.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------167------------------------------------
İNTELLEKTUAL TƏTBİQİ PROQRAM
PAKETLƏRİ
İntellektual tətbiqi proqram paketləri son istifadəçiyə
imkan yaradır ki, o öz məsələsini və həmin məsələyə aid
ilkin verilənləri özünəmünasib
şəkildə təsvir etsin və
məsələnin həllini proqramlaşdırmadan bütün zəruri
əməliyyatların icrasını maşına həvalə etsin. Çünki sözü
gedən məsələ verilmiş predmet oblastına aid olan hazır
proqram modulları yığımının köməyi ilə planlaşdırıcı-
proqram tərəfindən avtomatik qaydada həll edilir.
Biliklər bazası funksional semantik şəbəkə şəklində
təşkil edilir ki, bu da özünü, ümumi halda, iki tip təpələrə
malik iki qatlı qövslərləri olan qraf kimi təqdim edir. Bu
təpələrin bir tipi hesablama məsələsinin parametrlərini və
ilkin verilənlərini əks etdirir. Parametr-təpələr riyazi
münasibətləri ifadə edən digər tip təpələrlə qövslə
əlaqələndirilmişdir.
Funksional semantik şəbəkə istiqamətsiz qrafdır.
Çünki yalnız hesablama məsələsinin
qoyuluşundan sonra
giriş və çıxış məlum olur. Giriş və çıxış məlum olan kimi
planlaşdırıcı-proqram istiqamətsiz qrafı istiqamətlənmiş
həll qrafına çevirir. Münasibətlərin də girişi və çıxışı aşkar
edilir. Bunlar funksiya şəklinə salınır. Hər bir funksiya bu
və ya digər üsulla reallaşdırılmalı
olduqda həmin
funksiyanı
reallaşdıracaq
proqram
modulları
istiqamətlənmiş qrafa müvafiq surətdə işçi proqram
modullarından ibarət bir zəncir yaradır.
İlk intellektual tətbiqi proqram paketlərindən biri
SSRİ-də yaradılmışdı və PRİZ adlanırdı. Bu paketdə
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------168------------------------------------
semantik şəbəkə layihələşdirici və ya istifadəçi tərəfindən
xüsusi qeyri-prosedur UTOPİST
dilinin köməyi ilə
qurulurdu. Yəni istifadəçi əvvəlcə bu dili öyrənirdi, sonra
öz məsələsini bu dildə formalaşdırırdı. DEKART dilində
işləyən SPORA sistemi də PRİZ kimi işləyirdi. Sonra hər iki
sistemdə proqramçının işi avtomatlaşdırıldı.
Lakin
funksional semantik şəbəkə şəklində qurulan riyazi model
yenə də yuxarıda sözü keçən qeyri-prosedur
proqramlaşdırma dillərindən istifadə edilməklə tərtib
edilirdi.
Blok-modul tipli texniki sistemlərin
avtomatlaşdırılmış layihələşdirilməsi sistemlərində PRİZ
dilindən istifadə edilərkən hər bir morfoloji sistem variantı
üçün ayrıca funksional semantik şəbəkə (Bu, həm də
layihələşdirilən sistemin riyazi modelidir) qurmaq lazım
gəlir.
MAVR sistemində növbəti addım atıldı. Belə ki,
burada riyazi modelin qurulması avtomatlaşdırldı. Yəni
layihələşdirilən sistemi istifadəçi öz dilində təsvir edir.
Riyazi model avtomatik qurulur. Bu imkan predmet
səviyyəsində biliklər bazası
qurmaq üçün süni intellekt
formalizmlərindən, daha doğrusu, freymlərdən istifadə
sayəsində yaranmışdır. Çünki
freymlər sistemin modelini
predmet səviyyəsində avtomatik surətdə funksional
semantik şəbəkə şəklində olan riyazi modelə çevirir. Bu
halda, ünsiyyət sistemi, adətən, sadə sxem üzrə qurulur
və təbii dildə təqdim edilən standart menyu kimi işləyir.
Yəni istifadəçi təbii dildən istifadə
edərək özünün
hesablama məsələsini dialoq rejimində həll edir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------169------------------------------------
Dostları ilə paylaş: