.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------170------------------------------------
monosistemləri çoxluğu
əvəzinə multisistem və ya
hesablama-məntiq sistemi meydana çıxır ki, bunu da
paylanmış süni intellekt sistemi adlandırmaq mümkündür.
Ümumi məsələlərin paylanmış həlli üçün xarakterik
olan cəhət lokal məsələlərin ayrı-ayrı
işçi yerlərində həll
edilib rabitə kanalları ilə qarşılıqlı fəaliyyətlərin
əlaqələndirilməsindən ibarətdir. Qeyd edək ki, alt
sistemlər və ya ayrı-ayrı istifadəçilər arasında qarşılıqlı
fəaliyyət həm bir EHM-də, həm də EHM-lər şəbəkəsində
təşkil
oluna bilər ki, bu halda da səlahiyyət, bilik,
məsuliyyət bir-biri ilə həm şaquli, həm də üfqi qarşılıqlı
əlaqələndirilmiş çoxsaylı altsistemlər arasında paylanmış
olacaqdır.
Məsələlərin paylanmış həlli EHM şəbəkəsində
verilənlərin geniş məlum olan emalından prinsipial surətdə
fərqlənir. Çünki paylanmış həll multisistemdə gedir, maşın
resursu kifayət etməyən halda böyük həcmli verilən emalı
isə EHM şəbəkəsindən istifadə edilməklə həll edilsə də, bu
həll monosistemdə həyata keçirilir. Çünki bu zaman
həmin məsələni həll etmək üçün istifadəçidən ötrü
sadəcə, daha güclü virtual maşın yaradılır.
Multisistemlər, o cümlədən, paylanmış süni intellekt
sistemləri özlərini hesablama-məntiq sistemləri kimi aparır
ki, bunları da ekspert
monosistemlərinə çevirmək
mümkündür.
Dostları ilə paylaş: