B
İLİKLƏR BAZASININ QURULUŞU
V
Ə ONUN İNTELLEKTUAL
S
İSTEMLƏRİN DİGƏR
KOMPONENTL
ƏRİ İLƏ QARŞILIQLI
ƏLAQƏSİ
Biliklər bazasının təşkili zamanı, ilk növbədə, onun
saxlamalı olduğu informasiyanın xarakteri ön plana çəkilir.
Biliklər bazasının məzmunu, əsasən, tezdəyişən və
azdəyişən fakt və biliklərdən və həmin biliklərin və
qaydaların modellərindən ibarətdir.
Qaydalar obyektlər haqqında vacib məlumat
saxlayıcıları olan fəal elementlərdir ki, bunlar da biliklər
bazasında olan məlumatlar əsasında yeni fakt və
fərziyyələr yarada bilirlər.
Biliklər bazasınin quruluşu qarşılıqlı əlaqəli iki
hissədən formalaşdırılır:
•
Qaydalar bazası (QB);
•
Verilənlər bazası (VB).
Verilənlər bazasında qeyd olunan predmet oblastına
aid həll olunacaq məsələ və verilənlər haqqında
faktoqrafik informasiya saxlanılır. Qaydalar bazası
predmet oblastı haqqında biliklərin təqdim olunması
modeli və həmçinin bu biliklərin aktivləşdirilməsi əsasında
verilənlər bazasında saxlanılan verilənlərin elementləri
arasında münasibətləri müəyyən edir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------204------------------------------------
Biliklərdən əlavə, biliklər bazasında predmet oblastı
haqqında digər tip biliklər də saxlanılır: saxlama mühitinin
modeli, istifadəçi haqqında biliklər, məqsədlər və s. Bu
biliklər əsasən təqdim olunmaların ikinci səviyyəsində
bloklar və qaydalar bazasının quruluş hissəsi şəklində
saxlanılır. Adı çəkilən bir neçə bilik tipinin həm də birinci
səviyyədə (Verilənlər bazasında) saxlanması mümkündür.
Bilik və qaydaların həcmi böyük olduqda
informasiyanın emalına sərf olunan vaxt artır. Bu zaman
həll seçimi oblastının kiçildilməsi zərurəti meydana çıxır.
İntellektual sistemlər, onların qarşısına qoyulan
məsələlərin həllində hərəkətlərin məqsədyönlülüyünə,
biliklərlə iş zamanı müəyyən mərhələdə (pillədə) “dərk
edilmiş” və konstruktiv mövqeyə malik olmalıdırlar. Buna
görə də real vaxt rejimində işləyən bir çox intellektual
sistemlərdə yeni, biliklərin təqdim olunmasının üçüncü
səviyyəsi – biliklər bazasında əməliyyat proseslərinin
səmərələşdirilməsini təmin etmək üçün vacib olan
metabiliklər səviyyəsi reallaşdırılır.
Metabiliklər – sistemin özü haqqında, yəni öz
bilikləri, onların quruluşu və öz fəaliyyəti barədə biliklər
məcmusudur.
Beləliklə,
biliklər
bazasında
biliklərin
strukturlaşdırılması lazımi informasiya axtarışı problemi ilə
sıx əlaqədardır. Ən yaxşı axtarış strategiyası məsələnin
həllinin bütün mərhələlərində biliklər bazasında olan
bütün informasiyanın deyil, ona uyğun olan hissəsinin
istifadə
olunmasıdır.
Biliklər
bazasının
düzgün
strukturlaşdırılması zamanı verilən məsələnin həlli üçün
axtarış və lazımi biliklərin seçilməsi problemi asanlaşır.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------205------------------------------------
Rasional obrazda həllərin çıxış mexanizmini
reallaşdıran qaydalar interpretatoru funksiyalarını biliklər
bazasının yüksək pilləsi olan metabiliklər bloku yerinə
yetirir.
Biliklər bazasının təşkili və onun intellektual
sistemlərin digər komponentləri ilə qarşılıqlı əlaqəsinin
müxtəlif variantlar vardır.
Məsələnin həlli, qayda və verilənlərlə iş, xüsusi blok
olan işçi sahəsində həyata keçirilir. İşçi sahəsində
sorğunun təsviri və ya həll olunan məsələnin, biliklər
bazasının qayda və verilənləri, çıxış mexanizminin
prosedur və ya strategiyası təqdim olunur.
Predmet oblastı haqqında faktlar və evristikalar
məhsuldar qaydalar şəklində saxlanılan zaman, biliklər
bazası bir çox hallarda “qaydalar bazası”, çıxış mexanizmi
isə “qaydalar interpretatoru” kimi təqdim olunur. Biliklər
bazasında predmet oblastının fakt və təsvirləri, həmçinin
problemlə bağlı olan evristikalar saxlanılır. Qaydaların çıxış
və interpretasiyası mexanizmini reallaşdıran idarəedici
quruluş problemin həllində biliklər bazasından istifadə
edir. İşçi yaddaşında (və ya qlobal verilənlər bazasında)
konkret məsələyə daxil olan verilənlər, problem və ya
məsələnin vəziyyəti haqqında informasiya saxlanılır.
Layihələşdirilən intellektual sistemin biliklər bazasının
hazırlanması zamanı, qeyd edildiyi kimi, sərəncamda olan
bilikləri, yəni məlum olan fakt və informasiyaları təyin və
tədqiq etmək vacibdir. Bunlar, ölçülər haqqında istehsal
informasiyaları,
dəyişənlər
arasında
əlaqələr,
tənzimləmənin avadanlıq və əməliyyatları, prosesin idarə
edilməsi zamanı müxtəlif vəziyyətlər ola bilər.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------206------------------------------------
İstehsal informasiyalarının əsasını biliklərin iki tipi –
əsas (dərin) və ekspert bilikləri təşkil edir. Əsas biliklər
fundamental prinsiplərə əsaslanan iqtisadi proseslər və
onun funksiyalarının hissəvi anlayışını əks etdirir.
Mühəndislər riyazi əməllər vasitəsi ilə istiliyin ötürülməsi,
maye axını, kimyəvi reaksiyalar, qarışıqların parçalanması
və s. prosesləri təsvir edə bilirlər. Riyazi həllərin bərabərlik
və qaydaları biliklər üçün ardıcıllıq və ya təşkilat
quruluşunu müəyyən edir. Dolğun və hərtərəfli istismar
prosesləri prosedur məsələləri üçün əsas biliklərlə eyni
qiymətləndirilir.
Ekspert bilikləri təcrübə və ya müşahidələrdən alınır.
Prosesin ölçülmə şərtləri keyfiyyət terminlərində asan
verilir və asan da təsvir olunur. Prosesin gedişi çoxlu
müxtəlif vəziyyətlərdə özünü biruzə verir. O, keyfiyyət
xarakteristikalarının istifadəsi ilə müşahidə və proqnoz
oluna bilər. Lakin proses fundamental prinsiplər
terminində heç də hər zaman başa düşülən olmur. Bir çox
göstəricilərin keyfiyyət təbiəti, bərabərliklərin məntiqi
formada ifadəsi riyazi əməllərin köməyi ilə birlikdə təsvir
olunan mütəmadi olmayan münasibətlər və nəticələri
şərtləndirir.
İntellektual sistemlərin biliklər bazası təcrübədə
adətən ekspert və əsas biliklərin kombinasiyasını
birləşdirir. Biliklərin bir hissəsi tamamilə keyfiyyət, digər
hissəsi isə kəmiyyət xarakteri daşıya bilir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------207------------------------------------
Dostları ilə paylaş: |