfenin, Litsinin, Sokratın, Periklin (onlar hamısı 
ictimai xadim, yüksək təhsil almış insanlar idi) nitqlərindən nü­
munələr və natiqlik ustalığına yiyələnmək üçün hazırlanmış nəzəri 
əsərlər - Qorginin, Aristotelin, Platonun qələmindən çıxmış kitab­
lar şəklində gəlib çatmışdır.
Natiqlik ustalığı e.ə. VI-III əsrlər qədim yunan ədəbiyyatının, 
həmçinin Sokratın ( 469-399), Platonun (430/427-347), Aristotelin 
(384-322) adlan ilə bağlı olan fəlsəfənin əsasında və müsbət mə­
nada əhatəsində inkişaf etmişdir.
Ritorika ilk zamanlardan həm incəsənət, həm də elm kimi inki­
şaf edirdi. Ritorikaya aid kitablann yaradılması təhsil məqsədlərinə 
görə zəruri idi, bu sahədə Sirakuzamn, Attikanın, Afinanın ritorika 
məktəbləri apancı rol oynayırdı. Bu məktəblərə 7 yaşlı oğlanlan
9


qəbul edir və onlara 21 yaşınadək təlim keçirdilər. Burada fəlsəfə, 
məntiq, ədəbiyyat, dil, riyaziyyat öyrədilirdi. Amma aparıcı fənn 
ritorika idi və heç də təəccüblü deyil ki, ritorikaya aid ilk traktatlar 
bu məktəblərə rəhbərlik edən natiqlər tərəfindən yazılmışdı.
Adətən onların sırasında birinci filosof- sofıst Qorginin (e.ə. 
493-376) adı çəkilir. Onun əsərləri bizim günümüzə tam halda gəlib 
çatmamışdır. M üasir dövrdə Platonun «Qorgi» dialoqu bəllidir. 
Həmin dialoqda onun əsas elmi mövqeyi şərh olunur. Qorgi ritori­
kanı tədris edərkən çox səyahətlər etmiş və bu zaman Olimpiya 
və Delfıya bayramları üçün nitqlər də hazırlamışdır. Aşağıdakı fi­
kir də ona məxsusdur: 
söz çox böyük hökmdardır. O, çox kiçik və
tamamilə gözəgörünm əz bir bədənə m alik olsa da, m öcüzəli işlər
görür. Belə ki, o həm qorxunu qova bilər, həm kədəri m əhv edər,
həm sevinc gətirər, həm rəhm oyadar... Sözə m əxsus olan inandır­
m a qüvvəsi həm də ruhu istədiyi kim i form alaşdırır. B iz burda İnci­
lin ilk cüm ləsini
-
“Öncə söz olmuşdur, söz A llahın olmuşdur, söz
A llah olm uşdur ” xatırlatm aya bilmərik. ”
Ellinlər (yunanlar) ənənəvi ritorikanı sözlə inandırma, nitq us­
talığı kimi qiymətləndirirdilər. Ellin ritorlannın fikrincə, ritorika­
nın üç ayrılmaz əsası var: mənəviyyat, müdriklik (həqiqət) və akt­
yorluq bacarığı; eyni zamanda, onlar savadlılıq, mədəniyyət və 
natiqlik istedadına da böyük dəyər verirdilər. Düzdür, sonralar Sise- 
ron deyəcəkdi: «Şair doğulurlar, natiq olurlar» - lakin heç şübhəsiz, 
onun özünə də Yupiter tərəfindən böyük istedad bəxş olunmuşdu.
Köhnə, yaxud kanonik ( nümunəvi) ritorika beş hissəyə bölü­
nürdü:
1. İnvensiya
- tərcümədə mənası «fikrin kəşf edilməsi», yaxud 
nitqin məzmununun hazırlanması;
2. D ispozisiya
(mövqe tutma), yaxud kompozisiya- rus ritorika­
larında-yerləşmə (adətən nitqin janrı ilə əlaqələndirilirdi);
3. Elokusiya
(bəlağət) və ornament - ifadə və bəzəmə; bu so­
nuncu və ən geniş hissə sonralar aparıcı mövqeyə yüksəldi (dil 
vasitələrinin, üslubun, nitq mədəniyyətinin seçilməsi, poetika);

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin