.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------231------------------------------------
EKSPERT SİSTEMLƏRİNİN
QURULMASI TEXNOLOGİYASI
Artıq qeyd edildiyi kimi, ekspert sistemlər - konkret
sahənin mütəxəssislərinin biliklərinin məcmusu əsasında
yaradılan və nisbətən az təcrübəli istifadəçilər üçün
nəzərdə tutulan mürəkkəb proqramlar toplusudur.
Ekspert sistemlərinin əsas üstünlüyü bilik və
məlumatların yığılması və uzun müddət saxlanmasıdır.
İnsandan fərqli olaraq ekspert sistemləri istənilən
informasiyaya obyektiv yanaşırlar ki, bu da aparılan
təcrübənin keyfiyyətini artırır. Böyük həcmli biliklərin
emalını tələb edən məsələlərin həllində səhvlərin
başvermə ehtimalı çox aşağıdır.
Ekspert sistemləri biliklər bazasından, çıxarış
altsistemindən (məsələlərin həll olunması üçün istifadə
olunan qaydalar məcmusudur), izahat altsistemindən,
biliklərin mənimsənilməsi altsistemindən və dialoq
prosessorundan ibarətdir. Çıxarış altsistemini yaradarkən
süni intellekt məsələlərinin həlli metodlarından da istifadə
olunur.
Ümumilikdə ekspert sistemlərinin işləmə prosesini
belə təsvir etmək olar: lazımi informasiyanı almağı
arzulayan istifadəçi ekspert sisteminə istifadəçi intefeysi
vasitəsilə sorğu göndərir; həlledici, biliklər bazasından
istifadə edərək müvafiq tövsiyəni hazırlayır və izahat
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------232------------------------------------
altsisteminin köməyi ilə öz fikirlərinin gedişini istifadəçiyə
çatdırır.
Ekspert sistemlərinin yaradılmasında bir çox əngəllər
meydana çıxır. Bu, ilk öncə onunla bağlıdır ki, sifarişçi
hazırlanan sistemə öz tələblərini həmişə dəqiq olaraq
ifadə edə bilmir. Bundan əlavə, psixoloji bir çətinlik də var
ki, bu da mütəxəssislərin sistemin məlumat bazalarını
yaradarkən maşının onları “əvəz” etməsindən qorxaraq öz
biliklərini maşına bilərəkdən az ötürürlər. Lakin bu
qorxunun heç bir əsası yoxdur, çünki ekspert sistemləri
öyrənmək qabiliyyətinə malik deyillər, onların ağlı və
intuisiyası yoxdur. Hal-hazırda isə yuxarıda bəhs
etdiyimizə, yəni ekspert sistemlərinin özü-özünə öyrənmə
qabiliyyətini kəşf etmək üçün təcrübələr və işlər aparılır.
Bununla belə, ekspert sistemləri hələ də bir-çox
sahələrdə və ekspert işləməyən sahələrdə tətbiq olunmur.
Ümumiyyətlə ekspert sistemlərinin hazırlanması
sahəsində terminologiya öz şəklini tez-tez dəyişir, lakin
buna baxmayaraq biz əsas terminləri nəzərdən keçirək.
İstifadəçi – predmet sahəsinin mütəxəssisidir.
Yaradılan ekspert sistemi onun üçün nəzərdə tutulub.
Adətən onun ixtisas səviyyəsi o qədər də yüksək olmur və
o ekspert sistemlərinin köməyinə ehtiyac duyur.
Biliklər üzrə mühəndis – ekspert və biliklər bazası
arasında aralıq bufer kimi çıxış edən süni intellekt sahəsi
üzrə mütəxəssis. Sinonimlər:
koqnitoloq, mühəndis-
interpretator, analitik.
İstifadəçi interfeysi – informasiyanın daxil
edilməsi və nəticənin alınması mərhələsində ekspert
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------233------------------------------------
sistemləri ilə istifadəçilər arasında dialoqu yaradan
proqram kompleksi.
Biliklər bazası – ekspert sistemlərin əsas
komponenti olub, onun “intellektual bacarığını” təşkil edir.
Ekspert sistemlərin digər komponentlərindən fərqli olaraq
biliklər bazası sistemin “dəyişilən” hissəsidir. Bu,
məsləhətlərarası (bəzi sistemlərdə elə məsləhət zamanı)
təcrübə mübadiləsi və biliklər mühəndisinin istifadəsi
zamanı dola və modifikasiya oluna bilər. Ekspert
sistemlərinə biliklərin təqdim olunmasının bir neçə üsulu
var, lakin onların hamısının ortaq cəhəti biliklərin
simvol
formasında (biliklərin təqdim olunmasının elementar
komponentləri mətn, siyahı və digər simvol strukturlarıdır
)
təqdim olunmasıdır. Bununla da ekspert sistemlərində
mühakimələr prosesi ardıcıl simvol dəyişmələri kimi
təqdim olunan mühakimələrin
simvol təbiəti prinsipi ilə
həyata keçir.
Həlledici – biliklər bazasında olan biliklər əsasında
ekspertin fikirlərinin gedişini modelləşdirən proqramlar.
Sinonimlər:
deduktiv maşın, çıxarış maşını, məntiqi
nəticəçıxarma bloku.
İzahat altsistemi – istifadəçiyə: “Bu və ya digər
məsləhətlər necə alınmışdır?” və “Nəyə görə sistem məhz
belə nəticə qəbul etmişdir?”-suallarına cavab verən
proqram. “Necə” sualına cavab – məlumat bazasında
istifadə olunan fraqmentlərin nəticənin alınması üçün
bütün prosesin, yəni bütün addımların zəncirvari nəticəsi
kimi istiqamətlənməsindən ibarətdir. “Nəyə görə” sualına
cavab verərkən sistem bir addım əvvəldə alınmış
nəticəyə qayıdır, yəni geri bir addım atır.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------234------------------------------------
Biliklər bazasının intellektual redaktoru –
biliklər üzrə mühəndisin dialoq rejimində biliklər bazası
yaratmağa imkan verən proqram. Özündə, baza ilə
işləməyi asanlaşdıran menyu sistemini, biliklərin
təqdimolunma dili şablonunu, kömək rejimini (“help”) və
digər xidmət vasitələrini birləşdirir.
Ekspert sistemlərinin hazırlanmasını gerçəkləşdirən
kollektivdə azı bu 4 nəfər olmalıdır:
•
Ekspert;
•
Biliklər üzrə mühəndis;
•
Proqramçı;
•
İstifadəçi.
Sistemin hazırlanmasında əsas fiqur biliklər üzrə
mühəndisdir.
Ekspert
sisteml ərinin
hazırlanması
m ərh əl əl əri digər proqram məhsullarından əhəmiyyətli
dərəcədə fərqlənir. Ekspert sistemlərinin yaradılması
təcrübəsi göstərdi ki, onların hazırlanmasında ənənəvi
proqramlaşdırmada qəbul olunan medotologiyanın istifadə
edilməsi ekspert sistemlərin hazırlanması prosesini ya
həddindən artıq uzadır, ya da ümumiyyətlə, mənfi
nəticələrə gətirib çıxarır.
Ekspert sistemlərinin istifadəsi o zaman mümkündür
ki, ekspert sistemlərinin hazırlanması
mümkünlüyü və
biliklər mühəndisliyi metodlarının həll edilən məsələyə
uyğunluğu t əsdiq olunsun.
Ekspert sisteminin hazırlanmasının
mümkünlüyü
üçün ən azından həll ediləcək məsələ eyni vaxtda
aşağıdakı bir neçə tələbə cavab verməlidir:
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------235------------------------------------
•
Predmet
oblastında
məsələləri yeni
mütəxəssislərdən daha yaxşı həll edən ekspertlər vardır;
•
Ekspertlər təqdim olunan məsələnin
qiymətləndirilməsində eyni fikirdədirlərsə, məsələyə
ekspert sisteminin qiymət verməsindən başqa bir yol
qalmır;
•
Ekspertlər istifadə etdikləri metodları adi dillə deyə
və izah etmə qabiliyyətinə malikdirlər, əks halda, ekspert
biliklərini “çıxarmaq” və onları ekspert sistemlərinə daxil
etmək çətin olur;
•
Məsələnin həlli hərəkət deyil, yalnız mühakimə və
fikir tələb edir;
•
Qarşıya qoyulan məsələ çox çətin olmamalıdır
(yəni, ekspertin bu məsələni həll etməsi imkanı həftələrlə
deyil, bir neçə saat və ya gün olmalıdır);
•
Məsələlərin rəsmi şəkildə ifadə olunması zərurəti
olmasa da, bu sahədə çalışanlar üçün (heç olmazsa,
ekspert üçün) aydın olan ümumi anlayış və məfhumlarla
ifadə olunmalıdır.
Verilən məsələdə ekspert sistemlərinin istifadəsi
mümkün ola bilər, lakin təsdiq olunmaya bilər.
Ekspert sistemlərin tətbiqi aşağıdakı faktorlarla
təsdiqlənə bilir:
•
Məsələnin həlli əhəmiyyətli dərəcədə səmərə
(məsələn, iqtisadi səmərə) verir;
•
İnsan-ekspertin istifadə
olunmaması
ya
ekspertlərin sayının azlığından, ya da ekspertizanın eyni
zamanda müxtəlif yerlərdə yerinə yetirilməsinin
vacibliyindən asılıdır;
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------236------------------------------------
•
Ekspert sistemlərinin istifadəsi o zaman
məqsədəuyğundur ki, informasiyanın ötürülməsi anında
ekspert informasiya və ya vaxt itirir.
Əgər həll edilən məsələ aşağıdakı xarakteristikaların
məcmusuna
malikdirsə,
onda
məsələ
ekspert
sistemlərinin metodlarına
uyğundur:
•
Məsələ
riyazi
metodlar və
ənənəvi
proqramlaşdırmada
qəbul olunan rəqəmlərlə
manipulyasiya etməklə deyil, təbii yol olan simvollar (yəni,
simvolik mühakimələrin köməyilə)
vasitəsilə
manipulyasiya etməklə həll edilə bilər;
•
Qoyulan məsələ alqoritmik yox, evristik təbiətə
malik olmalıdır, yəni onun həlli evristik qaydaların tətbiqini
tələb etməlidir.
•
Qoyulan məsələ
ekspert sistemlərinin
hazırlanmasına çəkilən xərcləri ödəmək üçün kifayət
qədər çətin olmalıdır. Lakin məsələnin çətinliyi elə
olmalıdır ki, ekspert sistemi onu həll edə bilsin.
Ekspert sistemlərinin
yaradılması
prosesində
aşağıdakı 6 mərhələni özündə birləşdirən texnologiyalar
verilmişdir:
•
İdentifikasiya,
•
Konseptuallaşdırma,
•
Formalaşdırma,
•
İcra,
•
Yoxlama,
•
Təcrübi istismar.
İdentifikasiya mərhələsində həllə lazım olan
məsələlər, işin məqsədi, ekspert və istifadəçi tipləri
müəyyən edilir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------237------------------------------------
Konseptuallaşdırma mərhələsində alət vasitələri
seçilir və bütün növ biliklərin təqdim olunma üsulları
müəyyən edilir, əsas anlayışlar formalaşdırılır, biliklərin
təsvir
üsulları
müəyyənləşdirilir,
sistemin
işi
modelləşdirilir, fiksə olunmuş anlayış, systemlərin
məqsədinin adekvatlılığının, həll metodlarının, biliklərin
təqdimi və manipulyasiyası vasitələrinin qiymətləndirilməsi
həyata keçirilir.
İcra mərhələsində biliklər bazasının ekspert
tərəfindən doldurulması həyata keçirilir. Nəzərə alsaq ki,
ekspert sistemlərin əsasını biliklər təşkil edir, onda biz bu
mərhələni ən vacib və ən çox zəhmət tələb edən mərhələ
adlandıra bilərik. Biliklərin əldə olunması prosesi biliklər
üzrə mühəndis tərəfindən real məsələnin həlli üzrə
ekspert fəaliyyətinin əsasında həyata keçirilir.
Dostları ilə paylaş: |