Məntiq nitq mədəniyyətinin əsası kimi
Nitqin təfəkkür
əsasına toxunmadan nitq mədəniyyətindən danışmaq mümkündür
mü? Əgər hətta danışanın ədəbi normalara qüsursuz əməl etdiyini
nəzərdə tutsaq, məntiqsiz, məntiq elminin əsas qanun və qaydala
rına əməl olunmayan nitq yaxşı hesab oluna bilərmi?
M əntiq də ritorika kimi, insan haqqında ən qədim elmlərdən bi
ridir, o düzgün təfəkkürün qanun və formalarını öyrənir. «Məntiq»,
«məntiqi» anlayışları dünyada artıq çoxdan düşüncənin, ağlın və
təbii əlaqələrin sinoniminə çevrilmişdir.
M əntiq dərketmənin, intellektin və onun inkişafının aləti kimi
çıxış edir. Belə ki, hələ e.ə. IV əsrdə Aristotel özünün «Məntiq»
əsərində məntiqi silsilələrin elə bir səviyyəsinə nail olmuşdu ki,
onlar heç də hər bir müasir natiqə müəssər olmamışdır.
Köhnə ritorikalarda söyləniləcək nitqin fikri, məntiqi qurulu
şunun normaya salınması kəşf adlanırdı. Sadəcə xəyal, fantaziya
43
yox, təfəkkür əsasının yaradılması, yaradıcılıq hesab edilirdi: bi
rinci mühakimə özündən sonrakı mülahizəni hazırlayır,
m əntiqi
zəncir
yaradırdı.
Bu gün nitqin fikri əsası eyni məntiqi qanunlar əsasında for
malaşır və orta, hətta bəzi hallarda ali məktəblərdə məntiqin
öyrənilməsindən imtina edilsə də, məntiq qanunları və qaydaları
humanitar və xüsusilə təbiət fənləri, bədii ədəbiyyat, publisistika,
hətta danışıq dili vasitəsilə insanlar tərəfindən mənimsənilir, çünki
dil məntiqlə son dərəcə sıx bağlıdır və cümlələrin əsasında məntiqi
konstruksiyalar dayanır.
Dil şüurla, nitq təfəkkürlə əlaqədardır, onlar bir-birindən ay
rılmazdır.
Nitqin qurulmasında istifadə edilən əsas məntiq növləri:
•
Form al m əntiq
- təfəkkür formalarını: anlayışlar, onların
tərifləri, hökmlər, onların birləşməsi, əqli nəticələr, sillogizmlər,
ümumiləşdirmələr, nəticələr və s. öyrənir;
•
D ialektik m əntiq
- təfəkkürü onun inkişafında, ziddiyyətlərdə,
sübut və təkziblərdə, diskussiya və polemikalarda, mübahisələrdə,
əksliklərin mübarizəsində öyrənir;
•
R iyazi m əntiq -
mücərrəd quruluşlarda yüksək dəqiqlik
və etibarlılığı təmin edən riyazi modelləri tətbiq etməklə eyni
vəzifələri yerinə yetirir.
Nitq aktında, deməli həm də ritorikadakı qanun və qaydalar
fikri və dil konktruksiyalannın, yəni cümlələrin, ifadəüstü quruluş
ların, mürəkkəb sintaktik məntlərin, mətn hissələrinin, ən nəhayət,
bütün mətnin düzgünlüyünü təmin etməyə yönəldilib.
Bu mənada məntiq ümumi nitq mədəniyyətinin bir hissəsidir,
çünki təfəkkür məntiqi öz funksiyasına görə dil normasına uy
ğundur. Hər ikisi insanlar arasında intellektual əlaqələrin etibar
lılığım təmin edir, həm onda, həm də o birində, adətən, ünsiyyət
təcrübəsində yol verilən səhvlərin siyahısı və tipologiyası vardır.
Antik ritorikada topikaya (bir fikri ifadə etmək üçün ümumi
dəlillərdən istifadə etmək bacanğı) böyük əhəmiyyət verilirdi.
Aristotelin kitablarından biri də belə adlanır. Ritorikada istifadə
edilən top, yaxud «ümumi yerlərdən» nümunələr:
44
a) cins və növ, onların subordinasiyası;
b) səbəb və nəticələr, onlardan istifadə;
c) əlamətlər, xassələr, keyfiyyətlər, onlardan istifadə.
M ətnin məntiqi qurulmasının yazan, yaxud danışanın nə
şəkildə isə əldə etdiyi faktlara, dürüst materiala ehtiyacı var. M a
terialın mənbələri - subyektin illərdən bəri, onilliklərlə topladığı
ümumi təhsilliliyi və mədəniyyəti, həyat təcrübəsidir.
Birinci, başqa adamlar tərəfindən toplanmış bilvasitə təcrübə,
ikinci bilavasitə subyektin özü tərəfindən toplanmış təcrübədir.
Birinci üstünlük təşkil edir və bu da təbiidir; lakin nitqdə,
söylənilən mülahizələrdə, xüsusilə də elmi, siyasi, işgüzar, kütləvi
mətnlərdə, bu təcrübələrin hər ikisinin birləşməsi, materialın
seçilməsi və onun quruluşunun müəyyənləşdirilməsi baş verir. Bu
prosesdə mülahizənin məqsədi, danışanın mövqeyi və məntiqi, nit
qin aparatı və mexanizmləri aparıcı yer tutur.
Mülahizənin qurulmasındakı məntiqi vasitə
plandır,
ilkin plan
sxematik və 4-5 bənddən ibarət olur, sonradan, toplanmış mate
rial artdıqca və quruluşu formalaşdıqca, seçim, qaydaya salma
prosesində plan tədricən mürəkkəbləşir, ona yanm m addələr əlavə
olunur.
Planlar sadə, mürəkkəb və kiçik - mikromövzulu, yəni daha
kiçik hissələrə ayrılması mümkün olmayan şəkildə olur. Plan
nəinki zəruridir, hətta qaçılması mümkünsüzdür: insan psixikası
nın, şüurlu fəaliyyətin xüsusiyyəti belədir.
İnsan quruluş verdiyi, yaratdığı hər şeyi əvvəlcə modelləşdirir,
sxem, plan şəklində qeyd edir (bununla o, məsələn, öz şanını həmişə
eyni həndəsi şəkildə quran, lakin bunu instinktiv şəkildə edən (hər
halda, insanlar an haqqında belə düşünürlər) andan fərqlənir).
Planı mütləqləşdirmək lazım deyil: onun vəzifəsi - xidmətidir.
Söylənilən nitqdə yaxud yazılmış mətndə plan, adətən, əks olun
mur. Lakin «Mən həmişə plansız yazıram» deyənlər səhv edir,
çünki fikrimizdə plan hər halda mövcud olur; əgər plana kifayət
qədər diqqət yetirilirsə, mətnin keyfiyyəti yüksəlmiş olur.
Plana müvafiq olaraq, mətn fəsillərə, bölmələrə, yanmbölmə-
lərə, nəhayət, abzaslara bölünür, şifahi ifada isə fasilələrlə ayn-
45
lir. Fikrin və nitqin qurulması ilə bağlı bütün bacarıqlar da m üəllif
əməyinin və ünsiyyətin mədəniyyətini təmin edir.
Dostları ilə paylaş: |