Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1 6



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə44/49
tarix10.09.2023
ölçüsü3,8 Mb.
#142472
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   49
44INTELLEKTUAL-SISTEMLER-DERSLIK-son-variant-2016

 
PREDMET OBLASTI VƏ 
BİLİKLƏRİN ƏLDƏ OLUNMASI 
METODLARININ TƏHLİLİ 
 
 
 
Predmet oblastı dedikdə, seçilmiş meyarlarla təyin 
edilmiş insan fəaliyyətinin təsvir sferası başa düşülür. 
Təsvir olunan anlamlara onun fəaliyyətinin müxtəlif 
aspektlərini əks etdirən elementlər, hadisələr, münasibət 
və proseslər daxildir. Predmet oblastının təsvirində onun 
element və hadisələrinə ətraf mühitin mümkün təsiri, 
həmçinin də bu element və hadisələrin ətraf mühitə əks 
təsiri də olmalıdır. Predmet oblastının təhlili və tədqiqi 
üzrə işi: intellektual sistemlərin layihələşdirilməsi onun 
işinin səmərəliliyinə həlledici təsir göstərir. 
Predmet oblastının xüsusiyyəti layihələşdirilən 
intellektual sistemlərin fəaliyyət xarakterinə, biliklərin 
təqdim olunma metodunun seçilməsinə, biliklər haqqında 
müzakirə üsullarına və s. mühüm dərəcədə təsir göstərə 
bilər. Eyni zamanda belə bir misal gətirmək olar ki
müəyyən predmet oblastında istifadə olunmağa 
yönəldilmiş süni intellekt sistemi tamamilə başqa sahənin 
problematikasına uyğun gəlmişdir. 
Problem oblastı haqqında danışarkən predmet 
oblastı, həll olunacaq tapşırıqlar, məqsədlər, mümkün 
strategiya və evristikalar nəzərdə tutulur. Predmet 
oblastını onun fəaliyyətinin bütün bilik və anlam 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------218------------------------------------ 
kompleksləri ilə obyekt və ya istehsalat sistemi kimi 
müəyyən etmək olar. Predmet oblastının araşdırılması 
zamanı istehsalat sistemində həll olunan və onun 
qarşısında məqsəd kimi duran tapşırıqlar haqqında biliklər 
lazımdır. Həmçinin istehsalat sisteminin istismarı 
prosesində istifadə olunan idarəetmənin mümkün 
strategiyası və evristik bilikləri müəyyən edilir. 
İqtisadi və istehalat sistemlərinin tədqiqi zamanı 
intellektual sistemlərin biliklər bazasında biliklərin 
formalaşması və onlarla iş görmək məqsədilə istehsalat 
obyektləri və onlar tərəfindən həll edilən məsələlərin 
xüsusiyyətlərini də nəzərə almaq lazımdır. İqtisadi və 
istehsalat sistemləri üçün obyektin vəziyyətini xarakterizə 
edən, ölçülə bilən və digər verilənlərin fəaliyyətinin 
dinamikliyi, hadisələrin tez-tez dəyişməsi, böyük 
informasiya massivlərinin yenilənməsi xasdır. Onlar tez-
tez təsadüfi amillər səbəbindən tam olmayan müəyyən 
şərtlərdə fəaliyyət göstərirlər. Bununla yanaşı, isteh-
salların bir çoxu zərərli və ya insanlar üçün təhlükəli olan 
mühitə düşür ki, bu da onların idarəetmə sisteminin 
etibarlılığına olan tələbatın yüksəlməsini irəli sürür. 
Beləliklə, biliklər bazasının layihələşdirilməsində 
böyük həcmli bilik və verilənlərin tez-tez dəyişdiyi və 
yenilənə bildiyi halda onun real zamanda işləməsi üçün 
müəyyən formada onu təşkil etmək lazımdır. İstifadəçilərə 
təqdim olunan ekspertiza və məsləhətlərin dəqiq və 
vaxtında təmin etmək, həmçinin intellektual sistemlərin 
işinin etibarlılığını təmin etmək lazımdır. Bundan əlavə, 
iqtisadi və istehsalat sistemlərində həll olunan tapşırığın 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------219------------------------------------ 
xarakteri müəyyən dərəcədə intellektual sistemlərin təşkili 
və layihələşdirilməsi prosesinə təsir edir. 
Biliklərin xarakteri, onların quruluş mümkünlüyü
həcmi, onlarla iş rejimləri intellektual sistemlərin istifadəsi 
sahəsinə və yuxarıda adıçəkilən intellektual sistemlər 
tərəfindən həll edilən tapşırıqların yerinə-yetirilməsinə 
əhəmiyyətli dərəcədə təsir edir. 
İqtisadi və istehsalat proseslərinin idarəetmə 
sistemlərində biliklər toplusu kimi konkret prosesin təsviri, 
maliyyə və analitik informasiya komponentlərinin xarakte-
ristikaları, faktoqrafik bilik və ya verilənlər çıxış edə bilər. 
Bu biliklərlə yanaşı idarəetmə məsələlərinin həlli üçün 
verilənlərə əsaslanan evristika və ya qaydalar var. Adətən 
bu qayda və ya evristikalar keçmiş təcrübəyə əsaslanır. 
İstehsalın planlaşdırılması və layihələşdirilməsi 
zamanı tapşırıqlarda biliklərin keyfiyyəti rolunda 
verilənlərin məcmusu və hərəkət qaydaları çıxış edə bilər.
Biliklərin əldə olunması iki funksiyanın köməyi ilə 
realizə olunur: informasiyanın kənardan alınması və onun 
sistemləşdirilməsi. Bununla yanaşı, məntiqi çıxarışlara 
sistemin öyrənmə qabiliyyətindən asılı olaraq biliklərin 
əldə olunması, həmçinin alınan informasiyanın müxtəlif 
formaları daxildir.
Biliklərin təqdimolunma forması onların istifadəsi 
üçün sistemin daxilində müəyyən olunur. Buna görə də 
onun qəbul edə bildiyi informasiyanın forması biliklər 
səviyyəsinə qədər informasiyanın formalaşması üçün 
onun qabiliyyət və bacarığından asılıdır. Nə qədər 
kompüterin məntiqi çıxarışlara qabiliyyəti yüksəkdir, bir o 
qədər insana az yük düşür. 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------220------------------------------------ 
Beləliklə, öyrənmə funksiyalarından o tələb olunur 
ki, kənardan alınan informasiya biliklər və onlardan ibarət 
olan biliklər bazasına dəyişdirilsin. 
Biliklərin mənbəyinin aşkarlanması və onlarla iş 
biliklər mühəndisinin əsas vəzifəsidir. Biliklər bazasının 
yaradılmasında biliklər mühəndisi çox mühüm funksiyaları 
yerinə yetirir. O, predmet oblastından yaxşı baş çıxara 
bilən olmalı və biliklərin əldə olunması prosesində 
ekspertlə ünsiyyət qurmaq üçün müəyyən mənada 
psixoloq olmalıdır. Bununla yanaşı, o həmçinin 
kompüterlərin proqram təminatı imkanlarını yaxşı bilməli-
dir.
Predmet oblastı haqqında əsas bilik mənbəyi insan-
ekspertdir. Biliklər mühəndisi onunla dialoq və ya 
müsahibə (intervyu) rejimində işləyir və obyektlə işləmək 
üçün lazımi həcmdə bilik və məlumat formalaşdırır. 
Sonradan uyğun şəkildə emal edilən sorğuların istifadə 
edilməsi mümkündür. Bir neçə taqşırıq üçün kitablar, 
texniki təsvirlər, təlimatlar və sənədlər əlavə informasiya 
mənbəyi rolunu oynayır. Obyektin predmet oblastına dair
biliklər haqqında intellektual sistemlərin tətbiqinin bir neçə 
sahəsini informasiyanın emalının statik və informasiyanın 
imitasiya olunmuş nəticələr haqqında istifadəsi yolu ilə 
formalaşdırmaq olar. Son zamanlar daha çox biliklər 
bazasının avtomatlaşdırılmış doldurulması üsulundan 
istifadə olunmaqdadır. 
Biliklərin digər vacib mənbəyi İnternetdir. Lazımi 
informasiya və biliklərin İnternetdə ənənəvi axtarışından 
əlavə hal-hazırda biliklərin axtarılması prosesinə 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------221------------------------------------ 
intellektual agentlər cəlb olunur. 
İntellektual agentlər 
(proqram robotları) biliklərin tapılması üçün sənədlərin 
daxilində işləyə və ya Veb-də axtara bilir, sonra isə 
biliklərlə lazımi formatda geri qayıda bilirlər. 
İntellektual sistemlər proses və obyektlər haqqında 
öz biliklərini sistemə ötürən mütəxəssislərlə birgə 
hazırlanır. Ekspert və ya mütəxəssislə iş prosesi biliklərin 
çıxarılması və ya biliklərin daha düzgün və korrekt əldə 
olunmasından ibarətdir. Bu texniki, psixoloji, istehsal və 
sosial xarakterli amilləri özündə saxlayan çətin və çox 
zəhmət tələb edən bir prosesdir. Sözügedən prosesdə 
biliklər mühəndisi əsas rol oynayır. Biliklər mühəndisi 
tapşırıqları müəyyənləşdirmək, mühüm anlayışları aydın-
laşdırmaq və bu anlayışlar arasında qaydaların 
müəyyənləşdirilməsi və formalaşdırılması üçün uzun 
zaman kəsiyində ekspertlə birgə işləyir. Biliklər mühəndisi 
predmet oblastını yaxşı bilməli, biliklərin formalaşması və 
təqdim olunması metodlarına malik olmalı və müxtəlif 
vəziyyətlərə tez oreintasiya olunan psixoloq olmalıdır.
Ekspert intellektual sistemə predmet oblastının 
öyrənilməsinə kömək edə biləcək vəziyyətdə və arzuda 
olmalıdır. O dərk etməlidir ki, intellektual sistemlər iş 
yerində gələcəkdə onu “əvəz” etmək üçün deyil, əksinə, 
ona kömək etmək üçün nəzərdə tutulub. 
Biliklər mühəndisi adətən determinləşdirilmiş daxili 
quruluşu olmayan, nisbətən pis müəyyən olunmuş 
tapşırıqlarla işləməli olur. Ekspertlər öz təcrübi 
fəaliyyətində 
bu 
tapşırıqları 
məsələnin 
bütün 
parametrlərinin təhlilini qeyri-mümkün edən məsələnin 
həll operativliyi şərtləri və ya problemin mənasının başa 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------222------------------------------------ 
düşülməsində olan çatışmazlıqları empirik qaydalar olan 
evristikalardan istifadə etməklə həll edirlər. Buna görə də 
tapşırıqların həllində intellektual sistemlər evristik 
prosedurların yerləşdirilməsinə çalışırlar. 
Biliklər mühəndisinin işində çətin məqam ekspertə 
predmet 
konsepsiyalarını 
müəyyənləşdirən 
və 
formalaşdıran tədqiqat biliklərinin strukturlaşdırılmasına 
cəhd zamanı kömək edilməsidir. 
Konkret şəxsə aid olan biliklərin əldə olunması ilə 
əlaqəli 
iş, 
yəni 
biliklərin 
çıxarılması 
biliklərin 
mühəndisliyində elə də aşağı səviyyəli rol oynamır. 
İntellektual və ekspert sistemlər üçün biliklərin 
çıxarılmasının xüsusiyyətləri nədədir? Bu sualın cavabı 
digər bir sualın“Haradan, nə və necə çıxarmalı?” 
sualının cavabındadır. 
Bilikləri haradan çıxarmalı? İntellektual və ekspert 
sistemlər üçün biliklər mənbəyi rolunda dərsliklər, sorğu 
kitabçaları, konkret predmet oblastına aid araşdırılmış 
materiallar, iqtisadi informasiya və s. çıxış edə bilir. 
Buna baxmayaraq biliklərin klassik mənbəyi həmin 
sahənin ekspertidir ki, onun da biliklərini sistem 
hazırlayıcısı rolunda çıxış edən biliklər mühəndisi 
mənimsəyir. 
Bəs ekspert kimdir? Bu, ya adi icraçıdan fərqlənən 
yüksək ixtisaslı mütəxəssisdir, ya da xam və ya təzə 
işçidən fərqli olan təcrübəli insandır. Aydındır ki, predmet 
oblastında ekspertin bacarığı nə qədər yüksəkdirsə, 
tapşırığın həlli üçün onun istifadə etdiyi biliklərin təsvirinə 
ehtiyacı da bir o qədər aşağıdır. Votermen bunu bilik 
mühəndisliyinin paradoksu adlandırmışdır. Əgər biz 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------223------------------------------------ 
ekspertdən soruşsaq ki, hər hansı bir tapşırığı yerinə 
yetirərkən konkret nə iş görür, o buna cavab olaraq 
özünün ağlı kəsdiyi formada, lakin mühakimələrin real 
prosesindən tamam ayrı olan bir prosesi izah edəcək ki, 
burada da ehtiyatlı olmaq lazımdır. 
Belə bir fikir də var ki, ekspertin bilikləri məsələlərin 
daxili modelləri ilə sistemli hala düşür və eyni zamanda 
ekspertin konkret vəziyyətdə ilk dəfə qarşılaşdığı prob-
lemin həlli onun yaddaşından seçilir və seçim ümumi 
qanunauyğunluqlar şəklində süurlu olaraq müəyyən 
olunur. 
Hansı bilikləri seçmək (nəyi çıxarmaq?). Əgər 
sistemin funksiyaları müəyyənləşibsə, onda təbii olarq ən 
vacib olanı bu funsiyaların reallaşması üçün lazım olan 
çıxarış qaydalarını əldə etməkdir. 
Hər şeydən əvvəl, bu, 
baza quruluşudur. Problem 
oblastının baza quruluşunu formalaşdıran obyekt, anlayış 
və atributları saymaq və sahənin xüsusiyyətlərini bilmək 
vacibdir. Obyekt, bilik və anlayışlar arasında əlaqə 
qaydalar çıxarışı vasitəsilə təşkil edilir. 
Daha sonra 
şüurluluq meyarları (kriteriləri) ortaya 
çıxır,
yəni nəyə görə ekspert problemi məhz bu üsulla həll 
edir? Ola bilər, bu üsul yüksək evristik qiymətə malikdir 
və ya uğursuzluq hallarına hazırlıqlıdır? Bu üsula hansı 
formada kömək etmək olar? 
Ekspert tərəfindən istifadə olunan vasitələrə, 
məsələn, həllin qəbulunda istifadə edilən modellər aiddir. 
Bilikləri necə seçmək lazımdır? Aşağıdakı cədvəldə 
sahənin eksperti və sahənin təsviri üzrə 
biliklərin çıxarış 
metodları verilmişdir. 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------224------------------------------------ 
Biliklərin seçmə texnikasını 6 əsas sinfə bölmək olar:

Köməkçi suallarla sorğu,

Quruluş verilmiş sorğu,

Özünü müşahidə,

Öz işi haqqında hesabat,

Dialoq,

Tənqidi icmal.
Öz növbəsində, hər bir sinif bir-neçə texniki 
metodlardan ibarətdir. Əhatəli informasiyanı biz nəzərdən 
keçirməyəcəyik, bircə bu biliklərin təhlilindən asılı olan 
biliklərin seçilməsi məqsədinin müxtəlif üsullarla əldə 
olunmasını nəzərdən keçirəcəyik. 
Hesablayıcı texnika ilə işləmək bacarığı olan ekspert 
bilavasitə redaktə olunan proqram vasitəsi ilə intellektual 
sistemlə qarşılıqlı əlaqə yarada bilir. Bu proqram biliklər 
bazası haqqında inkişaf etmiş dialoq interfeysi və biliklərə 
malik olmalıdır. Lakin, ekspertin proqramla əlaqəsinin 
effektivliyi problemi ortaya çıxır. 
Biliklərin əldə olunmasının daha bir üsulu biliklərin 
avtomatlaşdırılmış çıxarılışı və onların biliklər bazasına 
yazılmasıdır. 
Mütəxəssislərin biliklərinin avtomatlaşdırılmamış 
yığımı çox zəhmət tələb edən prosesdir. Bununla əlaqədar 
olaraq inkişaf etmiş intellektual sistemlərdə biliklərin əldə 
olunması üçün köməkçi alətlər qabaqcadan nəzərə alınır. 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------225------------------------------------ 
Cədvəl 2.
Predmet ekspertindən biliklərin çıxarılması metodları 

Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin