ziddiyyətlidir, başqa halda isə səhvi məhkumun m ülahizəsində
görürlər. Əslində, əgər fə rz etsək ki, edam yaxın 7 gündə yox,
qarşıdakı 365 gündən baş tutacaq, paradoks duyğusu yo x olur.
M əhkum un m ülahizələri isə, onlara daxil olan «gözlənilm əz» an
layışının aydın olm am ası səbəbindən o qədər də aydın deyildir.)
Ədəbsiz üsullarla m übahisəyə aid b ir nüm unə
«Veksfild keşişi» əsərində Ç.Qoldsmit mübahisə etməkdə
təcrübəli, utanmaz skvayr və gənc, təcrübəsiz, amma mübahisə
etməyə can atan Moisey arasındakı mübahisəni təsvir edir.
Bu m übahisədə hansı ədəbsiz üsullardan istifadə edildiyinə
diqqət yetirin.
«Düzdür...- deyə skvayr qışqırdı- Gözəl qız dünyanın bütün
ruhaniləri arasındakı fitnə-fəsadlara dəyər. Bütün bu fırıldaqlar və
uydurmalar böyük və alçaq bir yalan deyilsə, bəs nədir? Həm də
367
mən bunu sübut edə bilərəm»- «Dinləmək istərdim- deyə Moisey
həyəcanla dilləndi, -Zənnimcə mən sizə cavab verə bilərdim».-
«Əla, cənab», - deyə skvayr cavab verdi.-O, qarşısındakının nəyə
qadir ola biləcəyini o saat anlamışdı və ətrafındakılara göz vuraraq,
onlara əylənməyə hazırlaşmaq işarəsi verdi. - «Əgər siz soyuqqan-
lılıqla bu mövzunu müzakirə etmək istəyirsinizsə, çox gözəl, mən
mübahisəyə hazıram. Amma əvvəlcə deyin görüm, siz məsələni
necə müzakirə etmək istəyirsiniz: analoji, yoxsa dialoji?» -«Ağıllı
şəkildə müzakirə etmək!»-deyə mübahisə edəcəyinə görə özünü
xoşbəxt hiss edən Moisey dilləndi. - «Yenə də əla! Hər şeydən
əvvəl, güman edirəm ki, siz də bununla razılaşarsınız ki, o şey ki,
mövcuddur- o mövcuddur. Əgər siz bununla razı deyilsinizsə, mən
fikrimi davam etdirə bilmərəm»- «Bəs necə!- deyə Moisey cavab
verdi- əlbəttə, mən bu fikirlə razıyam. Elə özüm də bu həqiqətdən
bacardığım qədər yaxşı istifadə edəcəyəm»,- «Ümidvaram ki, siz
hissənin bütövdən kiçik olması fikri ilə də razılaşarsınız?»- «Bu
nunla da razıyam! - deyə Moisey ucadan dilləndi- Bu düzgündür və
ağıllı fikirdir»,- «Ümidvapram ki, siz həmçinin üçbucağın üç buca
ğının iki düz bucağa bərabər olması fikrini rədd etməyəcəksiniz»-
deyə skvayr ucadan dilləndi. «Bundan daha aşkar nə ola bilər ki?»
- deyən Moisey özündən razı bir görkəmlə ətrafdakı 1 ara baxdı.
«Əla!»- deyə, skvayr birdən-birə çox sürətlə danışmağa başladı-
«Bir halda ki, bu başlanğıc nöqtələrdə razılığa gəldik, onda mən
təsdiq edirəm ki, özündənmövcudluğun konkatenasiyası qarşılıqlı
ikili münasibətlərdə təbii şəkildə problemli dialogizmə gətirib çı
xarır, bu da məlum dərəcədə isbat edir ki, mənəviyyatın mahiyyəti
predikabiliyalann ikinci növünə aid edilə bilər»,- «Dayamn,
dayanın»-deyə Moisey dilləndi- «Mən bunu rədd edirəm. Doğru-
danmı siz elə düşünürsünüz ki, mən bu yanlış təlimlərə etirazsız
təslim olacağam?»- «Nə?»- skvayr qəzəbləndiyini göstərməyə ça
lışaraq ucadan dilləndi- «Siz razı deyilsiniz? Mənim tək bir sadə və
aydın sualıma cavab verin: Aristotel «nisbət nisbi ilə əlaqəlidir»-
deyərkən haqlı idimi?» -«Şübhəsiz»- deyə Moisey cavab verdi.
«İndi ki, belədir, onda mənə aydın cavab verin
: - deficient secundum
quoad,
yaxud
quoad m inus-
mənim entitemamın birinci hissəsinin
368
analitik inkişafıdır və bu haqda öz dəlillərinizi göstərin. Sizə
deyirəm ki, mənə öz dəlillərinizi göstərin, həm də aşkar şəkildə,
dolaşıqlıq etmədən göstərin». - «Mən etiraz edirəm»- deyə M oi
sey qışqırdı- «Mən sizin mülahizənizin mahiyyətini lazımınca tuta
bilmədim. Onu sadə cümlə şəklinə salın, o halda, düşünürəm ki,
sizə cavab verə bilərəm»,- «Ah, cənab»- deyə skvayr səsləndi: «
Sizin aciz qulunuzam. Belə məlum olur ki, mən sizi təkcə dəlillərlə
yox, həm də təfəkkürlə təmin etməliyəm! Xeyr, cənab. Mən eti
raz edirəm!.. Siz mənim üçün olduqca çətin rəqibsiniz». Bu sözlər
bitəndə hamı qəhqəhə çəkib Moiseyə gülməyə başladı. O gülən
adamlar arasında donuq bir sifətlə oturmuşdu. Bundan sonra o,
söhbət zamanı bir kəlmə belə söyləmədi».
{Bu mübahisədə nəinki nitqin həmsöhbət tərəfindən anlaşılmay-
caq səviyyədə sürətləndirilməsindən, həm də bir sıra digər ədəbli ol
mayan üsullardan istifadə olurrur. Onların sırasında rəqibi özündən çı
xarmaq və orada olanları öz tərəfinə çəkməyəyönəldilmiş(«şəxsiyyətə
aid dəlil» və «iştirakçılara aid dəlil»), «bilməmək dəlili» (sualları
məhz necə: «analoji, yoxsa dialoji»; qarşı tərəf üçün aşkar şəkildə
aydın olmayan latın dilində ifadə və s.); həmsöhbətini lağa qoymaq
(« mən sizi təkcə dəlillərlə yox, həm də təfəkkürlə təmin etməliyəm»,
«Siz mənim üçün çox çətin rəqibsiniz») kim i üsullar vardır. Lakin
skvayrın dəlillərinin başlıca qüsuru, heç şübhəsiz ki, onun form a
laşdırdığı tezis mənasızdır («mənim entimemamın birinci hissəsinin
analitik inkişafı...») və aşkar şəkildə əsaslarla m əntiqi şəkildə bağlı
deyildir (səhv «meydana gəlmir»). Əsas roluna iddia edən adi sözlər,
yaxud tavtalogiyalardan da istifadə ədəbli deyildir, çünki onlardan
hansısa məzmuna m alik məlumat əldə etmək, sadəcə mümkün deyil
dir («nə mövcuddursa, mövcuddur», «hissə tamdan azdır», «üçbu
cağın üç bucağı iki düzə bərabərdir», «nisbət nisbi ilə əlaqəlidir»).
Nəhayət, Aristotelə istinad edilməsi də ədəbli deyildir («nüfuzlu ada
mın fikrinə istinad etmə»).
Belə qısa bir m übahisə üçün bu qədər ədəbli olm ayan dəlillər,
əslində çoxdur. Başqa auditoriyada M oisey çoxdan m übahisəni
udmuş hesab olunardı, elə təkcə ona görə ki, onun rəqibi açıq-aş-
kar saxtakarlıq edir.)
369
|