Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/38
tarix02.03.2017
ölçüsü5,01 Kb.
#10038
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   38

                                Yoxlama -  test sualları 
 
      1.  Kross hazırlığı hərəkətlərinin məsafələr üzrə təlimi. 
1.
 
Kross yerişinin öyrədilməsi metodikası. 
2.
 
 Kross qaçışının öyrədilməsi metodikası. 
  
 
 
 
                         Yaradıcılıq işi üçün təxmini mövzular 
 
1.
 
Relyefdən asılı olaraq kross hazırlığının aparılması. 
2.
 
Dağlıq şəraitində kross hazırlığının təşkili. 
3.
 
Meşəlik zonalarında kross hazırlığının təşkili. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 241
3.6. Üzgüçülüyün öyrədilməsi 
 
6.1. Üzgüçülük tədris və elmi fəndir 
              Yüksək ixtisaslı  bədən tərbiyəsi müəllimləri hazırlanması günün ən vacib tələblərindəndir. 
Bunun üçün də hazırda bədən tərbiyəsi müəllimlərinin hazırlanması sisteminin təkmilləşdirilməsi zəruri 
vəzifələrdən sayılır. Həmin təkmilləşdirmə  işləri ayrı-ayrı  tədris fənlərinin nəzəri və metodiki 
səviyyəsinin yüksədilməsi ilə  əlaqıdar olub, müəllimə  əmək, mənəvi və fiziki tərbiyə  işlərini 
yaxşılaşdırmaqda kömək göstərilməlidir. Bu tədbirlərin tam həyata keçirilməsində idman fənlərinin 
əhəmiyyəti böyükdür. Üzgüçülük idman fənlərindən biri kimi fiziki tərbiyənin  əsas vasitələrindən 
olmaqla yanaşı, vacib tətbiqi hərəkət vərdişləri aşılayır. 
              Üzgüçülük  fiziki  (hərəkət) fəaliyyəti və  təkrar hərəkətlərdən ibarət olub, adama suyun üzündə 
özünü saxlaya bilməsini öyrətməklə, kənardan kömək olmadan istənilən istiqamətə üzərək irəliləyib 
müəyyən məsafəni qət etmək deməkdir. 
              Üzgüçülük  tədris fənni kimi biliklər məcmuəsindən ibarət olub, bədənin su ilə qarşılıqlı 
əlaqəsinin qanunauyğunluqlarını öyrədir. Həmin qanunauyğunluqları öyrənmək və bunu üzgüçülük 
dövründə  tətbiq etmə xüsusən vacibdir. Çünki bu adamda müəyyən zəruri bacarıq və  vərdişləri 
formalaşdırır. Bütün bunlar isə heç bir    kömək və vasitə olmadan suyun üzərində qalmağa və üzərək 
irəliləməyə imkan verir. Həmin şəxs suda irəliləyib lazımi məsafəni qət edir. 
              Üzgüçülüyün inkişafında bu sahədə tədqiqatların aparılması mühüm rol oynayır. Bu tədqiqatların 
nəticəsində onun qanunauyğunluqları texnikasının və  təlim metodikasını inkişaf etdirmək yolları 
öyrədilir. Üzgüçülük tədqiqat metodlarına qabaqcıl təcrübənin öyrənilib ümumiləşdirilməsi, müşahidə, 
müsahibə, anketləşdirmə və eksperimentlər daxildir. 
              Üzgüçülük  kursunda  tələbələrə onun nəzəriyyə  və metodikası  mənimsçədilir, ayrı-ayrı növləri, 
mütəhərrik oyunlar və s. öyrədilir. Bunlar isə müəyyən bilik, bacarıq və  vərdişlər aşılayır ki, bu da 
ümumtəhsil orta məktəblərində  həmin işin pedaqoji baxımdan səmərəli təşkili və  həyata keçirilməsinə 
zəmin yaradır. 
              Üzgüçülük  kursu  mühazirə, seminar və  təcrübi məşğələlər formasında aparılır. Təcrübi 
məşğələlərdə ümumi inkişaf və xüsusi hərəkətlər icra olunur, tətbiqi üzgüçülüyün texnikası, oyunlar və 
əyləncəli hərəkətlər yerinə yetirilir. Bunlar üzgüçülüyün öyrədilməsini təmin edir. Üzgüçülük  üzrə 
tapşırıqlar, müstəqil kurs işi formasında da yerinə yetirilir. 
 
6.2.Üzgüçülük idman üsulları 
              İdman, oyun, tətbiqi və fiqurlu (bədii) üzgüçülük üsulları vardır. 
              Üzgüçülük  idmanın məzmununa müxtəlif yarışlarda, müxtəlif məsafələrin hər hansı üsulundan 
istifadə etməklə  qət olunmasıdır. Bunlar isə xüsusi qaydalarla yerinə yetirilir. Yarışlar standart ölçülü 
hovuzlarda keçirilir. Üzgüçülük yarışları 25, 50 m və 100 m uzunluğunda olan hovuzlarda 50-dən 1500 
m-dək keçirilir. 
              Üzgüçülük  idman  üsulu  cəldlik, çeviklik, dözümlülük və s. keyfiyyətləri inkişaf etdirməklə 
yanaşı, sürətliliyin yüksədilməsinə də kömək göstərir. 
              İdman üsullarına daxildir: sinə üstə krol, bras, delfin (batterflyay), kürəklər üstə krol. 
              Sinə üstə sərbəst üzmə fasiləsiz olaraq ayaq və qolların növbəli hərəkəti ilə xarakterizə olunur. 
Qollarla avar hərəkəti suda, hazırlayıcı hərəkət isə havada icra olunur. 
              Arxasıüstə sərbəst üzmə üsulunda idmançının qolları növbə ilə avar çəkir, ayaqlar isə bir-birinin 
ardınca gah yuxarı, gah da aşağı hərəkət etdirilir. 
              Bras üsulunun texnikası qol və ayaqların eyni vaxtda müəyyən ardıcıllıqla simmetrik hərəkəti 
ilə xarakterizə edilir. Hazırlayıcı hərəkətdə qollar sudan çıxmır. 
              Delfin  üsulunda ayaqlarla qolların hərəkəti müəyyən ardıcıllıqla eyni vaxtda simmetrik icra 
olunur. Hazırlayıcı hərəkətlərdə qollar su üzərində irəli aparılır. Ayaqlar isə yuxarıdan – aşağı və əksinə 
bir yerdə hərəkət etdirilir. 
             
 

 242
  Yarışlarda üzgüçülük üsullarına uyğun məsafələr də müəyyən edilir. Yarışların proqramına 
estafet və kompleks üzgüçülük də daxil edilir. Kompleks üzgüçülük də hər bir idmançı 4 üsuldan istifadə 
edərək məsafəni başa çatdırmalıdır.   
              Kompleks  üzgüçülük  200  m  məsafəyə  qət olunur. Hər biri 50 m məsafəyə olmaqla üzmə 
üsulunun 4-dən də   istifadə edilir.Bura: sərbəst, bras, delfin və arxasıüstə üzmə üsulları daxildir. 
              Estafet üsulunda isə 4 idmançı  iştirak edir. Bu idmançıların hər biri eyni məsafəyə üzməklə 
bərabər, estafetin məsafələri üzrə nəzərdə tutulan üsulla üzməlidir. 
              Estafet üzgüçülük komandalı yarış növüdür. Burada hər komandadan 4 üzgüçü iştirak edir. 
Estafet üzmə 100 və ya 200 m məsafəyə keçirilir. Yarış start komandası ilə başlayır. Növbəti iştirakçılar 
startı üzgüçünün əli dönmə lövhəsinə (hovuzun divarına) dəyəndən sonra qəbul edir. 
              Üzgüçülüyün  oyun  üsulunun məzmunu suda müxtəlif oyunlar və  əyləncələrin keçirilməsindən 
ibarətdir. Oyun üsulu əsasən yeniyetmələrin məşğələlərində  tətbiq olunur ki, bu da onların üsullara 
tezliklə yiyələnməsinə, üzgüçülük üçün zəruri keyfiyyətlərin inkişafına  şərait yaradır. Oyunların kiçik 
yaşlarda tətbiqi sadələşdirilmiş üzgüçülük üsuluna tezliklə  mənimsədilməsinə kömək edir. Uşaqların 
fəallığını artırır,   və bu iş marağı gücləndirir. 
              Boğulanın sudan çıxarılmasında, dərinliyə  və uzununa üzməkdə  tətbiqi  üzgüçülük üsulundan 
istifadə edilir. Bunun üçün də sürətli üzməyi bacarmalı, özünü boğulmadan qorumalı, boğulan adam 
tutduqdan ondan aza dola bilmək keyfiyyətlərinə yiyələnməlidir. Həm də boğulanı Sudan çıxartmaq 
texnikasına malik olmalı,  əks fəndləri mənimsəməlidir. Tətbiqi üzgüçülük üsuluna yiyələnmiş idmançı 
boğulanı sudan çıxara bilər. Bu üsula yiyələnmək əsgəri xidmətdə olanlar üçün daha vacibdir. 
              Fiqurlu üzgüçülük üsulu müxtəlif kompleks hərəkətlərdən, o cümlədən xeroqrafiya, akrobatika 
və gimnastikanın müxtəlif hərəkət kombinasiyalarından istifadə edərək fiqurların düzəldilməsindən 
ibarətdir. Hazırda uşaq və yeniyetmə yaşlardan başlayaraq və fiqurlu üzgüçülük üsulu ilə  məşğul 
olanların sayı günbəgün artır. Fiqurlu üzgüçülük üsulu ilə də maraqlı yarışlar təşkil olunur. 
                       6.3. Üzgüçülüyün səciyyəvi xüsusiyyətləri 
              Üzgüçünün hərəkətləri su   şəraitində yerinə yetirilməsi, bu vaxt bədənin asılı vəziyyətdə olması, 
möhkəm dayağın olmaması üzgüçülüyün 1-ci xüsusiyyətidir. Bədənin bu vəziyyətdə olması adamda 
hərəkət imkanlarını artırır və onun inkişafına təkan verir. Bu isə  bədənin ayrı-ayrı hissələrində 
mütəhərrikliyi artırır. Nəticədə orqanizmin sistem və üzvləri inkişaf edir və təkmilləşir. 
              Üzgüçülüyün ikinci xüsusiyyəti suda hərəkətlər icra edilən zaman bədəndə nisbətən çəkisizlik 
yaranır. Bu suyun bədəni qaldırmaq qüvvəsinə malik olması ilə  əlaqədardır. Suda bədənin çəkisizliyi 
dayaq sistemini yükdən azad edir və düzgün inkişafa kömək göstərir. 
              Üzgüçülüyün üçüncü xüsusiyyəti fiziki hərəkətlər yerinə yetirilərkən bədənin üfiqi vəziyyətdə 
olmasıdır. Həmin vəziyyətdə eyni hərəkətlərin təkrar icrası  nəticəsində (tsiklik) bəzi orqanların (ürək, 
qara ciyər, böyrəklər və s.) işi daha da yüngülləşir. Bütün bunlar isə  uşaq və yeniyetmələrin fiziki 
tərbiyəsində mühüm əhəmiyyətə malikdir. 
 
                           6.4. Üzgüçülüyün əhəmiyyəti 
              a)  üzgüçülüyün  tərbiyəvi  əhəmiyyəti. Üzgüçülük üzrə  vərdişlər yaranmaqla uşaqlarda həm də 
qüvvə, tezlik, sürətlilik, dözümlülük, davamlılıq və  cəldlik kimi keyfiyyətləri də inkişaf etdirir. 
Üzgüçülük estetik tərbiyəyə də müsbət təsir göstərir. Çünki, üzgüçülüyün idman üsulu ilə məşğul olarkən 
uşaqlar sürbəsür məqsədəuyğun, səmərəli, dəqiq və düzgün hərəkətlər icra edirlər. Bunlar isə qamətin 
formalaşmasına, xarici görünüşün gözəl olmasına imkan verir. 
              Üzgüçülüyün fiqurlu üsulu ilə məşq    etmək, müxtəlif kombinasiyalı hərəkətləri yerinə yetirmək 
estetik hisslərin inkişafına müsbət təsir göstərir. 
              Üzgüçülüyün  mənəvi və iradi tərbiyənin formalaşmasında  ən yaxşı vasitələrindən biridir. 
Üzgüçülük məşğələlərinin səmərəli təşkili və keçirilməsi də uşaqlarda şüurlu intizam yaradır, təşkilatçılıq 
qabiliyyətini artırır, doğruçuluq, dözümlülük, iradəli olmaq kimi keyfiyyətləri inkişaf etdirir. Onların 
mərd və  cəsur olmasına  şərait yaradır, mübarizə aparmaq qabiliyyətini yüksəldir, dostluq, yoldaşlıq və 
vətənpərvərlik hisslərini inkişaf etdirir, vətənin müdafiəsinə hazırlayır. 
              Üzgüçülük  böyük  tərbiyəvi  əhəmiyyəti vardır. Üzmə ilə  məşğul olarkən sudan qorxmaq, 
inamsızlıq, yorğunluq aradan qaldırılır, öz gücünə inam artır. Eləcə  də müntəzəm məşq etmək, rejimə 

 243
əməl etmək, nizam-intizama riayət etmək, bir-birinə kömək etmək, yarış vaxtı komanda yoldaşları ilə 
birgə  səy göstərmək uşaqlarda insan üçün zəruri həyati keyfiyyətlər aşılayır. Üzgüçülük məşğələləri 
düzgün təşkil olunduqda qətililik, əməksevərlik, çeviklik və cəsarətli olmaq keyfiyyətləri tərbiyə olunur. 
Bundan  əlavə, üzgüçülük məşğələləri ürək-damar sistemini və  tənəffüs üzvlərini möhkəmləndirir,  əsas 
əzələ qruplarını, pəncə-daban  əzələlərini inkişaf etdirir. Habelə, maddələr mübadiləsini gücləndirir, 
işgörmə qabiliyyətini yüksəldir, həm də fiziki keyfiyyətlərin inkişafına kömək edir. 
              b)  üzgüçülüyün  sağlamlıq  əhəmiyyəti. Üzgüçülüyün sağlamlıq üçün də xüsusi əhəmiyyəti 
vardır. Su adamın dərisini təmizləyir ki, bu da dərinin tənəffüzünü yaxşılaşdırır. Üzgüçülük 
məşğələlərində orqanizm daha çox enerji, istilik itirməli olur. Bu isə orqan və sistemlərin məşq etməsi
hərəkət fəaliyyətinin artması deməkdir. Hərəkət fəaliyyətinin yüksəlməsi iştahı artırır, maddələr 
mübadiləsini gücləndirir, əzələ və bağları daha da möhkəmləndirir və fəaliyyətini artırır. 
              Nəticədə hüceyrə  və toxumalar vaxtlı-vaxtında qanla təmin olunur, oksigenə olan ehtiyacları 
ödənilir. Bünlar isə orqanizmin sağlamlığını möhkəmləndirir. Üzgüçülüklə məşğul olmaq bəzi xəstəlikləri 
müalicə edir, adamın xəstəliklərə tutulmasının qarşısını alır. Müalicə  bədən tərbiyəsində üzgüçülük 
mühüm vasitələrdən biri hesab olunur. 
              v) üzgüçülüyün hərbi-tətbiqi  əhəmiyyəti. Üzgüçülük yalnız  sağlamlıq-tərbiyəvi  əhəmiyyətə 
deyil, o, həm də  hərbi-tətbiqi  əhəmiyyətə malikdir. Məlumdur ki, su döyüşlərində  tətbiqi üzgüçülüyün 
əhəmiyyəti olduqca böyükdür. Bu zaman suya baş vurma, boğulanları xilasetmə  və su maneələrini dəf 
etmək üçün tətbiqi üzgüçülük üsulundan deniş istifadə edilir. Həmin anlarda paltarda üzmək, suda  paltarı 
soyunmaq, Üzən əşyaların  suda daşınması və s. kimi işlərin tətbiqi üzgüçülüyün köməyi ilə görmək olar. 
              Tətbiqi üzgüçülüyə yiyələnməklə paltarda qumbara və silahla, əleyhiqazla və s. ilə üzmək 
mümkün olur. 
              Suda  boğulanları xilas etmək – mühüm tətbiqi vərdiş olub, hər bir insana, xüsusən vacibdir. 
Boğulanlara kömək göstərən boğulana üzüb yaxınlaşma texnikasını, ondan azad olmağı, çəkib sudan 
çıxzarmağı və süni tənəffüsvermə üsullarını bilməlidir. 
 
               6.5. Üzgüçülüyün fiziki tərbiyə sistemində yeri 
              Üzgüçülük fiziki tərbiyə sisteminə daxil olmaqla onun ideoloji, elmi-metodiki və təşkili əsasları 
mövcuddur. Bundan əlavə, üzgüçülük fiziki tərbiyə sisteminə daxil olmaqla onun səmərəli təşkili üçün 
üzgüçülük hovuzunun olması olduqca vacibdir. Üzgüçülüyün inkişafı və öyrədilməsi məqsədilə ixtisaslı 
kadrların hazırlanmasına böyük ehtiyac vardır. Bundan əlavə, üzgüçülük fiziki tərbiyə vasitələrindən biri 
kimi uşaqları əməyə və müdafiəyə hazırlayır. Onlarda cəldlik, çeviklik, sürət və s. bu kimi keyfiyyətləri 
inkişaf etdirir. Üzgüçülük sağlamlığı möhkəmləndirir, adamların iş qabiliyyətini artırır və estetik, 
vətənpərvərlik      və s. tərbiyəvi hisslər aşılayır.  Ən başlıcası isə  həyati bacarıq və  vərdişlər aşılamaqla 
uşaqları gələcək həyata hazırlayır. 
              Üzgüçülük  ümumi  VMH  kompleksi  hərəkətlər sisteminə daxildir. O, uşaqlarda tətbiqi 
keyfiyyətlər aşılamaqla, onların hərtərəfli inkişafına da zəmin yaradır. Buna görə də VMH kompleksinin 
bütün pillələrində üzgüçülük üzrə normativləri yerinə yetirmək tələb olunur. VMH kompleksi üzrə 
normativlərdə sürətlə üzmək tələb olunmur. Sadəcə olaraq, uşaqlar 50 m məsafəyə vaxt nəzərə alınmadan 
üzməyi bacarmalıdır. Vaxt nəzərə alınmadan məsafə qət olunarsa, demək VMH kompleksinin üzgüçülük 
üzrə praktik norma yerinə yetirilmiş hesab olunur. 
 
                        6.6. Üzgüçülüyün öyrənilməsi metodikası 
              Üzgüçülük  tədbirlərinin təşkilinin səhər saatlarında, yəni saat 12-dək təşkili daha 
məqsədəuyğundur. Üzgüçülüyün günorta saatlarında saat təxminən 12-dən 17-dək günün isti saatlarında 
aparılması  məsləhət görülmür. Günün ən isti saatlarında üzmə günvurmaya və yaxud günyandırmaya 
səbəb ola bilər. 
              Adətən, ilk olaraq üzməyi öyrənmək istəyənlə «Sinə üstə  sərbəst üzmə», habelə «Arxasıüstə 
sərbəst üzmə» üsullarını göstərmək daha faydalı olur. İlk  əvvəl uşaqlara suya alışma hərəkətləri, suda 
irəliləmə  və suda özünü saxlama hərəkətləri öyrədilir. Burada mühüm məsələlərdən biri suda hazırlıq 
hərəkətlərinin mənimsədilməsidir. Hazırlıq hərəkətlərinin təlimi həm suda və həm də quruda aparılır. 

 244
              Qeyd  etməliyik ki, üzməni nəinki kiçik məktəbyaşlı dövründən başlamalı, yaxşı olar ki, onun 
öyrədilməsinə məktəbyaşına qədər ən kiçik bağsa yaşı dövründən başlansın. Uşağı vannada çimizdirərkən 
əvvəlcə onu arxasıüstə tutmalı, onlara ayaqları suyun içində aşağı-yuxarı hərəkət etdirməyi mənimsətmək 
lazımdır. Bundan sonra uşağı qarnı üstə çevirib özünü suda saxlamasına çalışmalıdır. Bu zaman bədən 
düz tutulmalı, qıçlar diz oynağından bükülməlidir. Qollar isə tam açılmalıdır. Yəni qollar dirsəkdən 
bükülməlidir. Qollar bu zaman irəli və ya yanlara da açıla bilər. Həmin hərəkətlər müvafiq əzələləri 
möhkəmləndirməklə bərabər, həm də uşaqlar suda sərbəst hərəkət edir, həddən artıq gərginlik keçirmirlər. 
 
 
 
6.7. Suda hazırlıq hərəkətləri 
              Suda  hazırlıq hərəkətlərinə eyni zamanda uşaqların suda irəliləmələri, suya baş vurmaları, 
qaçaraq suya girmələri, suda oynamaları, həmçinin bir-biri ilə gücü, sürəti, dözümlülüyü artıran – inkişaf 
etdirən hərəkətləri icra etmək də daxildir. 
              İbtidai məktəbyaşlı  uşaqların hazırlıq hərəkətləri nə  qədər sadə olsa da, böyük yaşlı 
məktəblilərdə isə hazırlıq hərəkətləri tədricən çətinləşdirilir. Bura topla hərəkətlər,  əl və ayaq üzərində 
hərəkətlər və s. daxildir. 
              Sonralar  isə suda nəfəs alıb – nəfəsi suya buraxmaq, suyun altında gözü açmaq, suyun altında 
müxtəlif hərəkətlər icra etmək öyrədilir. Daha sonra ayrı-ayrı üzmə idman üsulları üzrə  qıçların 
hərəkətləri öyrədilir. Qıçlar yuxarıdan aşağı  hərəkət etdirilir. Bundan sonra qolların hərəkətləri təlim 
olunur. 
 
6.8. Üzgüçülükdə gigiyenik və təhlükəsizlik qaydaları 
              Üzgüçülükdə gigiyenik qaydalara əməl etmək çox vacibdir. Bura ilk növbədə suyun təmiz 
olması, su avadanlıq və qurğularının, ləvazimatların səliqə – səhmanda saxlanılması, təmiz olması vacib 
şərtdir. Bundan əlavə, üzməklə  məşğul olanların  şəxsi gigiyenasına diqqət yetirməsi – yəni təmiz və 
bədən ölçüsündə geyimlərinin olması da əsas amillərdən biridir. Eyni zamanda, bədən müntəzəm olaraq 
yuyulmalı, dırnaqlar tutulmalı, saçları vaxtlı-vaxtında düzəltməli, səliqəyə salınmalı və yığılmalıdır. 
  
Suda məşğul olan zaman təhlükəsizlik qaydaları 
bunlardır: 
1.
 
Yeməkdən dərhal sonra üzmək olmaz; 
2.
 
Çox isti və ya soyuq suya girmək olmaz; 
3.
 
Təhlükəsizlik işarəsi qoyulmuş yerdən uzağa üzmək olmaz; 
4.
 
Yaxınlıqda olan qayığa və hər hansı bir tanış olmayan əşyalara tərəf üzmək olmaz; 
5.
 
Yoldaşlarından uzaqlaşmamaq; 
6.
 
Bədən əsənədək, yəni üşüyəənədək çimmək olmaz
7.
 
Çiməndən sonra qurulanmaq; 
8.
 
Qulağa su düşməməsi üçün üzməzdən əvvəl pambığı vazilenlə və ya su keçirməyən yağda 
isladıb qulağa tıxamaq lazımdır; 
9.
 
Su burulğanı olan yerə tərəf üzmək qadağandır. 
 
                     

 245
 
 
Yoxlama – test sualları 
 
1.
 
Üzgüçülük tədris və elmi fənndir. 
2.
 
 Üzgüçülük idman üsulları. 
3.
 
Üzgüçülüyün səciyyəvi xüsusiyyətləri. 
4.
 
Üzgüçülüyün tərbiyəvi əhəmiyyəti. 
5.
 
Üzgüçülüyün hərbi – tətbiqi əhəmiyyəti. 
6.
 
Üzgüçülüyün sağlamlıq əhəmiyyəti. 
7.
 
Üzgüçülüyün fiziki tərbiyə sistemində yeri. 
8.
 
Üzgüçülüyün öyrədilməsi metodları. 
9.
 
Üzgüçülükdə hazırlıq hərəkətləri. 
10.
 
Üzgüçülükdə gigiyenik və təhlükəsizlik qaydaları. 
 
 
 
                        Yaradıcılıq işi üçün təxmini mövzular 
 
1.
 
Üzgüçülük fiziki tərbiyənin mühüm vasitəsidir. 
2.
 
Üzgüçülüyün öyrədilməsi metodikası. 
3.
 
Üzgüçülükdə təhlükəsizlik və gigiyenik qaydalar. 
4.
 
Sağlamlığın möhkəmləndirilməsində üzgüçülüyün rolu. 
 
 
 
 
 
 
 
 
 
 
 

 246
VI   F Ə S İ L   XÜSUSİ MƏKTƏB VƏ QRUPLAR 
 
AZKOMPLEKTLİ MƏKTƏBLƏRDƏ VƏ XÜSUSİ TİBBİ QRUPLARDA  FİZİKİ TƏRBİYƏ 
 
                                        P   L   A   N: 
 
1.Azkomplektli məktəblərdə fiziki tərbiyənin tədrisi xüsusiyyətləri 
2.Azkomplektli məktəblərdə fiziki tərbiyənin təşkili variantları 
a) birinci variant 
b) ikinci variant 
v) üçüncü variant 
     3.Xüsusi tibbi qrup şagirdləri ilə fiziki tərbiyənin təşkili. 
     4.Xüsusi tibbi qrup şagirdləri üçün hərəkət və oyunların seçilməsi. 
                              
 
                                         Ə D Ə B İ Y Y A T 
 
1.B.Kaçaşkin. Fiziçeskoe vospitanie v naçalnoy şkole. M., İzd-vo,  «Prosveşenie», 1978-ci il. 
2.B.Quliyev. Tələbələrin orta məktəbin I-VIII siniflərində bədən tərbiyəsi və kütləvi idman işlərinin 
təşkilinə hazırlanması məsələləri. Bakı, 1994-cü il. 
 
 
 
 
 
XÜSUSİ  MƏKTƏB VƏ QRUPLAR 
 
VI FƏSİL.  AZKOMPLEKTLI MƏKTƏBLƏRDƏ VƏ XÜSUSI TIBBI QRUPLARDA FIZIKI 
TƏRBIYƏ 
 
VI.1. Azkomplektli məktəblərdə fiziki tərbiyə məşğələləri 
              Azkomplektli məktəblərdə oxuyan şagirdlərlə fiziki tərbiyə məşğələləri həmin qruplarda eyni 
vaxtda həyata keçirilir. Dərsin qurulması Prinsipi, onların keçirilməsi metodikası, həmçinin tədris 
işləri üçün praktik materiallar bütün məktəb üçün ümumi olur. 
              Azkomplektli məktəblərdə fiziki tərbiyə üzrə tədris işlərinin xüsusiyyətlərindən biri müxtəlif 
siniflər üçün eyni vaxtda dərsin təşkili və keçirilməsidir. 
              Fiziki  tərbiyə  məşğələlərinin  əsas xüsusiyyəti ondan ibarətdir ki, uşaqlar müxtəlif yerlərdə 
olduğu halda, müxtəlif hərəkətləri icra edirlər (yeriş, qaçış, hoppanmalar, oyunlar və s.). Həmin 
hərəkətlər müvafiq emosionallıqla eyni yerdə yerinə yetirilir. Praktikada həmin dərslər 3 variantda 
təşkil olunur: 
              Birinci variant ondan ibarətdir ki, bədən tərbiyəsi dərsləri hər bir sinif üçün ayrılıqda 
keçirilir. Bu o zaman təşkil olunur ki, şagirdlər çox olsa da, müəllim tək olur. Müəllim eyni vaxtda 2 
sinifdə dərs aparır (I, II və III, IV s) 
              Siniflər bölünərək dərs keçirilərkən bədən tərbiyəsi dərsləri cədvəl üzrə axırıncı olur. Bunları 
uşaqların məktəbə müxtəlif vaxtlarda gəlməsi ilə təşkil etmək olar. Əgər I sinfin 4 dərsi varsa, onlar 
adəti vaxt məktəbə gəlir dərs keçirlər. III siniflər isə 2-ci dərsdə məktəbə gəlir, 3-cü dərsi bir yerdə 
keçirlər.  4-cü dərsi isə ayrıca keçirlər. 
              İkinci variantda bədən tərbiyəsi dərsləri birlikdə keçirilir. I sinif II ilə, III sinif isə IV siniflə 
birləşdirilir. Bu zaman bir müəllim bədən tərbiyəsi dərsini, digəri isə  nəğmə, rəsmxətt və ya əmək 
dərslərini keçir. 
              Üçüncü  variantda  isə  məktəbin bütün şagirdləri ilə eyni vaxtda bədən tərbiyəsi dərsləri 
keçirilir. Şagirdlər bu şərtlə bədən tərbiyəsi dərslərini birgə keçirirlər ki, əvvala məktəbdə bir müəllim 

 247
dərs keçir. İkincisi isə  məktəb kiçik və  məktəblilərin sayıf az olur. Bunlarla bərabər ibtidai 
məktəblərdə bütün tədris fənlərini bir müəllim keçir. Belə şəraitdə işləmək çox mürəkkəb və çətindir. 
Çünki eyni vaxtda müxtəlif yaşlı  uşaqlarla, müxtəlif siniflərdə  və müxtəlif proqramlarla tədris işi 
görülür. 
              Göstərilən siniflərdə  bədən tərbiyəsi dərsləri,  əgər lazımi idman alət və  ləvazimatları 
vardırsa, səmərəli keçirilməlidir. Bir sinifdə  bədən tərbiyəsi dərsi keçirilirsə, digərləri ilə onların 
proqramı əsasında tədris materialı öyrədilir, müxtəlif tapşırıqlar verilir. 
 
                       VI.2. Xüsusi tibbi qruplarda fiziki tərbiyə  
                                məşğələlərinin təşkili 
              Kiçik  məktəbyaşından başlayaraq, uşaqların sağlamlığının qorunması Azərbaycan 
Respublikası  Konstitusiyasının məktəbin qarşısında qoyduğu başlıca vəzifələrdəndir. Ümumtəhsil 
məktəblərində sağlamlıq bədən tərbiyəsi və idman hərəkatı  əsasən iki istiqamətdə: bədən tərbiyəsi 
məşğələlərində, sinifdən və  məktəbdənkənar kütləvi sağlamlıq tədbirləri zamanı  həyata keçirilir. 
Lakin bir qrup şagirdlər, sağlamlığında olan bəzi qüsurlara görə bədən tərbiyəsi dərslərində keçirilən 
hərəkətləri yerinə yetirə bilmirlər. 
              Bir sıra məktəblərimizdə səhhəti proqram materialını icra etməyə imkan verməyən uşaqlarla 
xüsusi məşğələlər təşkil olunur. Belə ki, həmin  şagirdlərlə  həftədə iki dəfə (hər dəfə 45 dəq.) 
sinifdənkənar məşğələlər aparılır. Səhhətində qüsuru olan uşaqlar, yəni xüsusi tibbi qrupa daxil 
olanlar həkim müayinəsi nəticəsində müəyyənləşdirilir. Onlar məktəb direktorunun əmri ilə  tədris 
qruplarına bölünürlər. 
              Məşğələ vaxtı  həmin uşaqların fiziki hazırlığı, psixoloji xüsusiyyətləri və  xəstəliyi nəzərə 
alınır. Əsas və hazırlıq qruplarında sürət, çeviklik, güc, dözümlülük kimi keyfiyyətlərin inkişafı üçün 
daha xarakterik hərəkətlər verilirsə, xüsusi tibbi qrup şagirdlərindən ötrü hərəkətlər xeyli dərəcədə 
məhdudlaşdırılaraq tədris olunur. Xüsusən yeiş, qaçış üzrə məsafələr bir neçə dəfə qısaldılır. 
              Təcrübə göstərir ki, xüsusi tibbi qrupda xəstəliklə  əlaqədar olaraq şagirdlərin orqanizminin 
fizioloji fəallığını tədricən artırmaq daha məqsədəuyğundur. Bu mənada əsas və hazırlıq qrupundan 
fərqli olaraq xüsusi tibbi qruplarda tənəffüs hərəkətlərinə geniş yer verilməsi vacibdir. I-II siniflərin 
şagirdlərindən ibarət xüsusi tibbi qruplar üçün burun vasitəsilə nəfəs almaq, ağızla nəfəsi buraxmaq 
və  nəfəsi burunla alıb-vermək, döş  qəfəsi və qarınla tənəffüs etmək, habelə uzanmış, durmuş 
vəziyyətlərdə qarışıq tənəffüs, qolların müxtəlif hərəkətləri, çöməlmə  və yarımçöməlmə zamanı 
müxtəlif yeriş variantlarında tənəffüs hərəkətlərinin verilməsi sağlamlıq üçün böyük əhəmiyyətə 
malikdir. 
              Qeyd  etmək lazımdır ki, xüsusi tibbi qrup şagirdlərinin səhhəti kəndirə  dırmaşmaq,  
dartınmaq və akrobatika hərəkətlərinin icrasına imkan vermir. Qabaqcıl müəllimlərimiz həmin 
hərəkətlərin əvəzinə, qamətin formalaşması üçün zəruri olan kompleks hərəkətləri keçirlər. Bu zaman 
uşaqlar  şaquli istiqamətdə qoyulmuş (taxtadan düzəldilmiş lövhə, divar, şaquli qoyulmuş turnik, 
gimnastika divarı və s.) yastı alətlərdən istifadə etməklə gövdənin irəli, arxaya, sağa və sola əyilmə 
hərəkətlərini yerinə yetirirlər. Müəllim, eyni zamanda, uşaqlarda qaməti inkişaf etdirmək üçün 
müvafiq hərəkətlərdən istifadə edir, müvazinət hissinin inkişafı məqsədilə isə müxtəlif növ eyni adlı 
hərəkət elementlərini onlara icra etdirir. 
              Müşahidələr göstərir ki, xüsusi tibbi qrup şagirdlərinə tullanma hərəkətlərini icra etdirmək 
onların sağlamlığına daha müsbət təsir göstərir. Lakin tullanmaların yerinə yetirilməsi bu və ya digər 
fiziki hərəkətlərə nisbətən çətin və mürəkkəbdir. Burada qaçış, təkan, uçuş  və yerədüşmə fazaları 
(mərhələləri) mövcuddur. Tullanma dövründə  həmin fazaların kompleks şəkildə yerinə yetirilməsi 
xəstə  uşaqlar üçün o qədər də faydalı deyildir. Çünki hərəkətlərin bütövlükdə icrasına  şagirdlərin 
fiziki inkişafı imkan vermir. Məşğələ prosesində  şagirdlərin  əksəriyyəti hərəkətləri düzgün icra edə 
bilmirlər. Elə buna görə  də, xüsusi tibbi qrup şagirdlərinə tullanma elementləri hissə-hissə 
öyrədilməlidir. Əks halda, bu tənəffüsün funksiyasının və qan dövranının pozulmasına səbəb ola bilər. 
Bu məqsədlə  də tullanma hərəkətlərinə keçməzdən  əvvəl ilk növbədə qaçış, təkan, uçuş  və yerə 
düzgün düşmə texnikasını  şagirdlərə öyrətməlidir. Sonra bu fazaların hər birində düzgün 
tənəffüsetməni məşq etdirməlidir. Bunun ardınca isə  şagirdlərə  aşağıdakı sadə  hərəkətləri 

 248
öyrətməlidir: yerə yüngül düşməklə yerində hoppanmalar, hər iki ayaq üzərində fırlanan ipin üstündə 
müəyyən fasilə verməklə hoppanmalar, 30-40 sm hündürlüyə tullanma, gimnastika skamyasından 
sıçrayaraq yerə yüngül düşmək, qısa məsafədən qaçaraq uzununa tullanma, 60-80  sm uzununa yerə 
düzgün düşməklə tullanma, bir-birinin üzərinə yığılmış 70-80 sm hündürlükdə gimnastika döşəkləri 
üstünə tullanma və s. 
              I-II  siniflərə nisbətən III sinifdən başlayaraq, hərəkətlər və oyunlar bir qədər 
mürəkkəbləşdirilərək verilməlidir. Xüsusi tibbi qrup məşğələlərində (III-IV siniflərdə) aşağıdakı 
hərəkətlərdən istifadə faydalıdır: qaçaraq iki ayaqla təkan vurmaqla maneə üzərinə hoppanıb dizlər 
üstündə oturmaq, sıçrayışla diz üstə oturuşdan dayaqlı oturmaya keçmək və gövdəni düzəltmədən 
yerə hoppanmaq, qısadılmış addımlarla qaçaraq «qıçları bükmə» üsulu ilə uzununa tullanma, « 
addımlamaq» üsulu ilə hündürlüyə tullanmaq və s. 
              Bronxial  astma,  ürək xəstəliyi və s. olan kiçik məktəbyaşlı  uşaqlarla məşğələlərin açıq 
havada aparılması məsləhətdir. Açıq və təmiz havada təşkil edilən məşğələlər zamanı kros hazırlığına 
xüsusi diqqət yetirmək lazımdır. Çünki kros hazırlığı məqsədilə verilən hərəkətlər müxtəlif olmaqla 
yanaşı, uşaq orqanizminə ümuminkişafetdirici təsir göstərir. Kros hazırlığı elementləri rəngarəng və 
maraqlı olduqda şagirdlər onu həvəslə yerinə yetirirlər. Bu hərəkətlərin  əhəmiyyətli cəhəti bir də 
orasındadır ki, şagirdlər az da olsa, müəyyən çətinliklərlə  tədricən rastlaşır, iradəcə get-gedə 
möhkəmlənirlər. Kros məşğələlərində fiziki yükün düzgün bölüşdürülməsi, yeri gəldikcə şagirdlərin 
fasilə etmələri zəruridir. Onlar bu zaman dincəlir və orqanizmə istirahət verirlər. Kros hazırlığı 
məşğələlərində  aşağıdakı  hərəkətləri icra etmək faydalıdır:  ətraf yerdlərə  gəzintilərin təşkili, sərbəst 
yeriş, onun tədricən sürətli yerişlə əvəz olunması, yerişin asta qaçışla növbələşdirilməsi (20 m sərbəst 
yeriş, 10 m adi qaçış  və s.), topun bir-birinə ötürülməsi, qəbulu (I-II siniflər üçün); park və meşə 
cığırlarında kiçik və iri addımlarla 30-35 m, 20 m məsafəyə orta sürətli yeriş (III-IV siniflər üçün və 
s.). 
              Xüsusi  tibbi  qrup  şagirdləri 5 bal sistemində qiymətləndirilmir, onlara məqbul və qeyri-
məqbul yazılır. Həmin  şagirdlər səkkizillik məktəb proqramı üzrə fiziki hərəkətləri icra etməkdən, 
yarışlarda iştirak etməkdən azad olunurlar. Unutmamalıyıq ki, bədən tərbiyəsi dərslərindən azad olan 
şagirdlərin xüsusi məşğələlərdə iştirakı məcburidir. 
              Bakı  şəhərinin bir çox məktəblərində  səhhətində qüsur olan məktəblilərin məşğələlərinin 
təşkilinə son vaxtlar diqqət artırılmışdır. Hazırda fiziki inkişafı  və funksional imkanları olan, 
qamətində  və ayaqlarında qüsuru olan məktəblilərdə  həftədə iki dəfə olmaqla sinifdənkənar 
məşğələlər keçirilir. Bu məşğələlər direktorun əmri ilə direktor fondunun hesabına keçirilir. Xüsusi 
tibbi qrupa daxil olan məktəblilərlə 15-20  nəfər düzəldikdə  təşkil olunur. Belə  məşğələlər xüsusi 
bədən tərbiyəsi proqramı ilə keçirilməklə siniflər üzrə komplektləşdirilərək aparılır. Yəni I-II-III-IV 
və s. Həmin məşğələlərdə sadə  tənəffüs hərəkətlərinə, yeriş, qaçış, hoppanma hərəkətlərinə, 
mütəhərrik oyunlara, idman əyləncələrinə, idman oyunları elementlərinə geniş yer verilir. Xüsusi tibbi 
qrup şagirdləri üçün məşğələlərdə dartınma, mürəkkəb gimnastika, qaçış və hoppanma hərəkətlərinə 
az yer verilir. Həmin məşğələlər  gərginliklə deyil, yüksək əhval-ruhiyyə ilə, müsbət emosionallıqla. 
İncəliklə,  əsasən aşağı  və orta tempdə, ahəngdarlıqla və ritmik bir surətdə musiqinin müşayiəti ilə 
təşkil olunur. Bu şagirdlərin funksional imkanlarını artırır, onlar hərəkətləri asanlıqla yerinə yetirirlər. 
              Xüsusi tibbi qrup şagirdləri ilə  məşğələlərdə  əşyalarla (gimnastika ağacları, kubik, top, 
halqalar, iplər və s.) hərəkətlərdən geniş istifadə edilməsi, məsləhətdir. Bu şagirdlərin ümumi fiziki 
inkişafına, hazırlığına müsbət təsir göstərir. 
              Tibbi qrup üçün təşkil olunmuş məşğələlər adi bədən tərbiyəsi dərsi kimi 3 hissədən ibarət 
olmalıdır. 
              Hazırlıq hissədə (10-12 dəq.) bədən «qızışdırılmalı», o, əsas hissə üçün qarşıya qoyulmuş 
vəzifələrin icrasına yönəldilməlidir. Hazırlıq hissə üçün seçilmiş hərəkətlər şagirdlərin ayrı-ayrı əzələ 
qruplarına, hərəkətin koordinasiyasının artırılmasına, sürət, çeviklik və dözümlülüyün artırılmasına, 
iradənin möhkəmləndirilməsinə istiqamətləndirilir. Həmin məqsədlə ümuminkişafetdirici kompleks 
hərəkətlərdən (əşyalı  və  əşyasız) istifadə olunur. Kompleks hərəkətlər 3-4 hərəkət birləşməsindən 
təşkil edilməli və təbii hərəkətlərlə – yeriş, qaçış, hoppanma, müvazinət, dartınma, sürünmə və s. ilə 

 249
zəngin olmalıdır.  Şagirdlərin fəallığını artırmaq üçün ümuminkişaf hərəkətlərinə malik mütəhərrik 
oyun və əyləncələrdən istifadə etmək faydalıdır. 
              Əsas hissədə isə müxtəlif növ hərəkət növləri üzrə vərdişlər aşılanır. Əsas hissədə təxminən 
30-35 dəq. Vaxt sərf edilir. Məşğələnin bu hissəsində şagirdlərə hərəkət texnikasının öyrənilməsindən 
başqa onlarda hərəkət keyfiyyətlərinin inkişaf etdirilməsi mühüm vəzifə kimi qarşıya qoyulur. Əsas 
hissədə gimnastika hərəkətləri və mütəhərrik oyunlar keçirilməlidir. 
              Tamamlayıcı hissədə – orqanizmi sakitləşdirici hərəkətlər – sadə yeriş və qaçışlar, tənəffüs 
hərəkətləri, fikri fəallığı yüksəldən hərəkətlər, ev tapşırıqları verilir. Dərs yekunlaşdırılır, məşğələdə 
fəal iştirak edənlər müsbət qiymətləndirilir və s.  
                             
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin