Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1 6



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə46/49
tarix10.09.2023
ölçüsü3,8 Mb.
#142472
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   49
44INTELLEKTUAL-SISTEMLER-DERSLIK-son-variant-2016

 
TƏLƏB VƏ TƏKLİFİN 
ÖYRƏNİLMƏSİNDƏ İNTELLEKTUAL 
SİSTEMLƏRDƏN
İSTİFADƏ İMKANLARI 
 
 
Tutaq ki, telefon distribüterliyi sahəsində fəaliyyət 
göstərən firmanın öz məhsullarına olan tələbi öyrənmək 
və buna uyğun təklifini qurmaq üçün ekspert sistemə 
ehtiyacı var. 
Bu istəyi həyata keçirmək üçün ekspert sistemi 
qurulmazdan əvvəl marketinq sahəsində tədqiqat 
aparmaq lazımdır. Bu isə marketinq tədqiqatının bir aləti 
olan sorğu ilə həyata keçirilə bilər. Belə hesab edək ki
telefon distribüterliyi sahəsində fəaliyyət göstərən firma 
hansı telefon şirkətinin markasına və hansı qiymətdə 
telefona daha çox tələbat olduğunu aydınlaşdırmaq 
istəyir. Bunun üçün müəyyən formada anketlər hazırlanır 
və bu anketlərin əsasında mini sorğu aparılır. 
50 nəfər arasında aparılan mini sorğunun 
nəticələrinə görə soruşulanların 54%-i qadın, 46%-i isə 
kişi olmaqla, 94%-i 18-40 yaş arasında olmuşdur. 
“Telefonunuzu dəyişmək fikriniz varmı?” sualına cavab 
olaraq soruşulanların 29-u (58%-i) “Bəli”, 17-si (34%-i) 
“Xeyr” və 4-ü (8%-i) “Bilmirəm” cavabını vermişlər.
“Telefonunuzu dəyişmək fikriniz varmı?” sualına 
“Bəli” deyənlərin 16-sı “Nokia”, 1-i “Sony Ericsson”, 7-si 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------230------------------------------------ 
“Siemens”, 4-ü “Samsung” və 1-i digər markalı telefon 
almaq arzusunda olduğunu bildirmişdir. Buradan belə 
nəticə alınır ki, istifadəçilərin və telefon almaq istəyən 
istehlakçıların əksəriyyəti “Nokia” markalı telefona 
üstünlük verirlər. 
Sonuncu suala – “Təxminən qiyməti nə qədər olan 
telefon almağa imkanınız çatar?” sualına cavab olaraq 
soruşulanlardan 4 nəfəri (8%-i) “100$-dan aşağı”, 9 
nəfəri (18%-i) “100-150$ arası”, 12 nəfəri (24%-i) “150-
200$ arası”, 8 nəfəri (16%-i) “200-250$ arası” və 17 
nəfəri (34%-i) “250$-dan yuxarı” cavabını vermişlər. 

Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin