.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------202------------------------------------
•
Problem oblastının (obyektin, tapşırığın, məqsədin)
tədqiqi, yəni “Biliklər bazası nəyi ifadə edir” və
“nəyə görə ifadə edir”;
•
Tədqiq olunan problem oblastı kontekstində “bilik”
anlayışının təyini;
•
Biliklərin mənbəyini aydınlaşdırmaq, onlarla fəal və
ciddi cəhdlə işləmək;
•
Tapşırıqların həlli üçün biliklərin tipinin müəyyən
edilməsi;
•
Biliklərin quruluşunun müəyyən edilməsi üsulu,
yəni “bilikləri necə təqdim etməli”;
•
Biliklərin təqdimatı üsulunun seçilməsi;
•
Biliklər bazası quruluşunun müəyyən edilməsi;
•
Biliklər bazasının quruluş bölmələri arasındakı
qarşılıqlı xarakterin müəyyən edilməsi;
•
Biliklər bazasının doldurulması prosesinə hazırlıq.
Aydındır ki, intellektual sistemlərin yaradılmasının
ilkin mərhələsində bu məsələlərin sayı, tərkibi və ardıcıllığı
dəyişə bilər. Bu, bir çox amildən asılıdır. Belə ki: obyektin
və problem oblastının xarakteri və çətinliyindən;
sistemi
işləyib hazırlayanın layihələşdirilmiş sistemə və özünə
qarşı qoyduğu məqsəddən;
biliklərin müəyyənlik və
quruluş pillələrindən; biliklərin uğurlu toplanması üçün
şərtlərdən, həmçinin ekspertlərlə qarşılıqlı əlaqədən və s.
Əsas məsələ biliklər bazasının hazırlanmasından,
onun quruluşunun seçilməsindən, biliklərin təqdim olunma
üsulundan, intellektual sistemlərin layihələşdirilməsində
ekspertlərlə görülən işin çətinliyindən və vacibliyindən
ibarətdir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------203------------------------------------
Dostları ilə paylaş: