.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------187------------------------------------
ötürülür. Analoq hesablamalarında da iyerarxiklik
mövcuddur, lakin bu, funksional xarakter daşıyır.
Şək.4. P(x) funksiyasının paralelləşdirilməsi
Rəqəmsal sistemlərdə, analoq maşınlarında əldə
edilmiş hesablamaların paralelləşdirilməsinə yaxın olan
paralelləşməyə nail olmaq üçün freym anlayışından
istifadə edilir. Freym tam müəyyənləşmiş
strukturu
olmayan və dinamik qiyməti ilə xarakterizə olunandır.
Çünki sistemin işləməsi prosesində freym dəqiqləşdirilə
biləndir. Bu yanaşma, giriş
verilənlərin tamamilə təyin
edilmədiyi halda da proqramın işləməsinə, yəni məsələni
həll etməsinə imkan verir. Bu, qarışıq hesablamaları yada
salır.
Baxdığımız, verilənlərdən çıxış etməklə qurulmuş
idarəetmə sxemli hesablamalar modeli obyekt-istinad
modelləri sinfinə aiddir.
H
G
K
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------188------------------------------------
Sistem iki səviyyəlidir. Yuxarı
səviyyədə məsələlərin
və sorğuların (icra tapşırıqlarının) situasion təsvirinin
relyasiya dili gerçəkləşdirilir. Aşağı səviyyə isə hes-ablayıcı
model səviyyəsidir. Bu səviyyədə əsas anlayış obyekt
anlayışıdır. Obyektlər 2 tipdir: 1) atomlar (bunlar
hesablama prosesində dəyişməyən statik obyektlərdir), 2)
freymlər (bunlar dinamik obyektlərdir). Statik obyektlərin
ən kiçik yığımı 2 atomdan ibarətdir:
T (doğru) və P
(yalan).
Sistem fəaliyyət göstərərkən atoma iqtibas o atomun
şəklinə göstərişdir. Freymə
iqtibas isə həmin freymin
saxlandığı gerçək yaddaş elementinin ünvanıdır. Digər
prosessorlardan asılı olmayaraq verilmiş yaddaş
elementində lokal dəyişiklikləri icra etmək
üçün sifariş
qəbul edib işləyə bilən mücərrəd prosessor yaddaş
elementləri ilə əlaqəlidir. Bu mücərrəd prosessor sifarişin
icrası zamanı yeni sifarişlər doğurub, onları
digər
prosessorlara göndərə bilir. Konkret prosessora daxil olan
sifarişlər ardıcıl icra olunur. Qeyd olunmuş (sabit) əmrlər
yığımı mövcuddur ki, bunlar da sifarişlərlə birlikdə ötürülə
bilir.
Dostları ilə paylaş: