Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/38
tarix02.03.2017
ölçüsü5,01 Kb.
#10038
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   38

              «İki» (3/8) – həmin tərəfə dönmə, bu dəfə, daban üstündə  təkrar edilir, pəncələr sağ  tərəfə 
döndərilir. 
              Hərəkət daima eyni tərəfə davam etdirilir. 
              Qollar 9-cu vəziyyətdədir. Baş, hərəkət davam edən tərəfə çevrilmişdir. 
2.1.Oğlanlar üçün rəqs hərəkətləri, qolların əsas 
vəziyyətləri 
              Hazırlıq vəziyyəti. Qollar sərbəst halda gövdə boyu aşağı salınmış, azacıq yanlara açılmışdır. 
Əllər açıq, ovuclar içəriyə tərəf çevrilmiş, barmaqlar bir-birinə bitişdirilmişdir.(şəkil 1) 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 210
 
 
            Şəkil.1.                şəkil. 2.                              şəkil.3. 
 
  1-ci  vəziyyət. Sağ qol dirsəkdən azacıq bükülü, ovuc kənara çevrilmiş halda, döş  səviyyəsində  və 
gövdənin qarşısında olur. Sol qol, ovuc kənara tərəf çevrilmiş halda çiyin səviyyəsində yana doğru 
açılmış, barmaqlar bir-birinə bitişdirilmiş və yuxarı tərəfə çevrilmişdir.(şəkil 2) 
       
 
 
 
 
                              Şəkil.4.                           şəkil.5. 
 
     
2-ci vəziyyət. Qollar çiyin səviyyəsində yanlara açılmış, ovuclar kənara tərəf çevrilmiş, barmaqlar 
yuxarı qaldırılmışdır. (şəkil 3) 
           3-cü  vəziyyət. Sağ qol çiyindən yuxarı qaldırılmış, sol qol isə ovucu kənara tərəf çevrilmiş  və 
barmaqları yuxarı qaldırılmış halda çiyin səviyyəsində yana açılmışdır.(şəkil 4) 
           4-cü vəziyyət. Sağ qol dirsəkdən bükülərək ovucu ilə peysərə toxunur, elə bil papağı saxlayır. Sol 
qol ovucu kənara tərəf çevrilmiş və barmaqları yuxarı qaldırılmış halda yana açılmışdır. (şəkil 5) 
           5-ci vəziyyət. Qollar 1-ci vəziyyətdən azacıq aşağıdadır, baş barmaqlar aşağıya doğru yönəldilmiş, 
qalanları isə yumulmuşdur. Bu vəziyyətdə  əlləri baş barmaqların hərəkəti ilə yuxarıya doğru çevirmək 
olar. Bu məzəli rəqslər üçün səciyyəvidir.( şəkil 6-7) 
   Bu vəziyyət, qədim məzəli rəqslər üçün səciyyəvidir. (Şəkil 6,7) 
6-cı  vəziyyət. Qollar dirsəkdən azacıq bükülərək başdan yuxarı qaldırılmışdır, sol əlin  şəhadət və orta 
barmaqları sağ  əlin ovucuna qoyularaq çırtma çalır. Bu vəziyyət də  məzəli rəqslər üçün 
səciyyəvidir.(şəkil 8) 
              7-ci vəziyyət. Sol qol dirsəkdən bükülərək ovucu kənara çevrilmiş halda belə söykənir. Sağ qol 
dirsəkdən açılmış halda üzün səviyyəsindədir, sağ əl  qaldırılmış və kənara tərəf çevrilmişdir, barmaqlar 
yuxarı qaldırılmışdır.(şəkil 9) 
 
                             Rəqs addımlarının növləri 
I s i n i f 
              «Qazağı» oyun havası üzrə rəqs addımları. Bütün hərəkət 1 taktda ifa edilir.(şəkil 10) 
            
 
 
 
 
 
                   Şəkil.6                                                          şəkil.7. 
 
 «Bir» - sağ ayaqla tam pəncə-daban üstündə bir addım atılır, sol ayaq yarımpəncə üstündə sağ 
ayağa bitişdirilir. 
              «İki» - sağ ayaqla yarımpəncə üstündə (tam pəncə – daban üstündə də olar) yarım addım irəli. 
              Həmin hərəkətlər o biri ayaqla da təkrar edilir. 
              Qollar 1,2 və 3-cü vəziyyətlərdə ola bilər. 
              Qeyd: Gəziş səlisdir. Geriyə doğru hərəkət zamanı addım yarımpəncə üstündə başlanır. 
              «Şəki rəqsi» oyun havası üzrə yarımpəncə üstündə yana rəqs addımları (1-ci takt). Bütün 
hərəkət 2 taktda ifa edilir.(şəkil 11,12) 
              1-ci  takt.  «Bir» - sağ ayaqla yana bir addım atmalı, sol ayağı yarımpəncə üstündə sağ ayağın 
yanına qoymalı. «İki» - sağ ayaqla yarımpəncə üstündə yana bir addım atmalı. 1-ci taktda sağ qolu yana 

 211
açmalı, sol qolu isə gövdədən qabaqda bükməli (1-ci vəziyyət). Ovuclar açıq halda yuxarıya çevrilir, baş 
isə açıq qola tərəf döndərilir. 
 
II   s i n i f 
              «Cəngi», «Yallı» üzrə atılmaqla rəqs addımları. Bütün hərəkət 1 taktda ifa edilir.(şəkil 13) 
             
 
 
 
 
Şəkil.8                               şəkil.9                             şəkil.10  
 
  
«Bir» - sağ ayaqla bir addım irəli. 
              «İki» - sağ ayaq üstündə atılmalı. Sol ayağı isə sağ ayağın dizi səviyyəsində bükməli. 
              Hərəkət o biri ayaqla təkrar edilir. Sağ qolu gövdənin qabağında bükməli, solu isə yana açmalı 
(1-ci vəziyyət). Hərəkət yana doğru davam etdirilir, gövdə açıq qol tərəfə döndərilir. 
              «Şəki rəqsi» oyun havası üzrə  rəqs addımları (çoban gəzişi). Bütün hərəkət 4 taktda ifa 
edilir.(şəkil 14 və 15) 
              1-ci  takt.  «Bir», «iki» - sol ayağı daban üstündə sağın qabağında, ona çarpaz vəziyyətdə 
qoymalı. 
              2-ci takt. «Bir», «iki» - sol ayağı yarımpəncə üstündə sağın arxasına qoymalı. 
              3-cü takt. «Bir», «iki» əvvəlcə sol və sonra sağ ayaqla irəli bir addım atılır. 
              4-cü takt. «Bir», «iki» - sol ayaqla irəli bir addım atmalı, sağı isə sol ayağın arxasında dizdən 
azacıq bükməli. 
              Bütün hərəkət o biri ayaqla da təkrar edilir. 
              Əllər çiyində çomaq tutur. Baş, açılmış ayağa doğru çevrilmiş, baxışlar dabana doğru 
yönəldilmişdir. Addım atılan zaman isə rəqs edən, düz qabağa baxır. Qollar yanlara doğru da açıla bilər 
(2-ci vəziyyt). 
              «Şalaxo» oyun havası üzrə rəqs addımları. Bütün hərəkət 1 taktda ifa edilir.(şəkil 16) 
              «Bir» - sağ ayaqla bir addım atmalı.  «İki» - sağ ayaq üstündə hoppanmalı, sol ayaq isə sağın 
yanında dizdən bükməli.  Hərəkət o biri ayaqla təkrar edilir. Qollar yanlara doğru açılır (2-ci vəziyyət). 
Gövdə düz saxlanılır. Baş, tamaşaçılara doğru olur. 
              «Şəki rəqsi» oyun havası üzrə yarımpəncə üstə yana rəqs addımları («-ci takt). 
              2-ci  takt. «Bir» - sol ayağı yarımpəncə üstündə sağ ayağın qabağına qoymalı  və gövdənin 
ağırlığını sol ayağın üzərinə salmalı. «İki» - sağ ayağı sol ayaqdan arxada dizdən bükməli. Bütün hərəkət 
sağ tərəfə doğru təkrar edilir. 
              Bu  gəziş hoppanma ilə  də ola bilər. Hoppanma sol ayaq üstündə, 2-ci taktın  «iki» sayında ifa 
edilir. 
              2-ci taktda başın və qolların vəziyyəti əks tərəfə dəyişdirilir. 
 
                                     III   s i n i f 
              «Ləzgihəngi» oyun havası üzrə rəqs addımları. Bütün hərəkət 1 taktda ifa edilir. (şəkil 17) 
     
 
 
 
 
                                Şəkil.11                     şəkil.12 
 
 
 
 

 212
 
 
                              Şəkil.13                        şəkil.14 
 
 
 
 
 
Şəkil.15                          şəkil.16                       şəkil.17 
 
       «Bir» - sağ ayaqla bir addım atmalı, sol ayağı isə yarımpəncə üstündə sürüşdürərək sağın yanına 
qoymalı. «İki» - sağ ayağı döşəmənin üstü ilə sürüşdürərək yarımdaban üstündə irəli çəkməli. 
              Həmin hərəkətlər o biri ayaqla təkrar edilir. 
              Qollar  1-ci  vəziyyətdə olur (əllər yumruqlanmış  vəziyyətdə ola bilər). Gövdəni düz saxlamalı. 
Bu gəziş zamanı qollar öz istiqamətlərini dəyişə bilərlər: gah sol qol bükülür, sağ qol açılır, gah da sağ 
qol bükülüb, sol qol açılır. 
              «Azərbaycan» oyun havası üzrə  məzəli rəqs addımları (gəl-gəl). Bütün hərəkət iki taktda ifa 
edilir.(şəkil 6 və 7) 
              1-ci takt. «Bir» - sağ ayağı daban üstündə sağ çiyin səviyyəsində irəli atmalı, «iki» - sağ ayaq 
üstündə azacıq hoppanmaqla sol ayağı dizdən bükməli. 
              2-ci takt. «Bir», «iki» - bütün hərəkətlər o biri ayaq ilə də təkrar edilməlidir. 
              1-ci taktda gövdə açılmış ayağa doğru qabağa əyilir. Qollar 5-ci vəziyyətdə olur. Baş barmaqlar 
aşağıya doğru yönəldilmiş, qalan barmaqlar isə yumruqlanmış olur. 2-ci taktda gövdə düzəldilir, baş açıq 
ayaq tərəfə döndərilir, əllərin baş barmaqları isə yuxarıya tərəf çevrilir. 
              «Kolxoz rəqsi» oyun havası üzrə rəqs addımları. Bütün hərəkət 1 taktda ifa edilir.(şəkil 7) 
              «Bir» - sağ ayaq ilə daban üstündə irəli bir addım atmalı və eyni zamanda sol ayağı bütün pəncə 
– daban üstündə sağ ayağın arxasına qoymalı. 
              «İki» - sağ ayaq üstündə azacıq  hoppanmaqla sol ayağı dizdən bükməli və sağ ayağın arxasında 
sıxmalı. 
              Bütün hərəkət sol ayaq ilə də təkrar edilir. Sağ qol gövdədən qabaqda irəliyə uzadılmış, sol qol 
isə dirsəkdən bükülərək kəmərə söykənmişdir. Gövdə azacıq geriyə əyilmişdir. Baş bükülmüş qol tərəfə 
döndərilmişdir. 
 
 
                             
 
 
Yoxlama – test sualları 
 
1.
 
Qızlar üçün rəqs hərəkətlərinin xüsusiyyətləri. 
2.
 
Oğlanlar üçün rəqs hərəkətlərinin səciyyəvi xüsusiyyətləri. 
 
                
Yaradıcılıq işi üçün təxmini mövzular 
 
1.
 
Azərbaycan xalq rəqs hərəkətləri – fiziki tərbiyənin vasitəsi kimi. 
2.
 
Rəqs elementlərinin öyrədilməsi metodikas 

 213
3.3. Mütəhərrik oyunlar 
 
                       3.1 Görkəmli pedaqoqlar oyunlar haqqında 
              Azərbaycan fiziki tərbiyə sistemi müxtəlif vasitələrdən istifadə olunmaqla inkişaf etdirilir. Buna 
fiziki hərəkətlər, gimnastika (əsas, gigiyenik, idman, bədii, köməkçi gimnastika) turizm, təbii amillər 
(hava, su, günəş) və gigiyenik tədbirlər daxildir. Həmin tədbirlərlə yanaşı, müxtəlif oyunlar şagirdlərin 
fiziki tərbiyəsinin inkişafında mühüm yer tutur. 
              Oyunlar məktəbəqədər və kiçik məktəbyaşlı uşaqların həyatına dərin nüfuz edir və haqlı olaraq 
həmin yaş dövrlərini çox vaxt «oyun dövrü» adlandırırlar. 
              Görkəmli pedaqoqlar oyunların uşaqların həyatında böyük rol oynadığını dəfələrlə qeyd etmişlər. 
Uşaq oyunlarının mahiyyəti və əhəmiyyətini xarakterizə edərək yazmışlar ki, oyunun məktəbəqədər yaşlı 
uşaqlar üçün müstəsna dərəcədə əhəmiyyəti vardır, oyun onlar üçün təlimdir, oyun onlar üçün tərbiyənin 
ciddi bir şəklidir. Oyun böyüməkdə olan orqanizmin tələbidir. Gözəl deyilmiş həmin sözləri nəinki ibtidai 
məktəb yaşı dövrünə, hətta yuxarı yaş dövrünə də Aid etmək olar. 
              Dahi  proletar  yazıçısı M.Qorki oyunun uşaq həyatı üçün zəruriliyini yüksək qiymətləndirərək 
yazırdı ki, uşaq on yaşına qədər  əyləncələr tələb edir  və onun tələbi bioloji cəhətdən qanunidir. O, 
oynamaq istəyir, o, bütün şeylərlə oynayır, onu əhatə edən dünyanı hər şeydən əvvəl və hər yeşdən asan 
oyunda, oyunla dərk edir. 
              Qeyd  etməliyik ki, uşaqlar həyatda təkcə müşahidəçi olmurlar. Onlar həyatın qanun və 
qanunauyğunluqları ilə, çətin və mürəkkəb olan həyatın özü ilə ömrü boyu qarşılaşmalı, mübarizə 
aparmalı və fəaliyyət göstərməli olurlar. Buna görə də uşaqlar lap kiçik yaşlardan başlayaraq həyatda fəal 
və müstəqil olaraq iştirak etməli, həyat üçün vacib olan bacarıq və  vərdişlərə yiyələnməlidirlər. Bütün 
bunlara malik olmaqla oyunlar əvəzedilməz vasitələrdən biridir. K.D.Uşinski uşağın oyun fəaliyyətini 
belə şərh edir: «Uşaq üçün həqiqi həyat çox mürəkkəbdir, o, burada heç bir müstəqilliyə malik deyildir. 
Oyunda isə o, öz qüvvəsini tətbiq edir, yoxlayır. O, öz yaratdığı üzərində müstəqil olaraq hakimlik edir». 
              Məlumdur ki, kiçik məktəbyaşlı  məktəblilər fiziki cəhətdən o qədər də möhkəm olmurlar. 
Onların ürək-damar və sinir sistemi, dayaq hərəkət apparatı, tənəffüs, görmə  və  eşitmə üzvləri 
formalaşmış olmur. Ona görə  də kiçik yaşdan başlayaraq həmin üzvlərin, sistemlərin inkişaf 
etdirilməsində, onların funksional fəaliyyətinin artırılmasına xüsusi ehtiyac vardır. Oyun isə  uşağın 
sağlamlığını, fiziki hazırlığını, inkişafını  təmin edən, orqanizmin həyat fəaliyyətini artıran mühüm 
vasitələrdəndir. Oyun yalnız uşaqların fiziki hazırlığına deyil, o, həm də estetik zövrün yaranmasına, 
hisslərin inkişafına kömək edir ki, bu da baş beynin ali hisslərinin fəaliyyətini gücləndirir. Oyun uşaqların 
əhvali-ruhiyyəsini yaxşılaşdırır, emosionallığını artırır. Bütün bunlar isə fiziki hərəkətlərin düzgün 
icrasına, verilən tapşırıqların yerinə yetirilməsinə musbət təsir göstərir. M.Qorki oyunu düşüncə  və 
iradənin birinci məktəbi adlandırmışdır. 
              Görkəmli pedaqoq A.S.Makarenko «Tərbiyə haqqında mühazirələr» kitabında oyunun uşağın 
həyatındakı mövqeyini belə qiymətləndirir. O, yazır: «Yaşlı adamın həyatında iş, fəaliyyət, qulluq nə kimi 
əhəmiyyətə malikdirsə, uşağın da həyatında oyun o qədər vacib və  əhəmiyyətlidir. Uşaq oyunda 
necədirsə, böyüyəndən sonra işdə  də bir çox cəhətdən elə olacaqdır. Ona görə  də  gələcək xadimin 
tərbiyəsi hər şeydən əvvəl oyun prosesində keçir»
132
.  
              A.S.Makarenko oyunla işin arasında o qədər də fərq olmadığını göstərir: «Yaxşı oyun yazşı işə 
bənzəyir, pis oyun pis işə bənzəyir. Bu bənzəyiş çox böyükdür: cəsarətlə demək olar ki, pis iş yaxşı işdən 
daha artıq pis oyuna oxşayır»
133

              Bundan  əlavə, oyun uşaqda kollektivçilik, dostluq, təşəbbüskarlıq, qoçaqlıq, dözümlülük və 
vətənpərvərlik kimi ən yüksək əxlaqi keyfiyyətləri aşılayır. 
              Yuxarıda deyilənlərdən aydın olur ki, oyun uşağın sağlamlığını möhkəmləndirməklə fiziki, 
əxlaqi, əqli, estetik  və əmək tərbiyəsinə də müsbət təsir edir. 
 
                                                 
132
 А.С.Макаренко. Сечилмиш педагожи ясярляри. «Азярбайъан мяктяби» журналынын няшри, сящ.376. 
 
133
 Йеня орада, сящ.378. 
 

 214
3.2. Oyunun təşkili
Oyun müəllimin rəhbərliyi altındauşağın fiziki hazırlığı  nəzərə alınmaqla keçirildikdə o, daha faydalı 
olur. Elə buna görə  də oyun keçirilərkən uşaqların yaş xüsusiyyətlərini, onun məzmununu, təşkili  və 
keçirilmə  yollarını nəzərə almaq lazımdır. 
              Oyun  keçirilərkən onun nə  məqsədlə  təşkil edildiyini, oyunun qaydalarına  əməl etməyin 
əhəmiyyətini, intizamı necə gözləməyi uşaqlara öyrətməli, başa salmaq lazımdır. 
              Oyunun keçirilməsi uşaqlar üçün ürəksıxıcı olmamalı, o, bütün uşavqların fəaliyyət göstərməsi 
şəraitində aparılmalı, bundan ötrü müəllim həmin oyuna qabaqcadan hazırlaşmalı, metodik yolları, 
qaydaları özü üçün dürüstləşdirməlidir. Oyunun təşkilində deyilənlərə riayət edilməsi onun canlı 
keçməsinə  səbəb olur, bu uşaqlar üçün daha çox faydalıdır. A.S.Makarenko bu münasibətlə deyir: 
«Gələcək xadimin tərbiyə olunması oyunu rədd etmək deyil, bu oyunu yaxşı  təşkil etməkdən ibarət 
olmalıdır. Oyunu elə təşkil etmək lazımdır ki, o, oyun olaraq qalsın, lakin həmin oyunda gələcək işçinin 
və vətəndaşın keyfiyyətləri tərbiyə olunsun» 
134
.   
              Oyun elə bir pedaqoji prosesdir ki, burada uşaqların xarakter xüsusiyyətlərini daha tez öyrənmək 
olur. Yəni bu prosesdə onların həm yaxşı  cəhətləri, həm də nöqsanları tez üzə  çıxır. Müəllim oyun 
seçərkən onun məzmununa xüsusi diqqət yetirməlidir. Elə oyunlar seçilməlidir ki, bu uşaqların 
sağlamlığına, fiziki inkişafına, həmin sahədə bacarıq və vərdişlərin aşılanmasına kömək etsin. Bu oyunlar 
həm də uşaqlara bədən tərbiyəsi və idman üzrə biliklər əldə edilməsinə zəmin yaratsın, nəhayət, uşaqlarda 
yüksək əxlaqi-iradi keyfiyyətlər aşılasın. Eyni zamanda müəllim məzmunlu, rəngarəng  oyun seçməkdə, 
oyunları  səmərəli, düzgün keçməkdə  və ona rəhbərlikdə yüksək pedaqoji ustalıq nümayiş etdirməlidir; 
oyun vaxtı  şagirdlər arasında vəzifə bölgüsü apararkən onların fərdi xüsusiyyətlərini, hərəkət və 
təşkilatçılıq qabiliyyətini  
nəzərə almalıdır. Təkcə qüvvətli uşaqlar deyil, həmçinin zəif uşaqlar da oyuna fəal cəlb olunmalıdır. 
Yadda saxlamaq lazımdır ki, oyun prosesində bütün uşaqlar fəallıq göstərməli, eyni zamanda sovet 
adamından tələb olunan ən yüksək əxlaqi keyfiyyətləri aşılanmalıdır. 
              Məktəbdə keçirilən digər tədbirlər kimi öyrədilən oyun da hamı üçün  
hərtərəfli tərbiyəedici xarakter daşımalıdır. Xüsusən gənclərin bütün tərbiyə, təhsil və  təlim işlərinə 
xidmət etməli, onlara Vətənə məhəbbət hissi, düzlük, doğruçuluq tərbiyə etməlidir. 
              Oyunda  öyrədilən yer, havanın temperaturu və s. də  nəzərə alınmalıdır. Qızmar günəş altında 
oyunların təşkili və keçirilməsi məsləhət görülmür. Bu günvurmaya səbəb ola bilər. 
              Oyunun  səmərəli təşkili və keçirilməsi üçün lazım olan əşyaların, meydançanın qabaqcadan 
nəzərdən keçirilməsi, oyunların oyunun keçirilmə  şəraitinə üyğunlaşdırılması da əsas  şərtdir. Oyunu 
başlamazdan  əvvəl top, ağac, bayraq, hoppanma üçün iplər və s. qabaqcadan hazırlanmalı  və müvafiq 
yerdə saxlanmalıdır. 
              Oyun  prosesində sanitariya-gigiyena işlərinə  də diqqət edilməlidir. Uşaqlar təmiz, səliqəli 
geyinməli və  dırnaqların uzanmasına yol verməməlidirlər. Bunlarla bərabər, idman zalları, məktəbyanı 
meydança lazım olmayan əşyalardan təmizlənməli, qaydaya salınmalıdır. 
              Oyunun  səmərəli təşkili və keçirilməsində müəllimin oyunun məzmunu, məqsədi, adı, oyunun 
gedişi və qaydaları haqqında uşaqlara aydın məlumat verməsi də vacib şərtdir. Oyun qurtardıqdan sonra 
onun yekunlaşdırılması, oyun zamanı buraxılmış nöqsanların aşkara çıxarılması  və  şagirdlərin nəzərinə 
çatdırılması da təlim-tərbiyə  işinin səviyyəsini yüksəldir. Xüsusilə oyun zamanı ayrı-ayrı  uşaqların 
rəğbətləndirilməsi, intizama riayət etməyənlərin intizama dəvət olunması ilə  əlaqədar pedaqoji cəza 
tədbirlərindən düzgün surətdə istifadə edilməlidir.  İntizamı pozan uşaqların oyundan kənar edilməsinə 
qətiyyən yol verilməməli,  əksinə intizama dəvət etmək məqsədilə onlara xəbərdarlıq etmək və oyunda 
onların fəal iştirakını  təmin etmək lazımdır. Nadinc uşaqların oyundan kənar edilməsi dərsin ümumi 
intizamına mənfi təsir göstərir. 
              Qeyd  etmək lazımdır ki, I-IV siniflər üçün təkmilləşdirilmiş  bədən tərbiyəsi proqramında 
mütəhərrik oyunların uşaqların həyatındakı rolu nəzərə alınaraq onlar, məzmun etibarı ilə daha da 
zənginləşdirilmişdir. Proqramdakı oyunlar yuxarıda sadaladığımız bütün əxlaqi-iradi keyfiyyətlərin 
                                                 
134
 
А.С.Макаренко. Сечилмиш педагожи ясярляри, «Азярбайъан мяктяби» журналынын няшри, сящ. 378. 
 

 215
uşaqlarda inkişaf etdirilməsinə yönəldilmişdir. Çox fərəhləndirici haldır ki, ibtidai siniflərin proqramına 
ilk dəfə olaraq bu yazının müəllifi tərəfindən 23 Azərbaycan xalq mütəhərrik oyunları seçilib daxil 
edilmişdir. Bu oyunlar məqsədinə  və  uşaqların fiziki hazırlığına ggörə seçilmiş, qruplaşdırılmış, 
metodikasında məqsədəuyğun bəzi dəyişikliklər edilmiş, sonra isə  məktəb təcrübəsində  sınaqdan 
keçirilmişdir. 
              İlk təcrübələr göstərir ki, proqramma daxil edilmiş Azərbaycan xalq mütəhərrik oyunları da digər 
oyunlar kimi ibtidai sinif müəllimlərimiz tərəfindən yaxşı qarşılanmışdır.  Uşaqlar bu oyunları 
oynamaqdan yorulmur, onu könüllü, düşüncəli surətdə yerinə yetirirlər. Başqa oyunlar kimi həmin 
oyunlar da uşaqların hərtərəfli və ahəngdar inkişafına müsbət təsir edir. İndii isə sinif müəllimlərinə 
metodik kömək məqsədilə  həmin oyunların məzmununu və metodik göstərişlərini  şərh etmək istəyirik. 
Şübhəsiz ki, bu müəllimləri öz işinə daha məsuliyyətli yanaşmağa sövq edəcək, onları öz işlərini bədən 
tərbiyəsi və idman sahəsində qarşıya  qoyulmuş vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsinə daha da 
ruhlandıracaqdır. Müəllimlər uşaqları kiçik məktəb yaşı dövründən sağlam, gümrah və şən böyümələrində 
öz qüvvələrini sərf etməklə əllərindən gələni əsirgəməyəcəklər. 
 
                     
 
3.3. Mütəhərrik oyunların əhəmiyyəti 
                   Mütəhərrik oyunların sağlamlıq  əhəmiyyəti. Orta əsrlərdə yaşamış böyük mütəfəkkir, 
filosof-alim və şairlərimizdən Xaqani, Nizami, Əhvədi, Tusi, Nəsimi, M.Naxçıvani və başqaları dünyada 
şöhrət qazanmış klassiklər  əsərlərində  qəhrəmanların  əqlən və fiziki cəhətdən kamilləşməsi, sağlam 
düşüncəyə malik olması sahəsində qorxmazlıq, cəsurluq, hünər və vətənpərvərlik göstərməsini xüsusi bir 
həvəslə qələmə almışlar. 
              Böyük  Nizami  «bədənin  əsasının möhkəm olması»na görə  «əldə  qələmin düzgün işləməsi»ni  
göstərmiş, fiziki cəhətdən möhkəm və sağlam adamların «halldəyişməz», «həvəsi yerində», «damağı çağ» 
olar demişlər. Nizami fiziki möhkəmliyi saf idrakla qoşa görür. Şər qüvvələrə qalib gəlməkdə onların 
vahidliyini təsdiqləyərək yazır: 
                          Sanki həmcins imiş bu iki qüvvət, 
                          Nə çıxsa qarşıya, məhv edər əlbət. 
              O, fiziki tərbiyəyə dərin fəlsəfi, tibbi məna verir, sağlam bədəndə sağlam ruh olar deyirdi: 
                          Bədən sağlam olsa, saf olar söz də, 
                          Süst adam süst olar, bədən də, söz də. 
                          Bədən xəstə olsa, belədir sonu, 
                          Sərv olsa da, azar yatırar onu. 
                          Neyləyir özünə özü xəstənin
                          Xəstə olar, fikri, sözü xəstənin. 
                                                                («Xosrov və Şirin»). 
              Uşaqların fiziki tərbiyəsinin tərkib hissəsi olan oyunlar, onların sağlamlığını möhkəmləndirir. 
              Mütəhərrik oyunlarla məşğul olmaq orqanizmin düzgün inkişafına kömək edir, qamətin 
formalaşmasına zəmin yaradır. Bundan əlavə, mütəhərrik oyunlar sümük-bağ aparatını möhkəmləndirir, 
əzələləri çevikləşdirir, oynaqların mütəhərrikliyini artırır, ciyərlərin həyat tutumunu artırır, ürəyin 
fəaliyyətini yüksəldir. 
              Mütəhərrik oyunlar qan dövranını fəallaşdırır, sinir sistemini tənzim edir, maddələr mübadiləsini 
yaxşılaşdırır, normal yuxunu təmin edir. 
              Bununla  belə, anatomik-fizioloji və pedaqoji-didaktik prinsiplərə  əsaslanmayan, ilk növbədə 
iştirakçıların yaşına və fiziki hazırlığına uyğun olmayan oyunlar xeyirdən çox zərər verir. Belə hallarda 
maraq sönür, əzələ gərginliyini, təngnəfəslik əmələ gəlir, ürəyə və ciyərlərə artıq yük düşür, hərəkətlərin 
ümumi dinamikası pozulur. 
              Mütəhərrik oyunların təhsil  əhəmiyyəti. Fiziki tərbiyə  fənni təhsil-tərbiyə  fənni kimi onun 
tərkib hissəsi olan  mütəhərrik oyunların əhəmiyyəti böyükdür. Oyunlar uşaqların həyatı dərk etmək üçün 
yoldur. Oyunlar uşaqlarda dərketmə, qavrama, yadda saxlama, nəticə  çıxarma, qərar qəbuletmə, 
təhliletmə kimi mühüm keyfiyyətlər tərbiyə edir. 

 216
              Uşaqlar hələ bağça yaşlarında oyun vasitəsilə dünyaya göz açır. Məktəb illərində isə konkret 
şəraitdə, ardıcıl olaraq təkmilləşir, kamilləşir. 
              Oyunlara uşaqlara digər fənləri yaxşı oxumaq üçün sağlam olmağın vacibliyini başa salır, həm 
də onlarda iradəlilik,mətnlik, cəsarət, vətənpərvərlik, kollektivçilik və s. keyfiyyətlər aşılayır. 
              Düşünülmüş  və yaxşı  təşkil edilmiş oyunlar məktəbliləri elmi cəhətdən silahlandırır. 
«Kosmonavtlar», «Sərhədçilər», «Qalanın müdafiəsi», «Qalanın alınması», «Şaxta və günəş», «Bənövşə» 
və s. oyunlar uşaqlara xüsusi biliklər verməklə yanaşı, onlarda Vətənə məhəbbət, kollektivin mənafeyini 
qorumaq kimi keyfiyyətlər aşılayır. 
              Oyunların çoxu texnika, təbiət, coğrafiya, astronomiya və hətta riyaziyyatla da əlaqədardır. Belə 
oyunlar uşaqlara müvafiq bilik verir. 
              Mütəhərrik oyunların tərbiyəvi  əhəmiyyəti.  Təhsili tərbiyədən ayrı düşünmək olmaz. Bu 
ümumtəhsil məktəblərinin ümdə  vəzifəsidir. Təhsil və  tərbiyə  işləri paralel aparılmalıdır. Məktəbdə 
təhsil-tərbiyənin müxtəlif vasitələri vardır.  Şagirdlərin fiziki tərbiyəsi, o cümlədən oyunlar tərbiyənin 
mühüm vasitələrindəndir. 
              Oyunlar  həyatı xarakter daşıyır. Onlar yaşayışımızın bu və ya digər hadisələri ilə, ictimai 
varlıqlarla, məişətlə,  əməklə bağlıdır. Buradan belə  nəticə  çıxır ki, düzgün seçilmiş  və yaxşı  təşkil 
olunmuş oyunlar təhsil və tərbiyənin tam bir kompleks məsələlərini həll edir. 
              Şagirdlər oyuna səliqəli və təmiz gəlməyə, oyunun qaydalarına düzgün əməl etməyə, müəllimə 
və yoldaşlarına hörmət etməyə çalışırlar. Oyunlar uşaqların zövqlə geyinməyə, qamətini şux saxlamağa
düzgün yeriməyə, düzgün durmağa sövq edir. Uşaqlar oyunlar vasitəsilə  səliqəli və  dəqiq olmağı 
öyrənirlər. 
              Oyunların əksəriyyəti komandalı oyunlardır. Uşaqlar oyun zamanı bir-birini müdafiə edir, biri o 
öbirinin səhvini düzəldir və bir-birinə kömək, hörmət edirlər. Bütün bunlar da uşaqlarda bir sıra tərbiyəvi 
keyfiyyətlərin inkişafına səbəb olur.  
              Sinifdən və  məktəbdənkənar tədbirlərdə müxtəlif  şəhər və rayonlardan gəlmiş  uşaqlar da 
oynayırlar. «Şən startlar»da və digər yarışlar zamanı keçirilən oyunlarda bir komandanın tərkibində ayrı-
ayrı məktəblərin, yaxud siniflərin şagirdləri oynayırlar. Bu tədbirlərdə onları bir məqsəd birləşdirir, yaxşı, 
əlbir səy göstərmək öz kollektivinə qələbə qazandırır. 
              Oyunlar bir qayda olaraq, gərgin mübarizə şəraitində gedir. Uşaq qovur, qaçır, tullanır, hoppanır, 
sürünür, axtarır. Bu zaman onlarda diqqət, qavrama, eşitmə, görmə, cəldlik, çeviklik, dözümlülük, 
qətiyyət, mətanət və s. keyfiyyətlər aşılanır. Vaxt keçdikcə bu keyfiyyətlər inkişaf edir, təkmilləşir. Bu da 
uşaqlarda fəal xarakterin formalaşmasına zəmin yaradır. Həmin iradi keyfiyyətlər uşaqlarda, yarışlarda, 
təhsildə, əməkdə və hərbi xidmətdə lazım olur. 
              «Qalanın müdafiəsi», «Qalanın alınması», «Sərhədçilər», «Partizanlar», «Hədəfə vurma» 
oyunlarında isə  uşaqlar dəqiq hərəkət edir, rəqibinə qalib gəlməyə çalışırlar. Bu cür oyunlar uşaqlarda 
Vətənə, xalqa, orduya məhəbbət hissləri aşılayır. 
 
3.4. Mütəhərrik oyunların növləri 
              Fiziki tərbiyənin mühüm vasitələrindən biri də oyunlardır. Oyun uşaqların əqli və fiziki cəhətdən 
inkişafına,  əxlaq və  əmək tərbiyəsinə müsbət təsir göstərir. Uşaq oyunda necədirsə, böyüyəndə  də elə 
olacaqdır. 
              Uşaqlar oyun vasitəsilə hərəki fəaliyyətə və müəyyən hərəkətlərin icrasına yiyələnə bilirlər. 
              Mütəhərrik oyunlar vəziyyət və  şəraitdən asılı olaraq adamın vəziyyətdən tezliklə  çıxmasına 
kömək göstərir.  Cəldliyi, çevikliyi, sürəti inkişaf etdirir, fiziki cəhətdən təkmilləşməyə  zəmin yaradır 
(Xüsusən o, yarış formasında keçiriləndə). 
              Oyun  uşaqlara kollektivdə özünü necə aparmaq qaydasını öyrədir, öz şəxsi mənafeyini ümumi 
mənafeyə tabe etdirmək vərdişi aşılayır. O. həm də iradəli, hünərli olmağı tərbiyə edir, müstəqil hərəkət 
etməni öyrədir. 
              Oyunlar  uşaqlarda dərketmə qabiliyyətini artırır, insanların gündəlik  əlaqədə olduğu canlılarla 
tanış edir. 
              Oyun  həm də  tərbiyə vasitəsi olub, nitqin, zehnin inkişafına kömək edir, təşəbbüskarlığı 
yüksəldir, gümrah və çevik olmağa təsir göstərir. 

 217
              Oyunları nisbətən müstəqil 3 növə ayırmaq olar: 1) Elementar mütəhərrik oyunlar (süjetli və 
süjetsiz); 2) İdman xarakterli oyunlar (basketbol, voleybol, futbol, stolüstü tennis, badminton və s.); 3) 
Mahnı oxumaqla və əl-ələ tutub dairə təşkil etməklə oyunlar. 
              Elementar mütəhərrik oyunlar.  Uşaq bağçasında elementar mütəhərrik oyunlar xarakterikdir. 
Bunlar süjetli və süjetsiz olurlar. Süjetli mütəhərrik oyunların adından məlum olduğu kimi, müvafiq süjeti 
və ciddi  qayda-qanun olur. Bu oyunlar müasir həyatla əlaqədar uşaqlarda müəyyən təsəvvürlər yaradır. 
Onlar müvafiq rolları yerinə yetirirlər. Oyun qaydaları  uşaqlara nəyi etmək olar və  nəyi etmək olmazı 
müəyyən edir. 
              Süjetsiz oyunlar hər hansı bir hərəkət üzrə tapşırıqların icrasına əsaslanaraq qurulur. Bu oyunlar 
müxtəlif  əşyalarla keçirilir (top, halqalar, çubuqlar və s.). Əşyalarla oyunun keçirilməsi uşaqların 
marağını yüksəldir, idman fəallığını artırır («Bayrağa qədər qaç», «Halqalardan keç» və s.). 
              İdman xarakterli oyunlar.  İdman oyunları elementləri (basketbol, voleybol, futbol, əl topu və 
s.).  Orta və yuxarı məktəbyaşlıların ayrı-ayrı idman növlərinin texnikasına yiyələnməsi ilə əlaqədardır. 
Oyunda iştirak etməklə hərəki təcrübə toplayır. 
              Mahnı  və  rəqslə  əlaqədar oyunlara xalq mahnıları, rəqslər daxildir. Bunlar uşaqlara emosional 
təsir göstərir, hərəkətlərində  səlist, ritmik və  rəvan olmağa kömək edir. Mütəhərrik oyunları  hərəki 
fəaliyyətə görə qruplara bölmək mümkündür. Məsələn, qaçışla, dırmanma ilə oyunlar, tullanma və 
tullanmalarla oyunlar. 
              Mütəhərrik oyunlar fiziki yükünə görə  dərəcələrə bölünür. Onlar böyük, orta və kiçik 
mütəhərrikliyinə görə dərəcələrə bölünür. Onlar böyük, orta və kiçik mütəhərrikliyinə görə  bir - birindən 
fərqlənir. 
              Yüksək mütəhərriklə oyunlarda bütün uşaqlar iştirak edir. Burada əsasən qaçış və hoppanmalar 
mühüm yer tutur. 
              Orta mütəhərrik oyunlarda da bütün uşaqlar iştirak edir. Lakin mütəhərrik oyunun mütəhərrikliyi 
nisbətən sakit olur. Belə oyunlar yeriş, topun ötürülməsi kimi hərəkətlərlə xarakterikdir. 
              Az  mütəhərrik oyunlarda isə  uşaqlar hərəkəti yavaş tempdə  və az intensiv şəkildə yerinə 
yetirirlər. 
                            
3.5. Mütəhərrik oyunların xarakteristikası 
              Məktəbyaşlı  uşaqlar  müxtəlif növ mütəhərrik oyunlar təşkil olunur. Lakin həmin oyunlar 
məzmununa və qaydalarına, oyunlarda iştirak edənlərin sayına, yarış elementlərinin miqdarına görə 
müxtəlifdir və bir-birindən fərqlənir. Oyunlarda uşaqlar arasında mövcud olan münasibətlərdə mühüm rol 
oynayır. Göründüyü kimi, uşaqlarla oyunlar təşkil olunub keçirilərkən yuxarıda söylənilən amillər də 
böyük əhəmiyyətə malikdir. 
              Kiçik  yaşlı ibtidai sinif şagirdləri üçün elə mütəhərrik oyunlar seçilir ki, onlar sadə fiziki 
hərəkətlərdən ibarət olur. Uşaqlarla yeriş, qaçış, sürünmələr və  s.  fiziki  hərəkət elementlərindən ibarət 
oyunların təşkili daha faydalıdır. Bundan əlavə, uşaqlar üçün elə oyunlar seçib tətbiq etməlidir ki, o 
oyunlar uşaqları özünə cəlb edir, əyləndirir və şənləndirir. Bu cür oyunlar təşkil olunarkən bütün uşaqlar 
eyni zamanda hoppanır və ya qaçır. «Siçan və pişik», «Bir xətt üzərində yeriş və qaçış»,  topla oyunlar və 
s. göstərmək olar. 
              Uşaqlarda təbiətə  məhəbbət, quşlara qoyğı hissini tərbiyə etmək məqsədilə müvafiq oyunlar 
keçirilir. Həmin oyunlarda «quşlar uçur, yenidən öz yuvalarına qayıdırlar». Uşaqlar bu zaman quşları 
yamsılayır, onların hərəkətlərini yamsılayırlar. Bəzi oyunlar da vardır ki, onlar idman xarakteri daşıyır.  
Uşaqlar belə oyunlarla ötüşməyi, hoppanmağı, maneələri keçməyi daha çox seçi rvə maraq göstərir, 
yerinə yetirir və öyrənirlər. IV siniflərdə isə mütəhərrik oyunlar mürəkkəb fiziki hərəkətlərdən ibarət olur. 
Oyun qaydaları daha çətin olur, onları yerinə yetirmək intizam və dözüm tələb edir. 
              Məktəbdə keçirilən oyunlarda aparıcılıq da olmalıdır. Aparıcı əsasən müəllim olur. Bəzən də fəal  
uşaqlardan biri təyin olunur. Lakin bütün oyunlarda müəllim diqqətli olmalı, oyunun düzgün və maraqlı 
keçməsinə çalışmalı  və  nəzarət etməlidir. Proqramda bütün yaş qrupları üçün oyunlar verilmişdir. 
Bunların səmərəliliyi müəllimdən və idman baza şəraitindən asılıdır.  İndii də xalq oyunlarından 
nümunələr verək: 

 218
              Tonqal üzərində tullanma. Kütləvi bayram oyunlarından biri «Tonqal üzərindən tullanma» 
oyunudur.  Yazıçı-etnoqraf Y.V.Çəmənzəminli qeyd edir ki, XVI əsrdə «Tonqal üzərində üzərində 
tullanma» oyununu iştirakçılar ayaqyalın icra edirdilər. Gərgin işdən sonra kəndlilər kəndin mərkəzində 
yerləşən böyük meydanda toplaşırlar. Oyunun hər bir iştirakçısı özü ilə saxsı qabda  taxıl gətirirdi. Böyük 
tonqal yandırılırdı. Oyunun bütün iştirakçıları  əllərində saxsı qabları tutaraq mahnı deyə-deyə tonqal 
başında dövrə vururdular: 
 
                          Atəşi, atəş, atəşə! 
                          Gizli, alovlu atəşə! 
                          Sirli, şəfalı atəşə, 
                          Yalanlar olsun atəşə! 
                          Torpağa, suya, atəşə! 
                          Havaya, suya, atəşə! 
                          Qollu, budaqlı atəşə   
                          Yalanlar olsun atəşə! 
 
              İştirakçısı saxsı qabdakı taxılı dağıtmamaq  şərti ilə tonqal üzərindən tullanmağa çalışırdı. Kim  
tullana bilmirdisə, tonqalı tapdalayırdısa və yaxud taxıl dənəsini dağıdırdısa, oyundan çıxarılırdı. Rəhbər 
tədricən tonqalın diametrini genişləndirdi. Oyunun sonunda qalib müəyyən edilirdi və bütün iştirakçılar 
taxılını ona verirdilər. Bu oyun bizim dövrümüzə  qədər gəlib çatmışdır. «Tonqal üzərindən tullanma» 
oyununu Azərbaycan rayonlarında indii də Novruz bayramlarında görmək olar.  Lakin indii oyun 
ayaqyalın iştirakçılarla keçirilmir. Qalibə saxsı qablarda taxıl əvəzinə rəngli yumurta və şirniyyat verilir. 
              Çovkan. Çovkan oyunları at üstündə böyük meydanda keçirilirdi. Təşkilatçılardan biri şərfi 
qaldırır və musiqiçilər şeypur çalırdılar. Sonra atlılar musiqi sədaları altında hər birində 3 atlı olan üç qrup 
meydana çıxır və dövrə vururlar. 1-ci qrup ağ, 2-ci qrup boz, 3-cü qrup isə qara atlarda çıxış edirdilər. 
Yarışın baş hakimi meydanın kənarına bir neçə köməkçi hakim qoyurdu ki, onların da əsas vəzifəsi 
meydandan çıxan topu götürüb meydana atmaq idi. Meydan xəttinin arxasında əllərində çovkan tutmuş 
oyunçular dururdu. Hakim şərfi yelləyir və oyunun başlanmasına icazə verirdi. Atlılar atılmış topa tərəf 
çaparaq topu çovkana götürür və öz cəldliyini, at üstündə topa nəzarət etmək bacarığını nümayiş etdirir, 
meydanda dövrə vurarkən topu xəlifənin ayaqları altına atmağı qarşılarına məqsəd qoyurdular. Oyunda 
maraqlı  və  cəlbedici cəhətlər çox olurdu. Bu oyuna öyrənmiş atlar sahibinin sözünə qulaq asır, cəld 
dönür, sanki top ardınca uçurdular. Oyunçular aşağı əyilir, yəhərdən sürüşürdülər, çovkanın zərbələrindən 
isə top gah boz atlıların, gah da ağ atlıların əlinə keçirdi. 
              «Dirədöymə», «Atbeli», «Bənövşə», «Dədəboyu», «Gizlənpaç», «Xoruzdöyüşü», 
«Gözübbağlıca», «Üzük-üzük», «Yaylıqbağladı», «Gecə və gündüz», «Siçan-pişik», «Qıy-qıy» və s. də 
Azərbaycan xalq oyunlarındandır. 
 
3.6.Oyunların ictimai-siyasi hadisə kimi 
meydana gəlməsi 
              Mütəhərrik oyunlar tarixi-ictimai bir hadisə olmaqla müxtəlif ictimai-siyasi cəmiyyətdə 
insanların həmin cəmiyyətə xidmət etməsi istiqamətində formalaşmasında mühüm rol oynamışdır. 
Oyunlar insanların mənəvi və intellektual həyatında çoxcəhətli rol oynamış, lakin tarixi və mahiyyət 
etibarı ilə  hələ axıra qədər öyrənilməmiş vacib bir sahəsidir. Müasir insanın təşəkkül tapmasında oyun 
başlıca vasitə olmuşdur. Oyun dünyanı  dərketmə vasitəsi kimi yeni nəslin fəal həyata hazırlanmasında 
əvəzedilməz mövqe tutmuşdur. Uşaq ömrünün ilk addımlarından həyat üçün zəruri olan lazımi vərdiş və 
keyfiyyətləri oyun vasitəsi ilə qazanır. Oyun əqli inkişaf etdirir, təxəyyül və qavrayışları formalaşdırır, 
əmək alətləri ilə işləmək üçün mühüm vərdişlər aşılayır. Bundan əlavə, psixoloji və insan üçün lazım olan 
bir çox həyati keyfiyyətləri inkişaf etdirir, habelə ömürboyu insanın hərəkətə olan meylini saxlayır, onda 
yaradıcı  fəaliyyətin bünövrəsini qoyur. Bütün dünya xalqlarının həyatına oyunun daxil olmasının, 
oyundan istifadə etməsinin əsas səbəbi də məhz bundadır. 
 
               

 219
3.7. Mütəhərrik oyunlar fiziki tərbiyənin mühüm 
                                                   vasitəsi kimi 
              Mütəhərrik oyunlar hər xalqın milli mədəniyyətinin tərkib hissəsidir. Buna görə də hər bir xalqın 
milli mütəhərrik oyunları  hər bir xalqa məxsus hərəkət fəaliyyəti aşılayır, onların fiziki-psixoloji 
sahəsinin düzgün inkişaf etməsində,  şəxsi keyfiyyətlərinin tərbiyə olunmasında böyük rol oynayır. Bu 
baxımdan milli oyunlar yalnız orqanizmin artan inkişafını  təmin edən vasitə deyil, fiziki tərbiyə  və 
idmanın əsas vasitələrindəndir. 
              Həyatın ilk günlərindən bütün uşaqlar uşaqlıq və  gənclik dövrlərində fiziki tərbiyənin bütün 
başqa vasitələrindən çox oyunlara üstünlük verirlər. Hamı oynamaq istəyir. Hamı oynayır, hamı oyunla 
böyüyür və dünyanı oyunla dərk edir, başa düşür. 
              Milli  oyunların vacib xüsusiyyətlərindən biri də odur ki, onların tərkibində müxtəlif fiziki 
hərəkət növləri vardır. Oyunla məşğul olmaq fiziki inkişafı artırır və insan psixologiyasına müsbət təsir 
göstərir. Daima dəyişən oyun şəraitində  iştirak etmək hərəkətlərin tənzim olunması  və onlara nəzarət 
prosesi  şəxsiyyətin formalaşmasında xüsusi rol oynayır. Oyun mərkəzi sinir sisteminin gücünü, 
mütəhərrikliyi, baş-beyin qabığı və orqanizmin bütün sistemlərinin fəaliyyətini artırır, onların nizamlama 
funksiyasını təkmilləşdirir. 
              Qeyd  etmək lazımdır ki, digər hərəkət növlərindən fərqli olaraq oyun fəaliyyəti mürəkkəb və 
hərtərəflidir. Oyun zamanı bütün əzələ qrupları  fəaliyyətə başlayır ki, bu da dayaq-hərəkət aparatının 
harmonik inkişafına kömək edir. 
              Oyunların oynama qaydalarının dəyişkənliyi daima yeni vəziyyətlərə uyğunlaşmağı  tələb edir. 
Buna görə  də  hərəkət vərdişləri çevik və elastik formalaşır. Cəldlik, çeviklik təkmilləşir,  əvvəllər 
mənimsənilmiş hərəkətlərdən yeni hərəkətlər yaratmaq qabiliyyəti inkişaf edir. 
              Bir çox sadə və mürəkkəb oyunlar yarış xarakteri daşıyır. 
              Bu da oyunçulardan böyük gərginlik tələb edir. Bu prosesdə oyunçular böyük həcmdə fiziki iş 
gördüklərinə görə onların qan dövranı  və  tənəffüs sistemi daha da təkmilləşir. Oyunların açıq hava 
şəraitində keçirilməsi insan orqanizmi üçün daha faydalıdır. Bu baxımdan turist yürüşlərinin meşə 
zolaqlarında, çay kənarında, parklarda təşkili daha faydalıdır. Unutmaq olmaz ki, hər bir oyun 
keçirilərkən, o, xüsusi məqsəd və təlim-tərbiyə işinə xidmət etməlidir. 
                     
3.8. Azərbaycan mütəhərrik oyunları milli 
                             mədəniyyətimizin tərkib hissəsi kimi 
              Azərbaycan mütəhərrik oyunlarının yaranma tarixi qədim dövrlərə aiddir. Onlar əsrlər boyu 
nəsillərdən-nəsillərə keçmiş, inkişaf etmiş, xalqın məişət cizgilərini və adətlərini özündə birləşdirərək 
zənginləşdirmişdir. 
              Mütəhərrik oyunlar xalqın təfəkkür tərzini, istək və arzularını özündə hifz edir, saxlayır. Buna 
görə  də oyunları öyrənərkən nəsillərin tarixi inkişaf yolu haqqında mühakimə yürütmək mümkündür. 
Oyunların çoxu ciddi həyati işləri təqlid edir. Oyunlarda kəndlilərin torpağı necə yumşaltması, taxıl əkini 
aparması, həmçinin ovçuluq və balıqçılıqla məşğuliyyəti  əks olunmuşdur. Bu oyunlarda Azərbaycan 
xalqının ibtidai cəmiyyətə aid şənliklərin, toy və yas mərasimlərinin ünsürləri qorunub saxlanılmışdır. 
              Fiziki hərəkətləri əks etdirən qayaüstü qəsmlərdən öyrənir ki, Azərbaycanda hələ bizim eradan 
bir neçə min il əvvəl oyunlar olmuşdur. Qobustan qayalarında oçuluğu, xalq oyunlarını  əks etdirən 
rəsmlər indii də qalmaqdadır. Böyükdaş dağında yallı və s. rəqsləri, habelə oxatanları, avarçəkənləri və s. 
əks etdirən şəkillər həkk olunmuşdur. 
              Azərbaycan  ədəbiyyatçıları, tarixçiləri, yazıçıları, filosofları  və bu ölkəyə  gələn səyyahlar öz 
əsərlərində göstərirlər ki, Azərbaycanda hələ qədim vaxtlardan fiziki hərəkətlərlə məşğul olmuşlar. Çoxlu 
tamaşaçı  cəlb edən oyunlardan kəndirbazlıq və çovkanın adı çəkilir.  Bu oyunlarda at üstündə gimnastika 
hərəkətləri edənlər, kəndir üstündə dayanmaq bacarığına malik olanlar yarışa bilərlər. 
              Azərbaycan xalq oyunları – rəqsdaxili («Yağış yağdıraq», «Küləyi çağıraq», «Küləyi kəsək» və 
s.), mərasim («Qodu-qodu», «Kosa-kosa», «Fincan-fincan» və s.0, məişət («Habudu getdi», «Şahbud 
getdi», «Yoldaş, səni kim apardı?», «Bənövşə-bənövşə», «Qundaq-qundaq», «Beş-onbeş» və s.)  və digər 
oyunlar cəmiyyət dəyişdikcə onlarda ilkin zəruriyyət formasını dəyişərək yeniləşdirilmiş asudə vaxtlarda 
istirahət, əyləncə mahiyyətini daşımışdır. Zaman keçdikcə  xalq oyunları daha ciddi şəkil alaraq, məqsəd, 

 220
məzmun və formaca xeyli zənginləşdirərək cəldlik və  çevikliyi, yüksək humanist duyğuları inkişaf 
etdirmiş, böyüməkdə olan nəslin dərketmə qabiliyyətini artırmış, düşüncə  tərzini dərinləşdirmiş, 
sağlamlığını möhkəmləndirmiş, onları ölkənin müdafiəsinə hazırlamışdır. 
              Bəzi mənbələrdə oyunların yaranma tarixinə  də rast gəlirik.  İbn-Əl-Əsif «Əl-kamil fi-t-tarix» 
əsərində) yazır: «Hələ 113-cü ildə (731-732-ci illərdə) Azərbaycanın qadın döyüşçüləri xalq oyunlarında 
çox həvəslə  iştirak edirdilər». Buradan aydın olur ki, Azərbaycanda xalq oyunlarında  kişilərlə  bərabər 
qadın və  qızlar da iştirak etmişlər. N.Gəncəvinin «Xəmsə»sinə XVI əsrdə  çəkilmiş bir miniatürdən də 
bunu görmək olur. Həmin miniatürdə başda  Şirin olmaqla, Azərbaycan qadınları Xosrov şahla çovkan 
oyununda yarışırlar. Burada oyunçulardan yüksək ustalıq  tələb edən keyfiyyətlərdə – əla at çapmaq, topu 
yoldaşa ötürmək, yarış vaxtı tamaşaçılara və oyunçulara toxunmamaq və s. kimi qaydalardan bəhs olunur. 
              Nizami  öz  məşhur «Xəmsə»sində xalq oyunlarını, idmanı  tərənnüm etdirmiş, Azərbaycanın 
yalnız igid oğullarının deyil, həm də igid qızlarının at çapmasından, ox atmasından, qılınc oynatmasından, 
çovkan oynamasından, ölkəni ağılla, kamalla idarə etməsindən söhbət açmışdır: 
                          Dişi Aslan kimi yetmiş nəfər qız 
                          Şirinin yanına gəldi qayğısız. 
                          Cürətdə hər biri bir İsfəndiyar, 
                          Rüstəm Zal kimi ox atandırlar. 
                          Çovkan oynamaqda çox çevikdilər, 
                          Göydən qapardılar topu müxtəsər. 
              Yaxud: 
                          Yerindən sıçrasa günəşə Sarı, 
                          Yeddi qatlı göydən qalxar yuxarı. 
                          Paltar geyinmişdir kişilər kimi, 
                          Düzlərdən keçirdi qoçaq ər kimi. 
                                                                   («Xosrov və Şirin») 
deməklə, Şirinin simasında cəsur, hünərli və ağıllı, qeyrətli Azərbaycan qadını surəti yaratmışdır. 
              Nizami  «Yeddi  gözəl» poemasında gücün, cəsurluğun və sağlamlığın gərgin fiziki məşq edib 
vərdişlər aşılaması ilə sıx əlaqədar olduğunu anlatmışdır. Bəhram şah şücaətini göstərərək, qaçan maralın 
ayağını qulağına yapışdırır və bunu qəhrəmanlıq hesab edirsə, ağıllı Fitnə isə bunu idmanla, məşqetmə 
nəticəsində yaranmış  vərdiş kimi qiymətləndirir.  Şah bundan bərk qəzəblənib Fitnəni saraydan 
uzaqlaşdırır. Fitnə isə öz dediyinə qərarlıdır.  Bunu Bəhram şaha sübut etmək məqsədilə buzovu hər gün 
çiynlərinə götürərək dama qaldırıb və aşağı endirməklə məşq edir. 
                        
                          Nəhayət, bu buzov bir öküz oldu, 
                          Gəldi altı il düz tamam oldu, 
                          Hər gün sənət oldu o güləndama 
                          Çıxarmaq öküzü tövlədən dama, 
                          Eylədi eləcə bu işdə adət, 
                          Yükündən görmədi zərrə əziyyət. 
                          Öküz böyüdükcə, artdıqca əti, 
                          Qızın da artırdı gücü, qüdrəti. 
                          Qalxdı pillələri o bir-bir dama
                          Gəldi taxt önündə baxdı Bəhrama. 
                          Təəccüb eyləyib, heyran qaldı şah». 
 
              Fitnə bir illik öküzü tövlədən dama çıxarmaqla Bəhram  şaha bunun idman, məşq etmək 
sayəsində olduğunu sübut edir və kinayə ilə deyir: 
                          «Öküz qaldırmağım bir idman olur, 
                          Maral vuran isə qəhrəman olur». 
                                                                      («Yeddi gözəl») 

 221
              N.Tusi  «Əxlaqi nasir», H.B.Zərdabi «Gigiyena» əsərlərində təbii millər və fiziki hərəkətlərdən 
istifadə etməklə fiziki cəhətdən kamil olmağı vacib sayır, naxoşluq haqqında nalə  çəkməkdənsə, 
sağlamlığın qaydasına qalmağı lazım bilir, təmiz havada gəzməyi tövsiyə edir. 
              Rus  və Azərbaycanın maarifpərvər alim və  şairlərindən V.Q.Velinski, P.F.Lesqaft, 
A.S.Makarenko, S.Ə.Şirvani, A.Səhhət, M.F.Axundov, Q.Zakir, H.Cavid, S.Vurğun və bir çoxları fiziki 
tərbiyənin təmizliklə  bərabər, nəciblik,  əhval-ruhiyyəni yüksəldən, bədən üzvlərini, habelə  hərəki 
keyfiyyətləri ahəngdar inkişaf etdirən, qamətin və bədənin bütün hərəkətlərini daha incə, daha zərif edən, 
təlimə  şüurlu münasibət yaradan mühüm tərbiyə vasitəsi kimi qiymətləndirilmiş, bu sahədə millətin 
qayğısına qalmağı tövsiyə etmişlər. 
              Yuxarıda deyilənlərdən, məktəb təcrübəsindən və indii qarşılaşdığımız həyati faktlardan görünür 
ki, hazırda gənclərin fiziki tərbiyəsinin qayğıya daha böyük ehtiyacı vardır. Onun düzgün təşkili üzrə 
xüsusi tədqiqatlar aparılması olduqca vacibdir. Bu həm də təhsildə milli zəminin və bölgə komponentinin 
gücləndirilməsi, təhsilin demokratikləşdirilməsi, humanistləşdirilməsi, fərdiləşdirilməsi və 
differensiallaşdırılması, təhsilin məzmununun inteqrasiya edilməsi kimi təhsil prinsipləri ilə  sıx 
əlaqədardır. Həmin prinsiplər baxımından araşdırmalar aparmışıq. Araşdırmalar məktəblilərin gümragh, 
sağlam,  əməyə  və ölkənin müdafiəsinə hazır olması üçün nələri və necə öyrətmək istiqamətində 
olmuşdur. Bu mənada fiziki təhsilin məzmunu və  təlimi üsulları  tədqiq edilmişdir. Deməliyik ki, fiziki 
tərbiyə bütün dövrlərdə aktual olsa da, bəzi pedaqoji -  psixoloji tədqiqatların obyektinə çevrilsə də, insan 
təfəkkürünün daimi axtarışındadır. 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin