M olla N əsrəddinin qələmi
M olla Nəsrəddin mədrəsədə dərs deyirmiş. Bir gün
valideynlərdən biri ona bir qab paxlava gətirir. M olla da həmin
vaxt başqa yerə getməliymiş. Paxlavanı taxçaya qoyub deyir:
- Uşaqlar, buna toxunmazsınız. Bunu mənə göndərən ada
mın mənlə ədavəti var, içinə zəhər qatib, yesəniz zəhərlənərsiniz.
Molla tapşırığını verib gedir. Mollanın qardaşı oğlu bu sinifdə oxu
yurmuş. O bilir ki, molla uşaqları aldadıb, paxlavam yeməsinlər.
M olla gedən kimi taxçadan qabı çıxardır, paxlavanı yeməyə başla
yır. Uşaqları da yeməyə dəvət edir. Uşaqlar yeməkdən boyun qa
çırıb deyirlər:
- Paxlava zəhərlidir, biz yemirik, yesək ölərik.
Qardaşoğlu deyir:
- M olla bizi aldadır, gəlin yeyin.
Uşaqlar deyirlər:
- Bəs biz mollaya nə cavab verək?
Oğlan deyir:
- Siz gəlin yeyin, mollaya cavabı özum verərəm.
Uşaqlar paxlavam tamam yeyib qurtarırlar. Qardaşoğlu mol
lanın sevimli qələmini sındırıb qutunun üstünə qoyur. M olla gəlir,
qələmini sınmış görüb uşaqlardan acıqlı soruşur:
- Bunu kim sındırdı?
Oğlan ağlaya-ağlaya deyir:
- Yazanda sındı. Əmimin üzünə necə baxacağam?! - deyib
özümü öldürmək istədim. Paxlava qabını taxçadan götürdüm, gö
zümü yumdum, yeməyə başladım. Hamısını yedim. Bədbəxtlikdən
ölmədim.
M olla dilxor olub uşağa deyir:
- Mən sənə bir söz demirəm. Hiyləgərlik bizim nəslə vergi ve
rilib.
(Yalançı əsaslandırm aya a id p a rlaq misaldır.Qardaşoğlu
Dostları ilə paylaş: