.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------92------------------------------------
“ata”larından biridir. Oxuduğu zaman fəlsəfə və
pzixologiya elminə yiyələnmişdir. 1927-ci ildə isə tibb
elmləri üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.
Müxtəlif yerlərdə neyrofizioligiya sahəsində çalışmışdır.
Gənc tədqiqatçı Uolter Pitss
(ingiliscə Walter Pitts)
ilə neyrotexnologiyanın əsasını qoymuşdur. Onun
verdiyi nəzəri əsaslara görə psixologiya dili maşın
intellektinə yönəldilmişdir. Araşdırdığı
məsələləri həll
etmək üçün insan beyninin riyazi modelini tədqiq
etmişdir. Makkalokun və Pittsin əsas xidməti ondan
ibarətdir ki, onların elektron “neyron”dan istifadə
etməklə qurduqları şəbəkə
nəzəri olaraq istənilən
mürəkkəbliyə malik rəqəmli və məntiqi əməliyyatları
yerinə yetirə bilirdi. Makkalok uzun illər boyu süni
intellekt ilə maraqlanırdı və bu sahədə dünyanın
görkəmli alimləri ilə ümumi “dil” tapa bilmişdi.
Makkalok “A logical calculus of the ideas immanent in
nervous activy” (Sinir fəaliyyətinin immanentliyinin
məntiqi hesablanması ideyası) məqaləsini 1943-cü ildə
çap etdirir. Bir müddət sonra Nobert Viner ilə arasında
yaranmış “soyuqluq” nəticəsində bu sahədən müəyyən
qədər uzaqlaşır. Ümumiyyətlə bu gün dünya elmində
Norbert Viner, Arturo Rozenblat və C.Biqelou ilə yanaşı
Makkalokun adını da hallandırmaq düzgün hesab oluna
bilər. Neyron birləşməsindən istifadə etməklə Makkalok
və
Pitts göstərdilər ki, istənilən hesablamanı məntiqi
birləşmələrin (“VƏ”, VƏ YA”, “İNKAR” və s.) köməyilə
yerinə yetirmək olar.
Çox maraqlıdır ki, Uolter Pitts elm
sahəsində evi olmayan, içki düngünü olan yeganə
alimdir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------93------------------------------------
Klod Evlud Şennon 1916-cı ildə anadan olmuşdur.
2001-ci ildə dünyasını dəyişmişdir.
Klod uşaq
yaşlarından riyaziyyata böyük maraq göstərmişdir.
1932-ci ildə Miciqan universitetinin “Elektronika və
riyaziyyat” fakultəsinə daxil olur. Universitetdə oxuduğu
zaman laboratoriyaların birinə laborant kimi işə
götürülür və həmin gündən V.Buşun analoq hesablama
maşınına texniki qulluq göstərməklə yanaşı hesablama
maşınında altıncı dərəcəyədək differensial tənliklərin
həll edilməsi ilə məşğul olur. V.Buş ona genetika ilə
məşğul olmağı məsləhət bilir (Geneteka problemi
Karneqi institutunun elmi-tədqiqat mövzularına
daxil
idi). Bununla yanaşı o, “Sistemlərin maniyilərlə əlaqəsi
və təhriflər yaranan zaman onların buraxma
qabiliyyətinin araşdırılması” məsələsi ilə də paralel
məşğul olur. 1940-cı ildə “Nəzəri genetikada cəbr”
mözusunda doktorluq dissertasiyası müdafiə edir.
1940-cı ildə elmi təcrübə
keçmək üçün Prinston
şəhərinə gəlir və təcrübə zamanı (ezamiyyət-stajirovka)
Qerman Veylya (Hermamn Weyl: 1885-1955) ilə tanış
olur və onun rəhbərliyi altında “İnformasiya
nəzəriyyəsi” problemlərini araşdırır.
ABŞ İkinci Dünya Müharibəsinə qoşulan zaman o,
Bellin laboratoriyasında düşmən təyyarələrinin uçuz
zamanı yerinin müəyyənləşdirilməsi üçün radio texniki
qurğu hazırlayır. 1948-ci ildə onun məşhur “Əlaqənin
riyazi nəzəriyyəsi” adlı məqaləsi çap edilir. Məqalə
sonralar informatikanın inkişafında böyük rol oynayır.
Sonrakı illərdə A.Tyurinq ilə tanış olan alim
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------94------------------------------------
kriptologiyadan istifadə etməklıə informasiyanın
ötürülməsi problemi üzərində elmi araşdırmalar aparır.
1937-ci ildə K.Şennon
rele-kontakt sxemlərindən
istifadə etməklə Bul funksiyalarının araşdırılması
məsələsini də öyrənir. Alim elmi işlər ilə yanaşı
kompüter şahmat oyunlarına da böyük diqqət yetirir. O
bu sahədə bir neçə tutarlı məqalələri sayılan jurnallarda
çap etdirir.
Dostları ilə paylaş: