.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------179------------------------------------
ELEKTRON HESABLAMA
M
AŞINLARININ DAXİLİ
İNTELLEKTUALLAŞDIRILMASI
EHM-in daxili intellektuallaşdırılmasının məqsədi, bir
tərəfdən, elə arxitekturalı EHM yaratmadan ibarətdir ki,
informasiya emalının paralelləşdirilməsi hesabına daha
böyük məhsuldarlığa nail olmaq mümkün olsun, digər
tərəfdən də, süni intellektin spesifik məsələlərinin həllinə,
o cümlədən, yüksək səmərəli ekspert sistemləri yara-
dılmasına istiqamətlənmə həyata keçirilsin.
YÜKSƏK MƏHSULDAR EHM-LƏR
Paylanmış yaddaşı və yüksək paralel inormasiya
emalı imkanı olan bütün hesablayıcı sistemlər praktiki
olaraq MKMD (Множество потоков Команд - Əmrlər
axını çoxluğu-Verilənlər axını çoxluğu) sinfinə aid
arxitekturaya malikdir.
Bu sinif sistem yaradılarkən aşağıdakı qarşılıqlı
əlaqəli 3 problem meydana çıxır:
•
Hesablamalar modeli;
•
Hesablamalar modelində idarəetmə sxemi;
•
Konkret MKMD arxitekturası.
Hesablamalar modeli proqramı əmələ gətirən və
verilmiş məqamda icrası tələb olunan operatorların
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------180------------------------------------
seçilməsi prinsipini təyin edir və aşağıdakı modelləri
fərqləndirməyə imkan verir:
-
ardıcıl hesablamalar modeli (Con fon Neyman
prinsipi) – operatorlar proqramçının verdiyi ardıcıllıqla icra
edilir;
-
verilənlər axınları ilə hesablamalar modeli (hər bir
operator bütün arqumentlərin hazır olduğu məqamda icra
edilir);
-
reduksion (Azaldılmış, ixtisar edilmiş) (rekursiv
(Özü-özünü çağıran funksiya)
hesablamalar modeli –
icrasını hər hansı başqa operator tələb etdikdə hərəkətə
gələn operator;
-
obyekt-istinad hesablamalar modeli (operator –
müraciət (sorğu) yönəldildikdə fəallaşan obyektdir. Bu
halda proqram müəyyən obyektlər şəbəkəsi kimi təsəvvür
edilir).
Hesablamalar modelləri üçün aşağıdakı idarəetmə
sxemlərindən istifadə edilir:
-
operatorların icrasının idarə edilməsi sxemi
(məcburi ardıcıl və ya paralel icra);
-
verilənlərdən çıxış etməklə idarəetmə sxemi
(hesablamalar modelinin bu və ya digər fraqmentinin
fəaliyyətini verilənlər təyin edir);
-
sorğuların idarə edilməsi sxemi (daxil olan sorğu bu
və ya digər operatorun aktivliyini təyin edir).
MKMD kompüterl ərinin arxitekturaları .
Universal arxitekturalı və xüsusi əlaqələri olan arxitekturalı
MKMD kompüterləri mövcuddur.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------181------------------------------------
Universal arxitekturalı MKMD kompüterləri ümumi
şinli və bütün proseslər arasında əlaqə təmin edən
kommunikasiyalı şəbəkəyə malik arxitekturalı sistemlərdir.
Xüsusi
əlaqələri
olan
arxitekturalı
MKMD
kompüterləri isə ikiölçülü, üçölçülü və s. şadara (iri qəlbir)
tipli ağacşəkilli arxitekturaya malikdir.
Əlaqələrin təşkili baxımından, bu arxitekturaları 2
növə ayırmaq olar:
•
Bilavasitə universal əlaqələri olan sistemlər;
•
Tranzitiv universal əlaqələri olan sistemlər.
Makrokonveyerli hesablayıcı kompleks . Bu,
paylanmış yaddaşı və universal rabitə sistemi (“hər birinin
hər biri ilə” paralel informasiya mübadiləsini təmin edən
kommunikasiya şəbəkəsi nəzərdə tutulur) olan MKMD tipli
çoxprosessorlu
hesablayıcı
sistemdir.
Maksimal
konfiqurasiyada (Hər biri saniyədə 0,5 milyon əmr icra
edə bilən 256 prosessor və hər prosessora 0,5 Meqabayt
yaddaş cəmləşdirilmiş hesablayıcı sistem nəzərdə tutulur)
bu sistem saniyədə 100 milyon əmr icra edə bilir.
Makrokonveyer hesablamalarının mahiyyəti ondan
ibarətdir ki, biliklərin prosessorlar arasında paylanması
zamanı hesablamaların növbəti addımında hər prosessora
elə tapşırıq verilir ki, onun icrası prosessorlararası qarşılıqlı
fəaliyyət olmasını tələb etməsin.
QEYD: Makrokonveyr - proqram və aparat
dəstəyinə malik olan, makrokonveyr prinsipinə
əsaslanaraq hesablamanın təşkil olunmasını yerinə
yetirə bilən bölüşdürülmüş çoxprosessorlu sistemdir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------182------------------------------------
Prinsip 1978-ci ildə sovet riyaziyyatçısı V.M.Qluşkov
tərəfindən təklif olunmuşdur.
Hesablamaların makrokonveyer təşkili məsələnin həll
alqoritmini həyata keçirən
proqramların
dövri
strukturlarının təhlili nəticəsində mümkün olur. Yəni,
informasiya emalının paralelləşdirilməsinin əsas obyektləri
proqramlardakı dövrlər, xüsusilə də iç-içə olan dövrlərdir.
Həm də bu zaman iş elə təşkil edilir ki, dövrlərin emalı
nəticələri bir prosessordan digərinə yubanmadan
ötürülsün. Beləliklə, burada işin təşkili xətti konveyerdəki
təşkiletməyə bənzəyir. Bu sözdəki “makro” onu göstərir
ki, işin paralelləşdirilməsi mikro əmrlər səviyyəsindəki
dövrlərdə deyil, xarici dövrlərdə baş verir.
İkiqat
və
ya üçqat dövrlərin
icrasının
paralelləşdirilməsi müvafiq olaraq ikiölçülü və ya üçölççülü
makrokonveyer sistemlərinin təşkilinə gətirib çıxarır.
Makrokonveyerli
hesablayıcı
sistemdə
hesablamaların idarə edilməsi paylanmış əməliyyat sistemi
(PƏS) tərəfindən həyata keçirilir ki, bu da müxtəlif tip
makrokonveyer hesablamalarının təşkilini və həll edilən
məsələdən asılı
olaraq
sistemin
dinamik
rekonfiqurasiyasını təmin edir.
Kompleksin tərkibinə idarəedici prosessorlar, 64 və
128 mərtəbəli üzən vergüllü, vektor əməliyyatlı hesabi
prosessorlar daxildir. Bunların sonrakı inkişafı real vaxt
prosessorları və məntiqi nəticəçıxarma prosessorlarına
keçidlə bağlı olacaqdır.
Makrokonveyerli
hesablayıcı
kompleks
üçün
ümumsistem və tətbiqi proqramların işlənib hazırlanması
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------183------------------------------------
paralel proqramlaşdırmadan ötrü yaradılmış MAYAK adlı
xüsusi dildən istifadə edilir. Bu, paylanmış çoxprosessorlu
sistemlər üçün yaradılmış yüksək səviyyəli alqoritmik
dildir. MAYAK dili FORTRAN və ya PASKAL kimi ənənəvi
ardıcıl proqramlaşdırma dilləri ilə yaxşı uyuşan dildir. Bu
dil müxtəlif prosessorlarda icra edilən proqram
modullarının hazırlanmasında istifadə edilir.
Dinamik arxitekturalı maşın . Hesablamalar
modelləri baxımından yüksək intellekt səviyyəsinə malik
bu hesablayıcı struktur obyekt-istinad modelləri sinfinə
aiddir ki, bunun da təməlində dinamik avtomat şəbəkələr
durur. Həmin şəbəkələr ixtiyari məsələni dinamik struktur
kimi, başqa sözlə, bir-biri ilə müəyyən münasibətlər üzrə
əlaqəli olan və informasiya mübadiləsi edən obyektlər
çoxluğu şəklində təqdim edir.
Həm obyektlər, həm də münasibətlər özlərini
struktur kimi təqdim edə bilirlər. Strukturun dinamizmi
odur ki, o, özünü dəyişdirmək qabiliyyətinə malikdir,
başqa sözlə, strukturun tərkibində elə elementlər vardır
ki, onu dəyişdirə bilir.
İlkin proqrama müəyyən başlanğıc struktur
uyğundur ki, bunu da məsələ həlli transformasiyaya
uğradır. Yəni məsələ o halda həll edilmiş sayılır ki,
proqram strukturunda başlanğıc strukturu dəyişdirə
biləcək heç bir element qalmasın.
Baxılan bu, dinamik arxitekturalı maşın modelində,
həm verilənlərdən çıxış edərək idarəetmə sxemindən,
həm də sorğuların köməyi ilə idarəetmə sxemindən
istifadə edilir. Bu arxitektura tərkibinə hesablayıcı və
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------184------------------------------------
kommutasiya modulları daxil olan kommutasiya sistemləri
əsasında qurulmuş universal rabitəli arxitektura tipidir.
Dinamik avtomat şəbəkədə strukturun hər bir
elementinə bir müvafiq sonlu avtomat vardır.
Sonlu avtomat digər avtomatların çıxışındakı
siqnalları özünün giriş siqnallarına çevirməklə yanaşı, həm
də avtomatlararası rabitəni təmin edən kommutasiya
mühitinə təsir edərək bu avtomatın digər avtomatlarla
mövcud olan əlaqələrini dəyişdirə bilir, bütün mövcud
əlaqələri ləğv edə bilir, başqa sözlə, avtomatın özünü
məhv edə bilir, şəbəkəyə yeni avtomatlar daxil edə bilir,
yəni şəbəkənin inkişafını təmin edə bilir.
İxtiyari dinamik avtomat şəbəkəni virtual maşın
saymaq olar. Çünki virtual maşının arxitekturası da
məsələnin həlli gedişində şəbəkədəki struktur dəyişikliyinə
müvafiq olaraq dinamik dəyişikliyə məruz qalır.
Texnologiyanın bugünkü inkişaf mərhələsində
gerçək hesablayıcı modulu tək bir avtomat kimi deyil,
avtomatlar
çoxluğu
kimi
təsəvvür etmək
məqsədəuyğundur. Məsələn, əməliyyat avtomatları
çoxluğu hesablayıcı modulda yerləşdirildiyindən, hər bir
modul özünü prosessoru, operativ və xarici yaddaşı,
həmçinin giriş-çıxış kanalları olan hesablayıcı maşın kimi
təqdim edir. Yəni burada əməliyyat avtomatı prosessor
kimi, avtomatın daxili və xarici təsvirlərinin saxlanması
operativ və xarici yaddaş kimi, avtomatın öz ətraf mühiti
ilə qarşılıqlı fəaliyyəti periferiya qurğularının idarə edilməsi
kimi nəzərə gəlir. Kommutasiya avtomatları çoxluğu
kommutasiya modulunun təşkilediciləridir ki, bu modulun
da özünəməxsus prosessoru vardır və bu prosessor icra
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------185------------------------------------
etdiyi funksiyalar baxımından hesablayıcı şəbəkələrdə
istifadə edilən rabitə prosessoruna yaxındır.
Müasir maşınların daxili dili prinsipial surətdə fərqli
olan iki sinfə aid elementləri - əmrləri və verilənləri
əhatə edir. Məsələnin həll alqoritmini təyin edən proqram
həllin gedişində heç bir dəyişikliyə uğramayan müəyyən
Dostları ilə paylaş: |